Ana səhifə »  Müəlliflər »  Radikalların “sədaqət” anlayışı
A+   Yenilə  A-
Radikalların “sədaqət” anlayışı
Yazdı: Mübariz Abdullayev

Yaxud, anti-azərbaycançı dairələrdən aldıqları qrant azalan kimi Avropanı tənqid etməyə başlayan dağıdıcı düşərgə təmsilçiləri bir daha nəyə “qadir olduqlarını” nümayiş etdirdilər
Son günlərdə radikal müxalifət düşərgəsinin təmsilçilərinin, o cümlədən də, “Turan” agentliyinin direktoru Mehman Əliyevin, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun, RATİ üzvlərinin bir sıra beynəlxalq təşkilatları, xüsusilə də Avropa qurumlarını “ağ yuyub, qara sərmələri” istər-istəməz yada “bağda ərik var idi, salam əleyk var idi, bağda ərik qurtardı, salam əleyk də qurtardı” zərb-məsəlini salır. Sirr deyil ki, radikallar indiyədək özlərini avropalılardan artıq avropalı kimi göstərmək, beynəlxalq təşkilatların bir “molodes”ini qazanmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır, min cür dona girirdilər. Dağıdıcı düşərgə təmsilçiləri Avropa qurumlarının ünvanına təriflər söyləməkdən, bu məqsədlə yeni-yeni təşbehlər tapmaqdan ötrü bir növ növbəyə düzülmüşdülər. Radikallar nəzarətlərində olan mətbuat orqanlarında tez-tez elə belə də yazırdılar: “Bizim xoşbəxtliyimiz, nicatımız Avropa qurumlarına üzvlükdədir. Beynəlxalq təşkilatlara üzv olmasaq, onların dedikləri ilə oturub-durmasaq, hansısa bir uğura imza ata bilmərik”.
Əlbəttə, hər addımlarını atarkən mənafe güdən radikalların Avropa qurumlarına yönəlik canfəşanlıqları da səbəbsiz deyildi. Yəni, burada da söhbət şəxsi mənafedən, daha dəqiq desək, dağıdıcı düşərgə təmsilçilərinin ianələrə, qrantlara çıxış imkanlarını genişləndirmək cəhdlərindən gedirdi. Radikallar müxtəlif “beynəlxalq” təşkilatların Azərbaycanda “beşinci kolon” yaratmaqla bağlı layihələrində yer almaq üçün bir-birləri ilə açıq savaşa girmişdilər. Heç şübhəsiz, belə “layihələr”də fəal iştirak edərək “beynəlxalq” təşkilatlara Azərbaycanla bağlı donos xarakterli materiallar ötürmək müvafiq qaydada “mükafatlandırılırdı”. Bir sözlə, “sapı özümüzdən olan baltalar”dan kim Azərbaycana qarşı qərəzin, qeyri-obyektivliyin dozasını daha çox edirdisə, onun “udduğu” qrantların həcmi də müvafiq qaydada artırılırdı. Beləcə, yalan və xəyanət konveyeri fasiləsiz işləyirdi.
Son vaxtlarda dağıdıcı düşərgə təmsilçilərinin vurnuxmalarından, açıq-aşkar büruzə verdikləri ciddi xəyal qırıqlığından isə görünür ki, radikalların Avropa qurumlarına, yuxarıda haqqında bəhs olunan “beynəlxalq” təşkilatlara bəslədikləri ümidlər əməlli-başlı puç olub. Məhz buna görə də onlar öz incikliklərini açıq mətnlə ifadə etməyə başlayıblar.
Məlumdur ki, Azərbaycan dövləti xalqın iradəsinə əsaslanaraq ölkə həyatının demokratikləşməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Respublikamızda müxtəlif siyasi oriyentasiyalı partiyaların sərbəst fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Ölkədə fikir plüralizmi, söz, mətbuat azadlığı tam təmin edilib. Təbii ki, Azərbaycanda cəmiyyətin demokratikləşməsinə verilən yüsək dəyər, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər öz obyektivliyi ilə seçilən ayrı-ayrı Avropa qurumları tərəfindən də etiraf olunur. Bu isə, belə görünür ki, yağlı tikənin - ianələrin, qrantların əldən çıxması qorxusu yaşayan radikallarıın ürəyincə deyil. Onlar özlərinə “çörək ağacı” sandıqları donoslarının artıq Avropa qurumlarında “dəyərləndirilməməsinin” fərqindədirlər.
Məsələn, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucludan gətirdiyimiz aşağıdakı sitatda radikalların Avropa qurumlarının Azərbaycanı tənqid etməməsinə görə keçirdikləri “narahatlıq” aydın şəkildə nəzərə çarpır: “İndiki mərhələdə Qərbin Azərbaycana qarşı hansısa sərt addım atacağı gözlənilən deyil. Çünki bunun əlamətləri görünmür. Azərbaycandakı vəziyyətlə bağlı ciddi narahatlıq, hansısa təpkilər müşahidə olunmur”.
Bu azmış kimi, Ə.Oruclu açıqlamasında bir az da dərinə gedərək Avropa Şurasını mənasız, əhəmiyyətini itirən bir qurum kimi dəyərləndirib: “Avropa Şurası adlı qurum artıq mənasız bir qurumdur, məlum deyil ki, nədir. Mən heç vaxt bu təşkilat haqqında pozitiv fikirdə olmamışam. Baş verənlərə qurum rəhbərliyinin yanaşması da göstərdi ki, yanaşmam doğrudur. Avropa Şurası oyuncaq bir qurumdur, çoxdan öz mənasını, əhəmiyyətini itirib”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə Avropa qurumlarının “tənqidi” ilə bağlı açıqlamasında, necə deyərlər, ehtiyatlı davranaraq hələlik bütün körpüləri yandırmamaq qərarına gəlib. Belə ki, o, Avropa qurumlarının “susqunluğunu” “yay fəsli, məzuniyyətlər dövrü” ilə əlaqələndirib. Siyasi müşahidəçilərin qənaətinə görə, M.Əliyev belə hərəkət etməklə, əslində, gələcək qrant layihələrini “udması” üçün “əl yeri” saxlayıb.
Beləliklə, yuxarıda bəhs edilənlərdən radikallar üçün “sədaqət” anlayışının sərhədlərinin haradan başlayıb harada bitdiyi bir daha bəlli olur. Daha dəqiq desək, Avropa qurumlarının “yay fəsli, məzuniyyətlər dövrü” olduğuna görə qrant layihələrini dayandırmaları radikalları bərk qəzəbləndirib və onlar vaxtilə “kəsdikləri çörəyə” məhəl qoymayaraq Avropa qurumlarını tənqid atəşinə tutublar. Bu isə həm də radikalların, necə deyərlər, oturduqları budağı kəsmələri anlamına gəlir...

 
  • Oxunub:  23730  |  
  • Tarix:  28-08-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA