Ana səhifə »  Müəlliflər »  “Azadlıq” radiosunun qeyri-obyektiv mövqeyi Qərbdə də etirazla qarşılanır
A+   Yenilə  A-
“Azadlıq” radiosunun qeyri-obyektiv mövqeyi Qərbdə də etirazla qarşılanır
Yazdı: Nardar Bayramlı

Xədicə İsmayılovanın sifarişli “fəaliyyəti” radionun işinin dayandırılması ilə nəticələnə bilər
Müəyyən xarici qüvvələrin Azərbaycanın inkişafına qısqanclıqla yanaşması yeni məsələ deyil. Bu qüvvələr, daha dəqiq desək, xaricdəki anti-azərbaycançı dairələr hər zaman ölkəmizin imicinə zərbə vurmağa çalışıblar. Təbii ki, anti-azərbaycançı dairələr bu prosesdə daxili “imkanlardan” da yararlanıblar. Yəni, anti-azərbaycançı dairələrin ölkəmizə qarşı hücumları zamanı daxildəki “beşinci kolon”un təmsilçilərindən istifadə olunur. Və kimsəyə sirr deyil ki, jurnalist Xədicə İsmayılova da “beşinci kolon”un fəal üzvlərindən biridir. Ümumiyyətlə, X.İsmayılova hər zaman öz “fəaliyyəti” ilə aşkar şəkildə başqa-başqa dövlətlərin maraqlarına xidmət etdiyini təsdiqləyib. Amma təcrübə göstərir ki, öz dövlətinə deyil, başqalarına qulluq etmək heç kəsə yaxşı heç nə vəd etmir.
X.İsmayılova Azərbaycanın qazandığı uğurları nəinki heç vaxt təqdir etməyib, əksinə, buna müxtəlif don geyindirməyə çalışıb və yalnız əsassız tənqidlərə üstünlük verib. Bütün bunlar isə onun siyasi sifarişlə çalışmasının göstəricisidir. Əlbəttə ki, X.İsmayılova və bu tip digər insanların Azərbaycanın uğurlarına qısqanc münasibəti təkcə siyasi müstəvidə məhdudlaşmır. Belə ki, hətta Azərbaycanın mədəni sahədə, elm və təhsilin inkişafında əldə etdiyi nailiyyətlər də bu insanlar tərəfindən fərqli istiqamətdə yozulur, özünəməxsus şəkildə “dəyərləndirilir”. Məsələn, Azərbaycanın “Eurovision” yarışmalarında uğur əldə etməsi, o cümlədən, bu yarışın 2012-ci ildə Bakıda keçirilməsi X.İsmayılovanı və onun xarici havadarlarını ciddi narahat etmişdi. Ona görə də, “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində o və “beşinci kolon”un digər üzvləri ölkəmizin imicinə zərbə vurmağa yönəlmiş “kampaniyalar” keçirirdi. Bu “kampaniyalar” isə erməni mətbuatı ilə paralel şəkildə aparılırdı. Əslində, erməni mətbuatının mövqeyini anlamaq mümkündür. Addımbaşı ölkəmizə qara yaxmaq məhz düşmənin fəaliyyət prinsipidir.
Yeri gəlmişkən, X.İsmayılovunun “Azadlıq” radiosu vasitəsilə Azərbaycan əleyhinə fəaliyyətinə artıq Qərbdən də etirazlar gəlməyə başlayıb. Belə ki, yəhudi əsilli amerikalı jurnalist, “The Jerusalem Post” qəzetinin keçmiş xəbər redaktoru, “Baltimore Jewish Times” qəzetinin keçmiş baş redaktoru, “Netsmart” portalının baş yazarı və redaktoru Maayan Yaffi (Maayan Jaffe) Konqresin nəşri olan “Roll Call”dakı məqaləsində yazıb ki, Konqres vergi ödəyicilərinin pullarının Birləşmiş Ştatların müttəfiqlərinə hücum üçün istifadə edilməsini dayandırmalıdır. Müəllif xatırladır ki, “Azadlıq” və “Amerikanın səsi” radiolarının saxlanılması hər il ABŞ büdcəsinə 750 milyon dollara başa gəlir. “Buna baxmayaraq, onlar obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə, bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edirlər”, - deyə o yazır.
M.Yaffi bu fikrini əsaslandırmaq üçün “Azadlıq” radiosunun Azərbaycandakı fəaliyyətindən bəhs edir. Azərbaycanda tolerant cəmiyyət olduğunu, ölkənin beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğunu, Qərb dəyərlərinə üstünlük verən müsəlman ölkəsi kimi tanındığını, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini, əhalinin 20 il əvvələ nisbətən daha yaxşı yaşadığını və s. xatırladır.
“Buna baxmayaraq, “Azadlıq” radiosunun layihələri bu ölkə haqda qərəzli və yanlış mövqe formalaşdırır. Təkcə iyulun 1-dən avqustun 5-dək “Azadlıq” radiosunda Azərbaycan haqda 30 məqalə və video yerləşdirilib. Onlardan heç biri Azərbaycanın nailiyyətlərindən bəhs etmir. Bunun əvəzində “azərbaycanlılar “İran casusu” kimi ömürlük həbsə məhkum edildi” kimi başlıqlara rast gəlmək olar. Plüralizm, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik barədə heç nə yoxdur”, - deyə o yazır.
Müəllif senator Rocer Uakerin bu yaxınlarda ABŞ-ın regionda Azərbaycan kimi stabil müttəfiqinin olduğu, iqtisadi çiçəklənmə və azadlıq yolunu seçdiyi haqda açıqlamasından da sitat gətirib. M.Yaffi hesab edir ki, Konqres üzvləri senatorun dediklərinə diqqət yetirmək əvəzinə “Azadlıq” radiosunun Azərbaycan haqda “nə gəldi yazmasına” göz yumurlar.
Yeri gəlmişkən, müəllif onu da yazır ki, Azərbaycandan fərqli olaraq “Azadlıq” radiosunun erməni bölməsində “mənfi heç nə yoxdur”. Baxmayaraq ki, Ermənistan prezidenti Serj Sarkisyan Qərbdən üz çevirib və Putinin Gömrük İttifaqını seçib. “Bəs “Azadlıq” radiosunun Amerikanın düşmənləri ilə bir sırada yer alan Ermənistana təzyiqlərini niyə görmürük?” - jurnalist sual edir.
Beləliklə, M.Yaffinin sözügedən məqaləsi də X.İsmayılovanın Azərbaycanın əleyhinə necə bir fəaliyyət apardığını bir daha ortaya qoyur. Bu həm də bir reallıqdan xəbər verir: X.İsmayılova və onun kimiləri dərk etməlidir ki, başqa dövlətlərə, xarici qüvvələrə xidmət edənlər yalnız alətdir və bu alətlər də bir müddət istifadə edildikdən sonra mütləq atılacaqlar.

 
  • Oxunub:  21690  |  
  • Tarix:  28-08-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA