Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Müsavat” rəhbərliyini əlbəyaxa edən “maraq”...

“Müsavat” rəhbərliyini əlbəyaxa edən “maraq”...

22.08.2014 [09:36]

Pərviz Sadayoğlu

Qubad İbadoğlu ilə Arif Hacılının bir-biri haqda söylədikləri illərdir ki, radikal düşərgənin gizləməyə çalışdığı reallığı növbəti dəfə ortaya qoydu
Müsavat Partiyası daxilində uzun müddətdir davam edən qruplararası savaş yenidən qızışıb. Sentyabr ayında qurultayın keçiriləcəyi ilə bağlı açıqlamaların verilməsi illərdir ki, partiya sədri olan İsa Qəmbərin kreslosuna göz dikən şəxsləri hərəkətə gətirib. Bir neçə gün öncə baş verənlər isə bu partiyada prosesin hansı istiqamətdə inkişaf edəcəyindən xəbər verir.
Belə ki, avqustun 18-də “Müsavat”ın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. Yayılan məlumatlara görə, iclas əvvəldən sona qədər qalmaqalla keçib. Sədrliyə potensial namizədlər Arif Hacılı və Qubad İbadoğlu arasında qalmaqal xeyli böyüyüb. A.Hacılı Q.İbadoğlunu “Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?” deyə ittiham edib. Q.İbadoğlu isə “Sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm” cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar.
Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məliki müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. İ.Qəmbər isə “Bu, mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin” cavabını verib.
Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: “Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o məhv olacaq”.
Buna cavabında İ.Qəmbər “Quran” çıxardıb ki, partiyadan getməyəcəyinizlə bağlı əl basın.
İclasda ən maraqlı nüans isə Arif Hacılının “başqan olmasam, partiyanı dağıdacam” hədəsi olub ki, bu da yenidən qalmaqala yol açıb.
Əslində, İ.Qəmbərin baş verənlərə bu cür “səbirli” davranışı özü bir çox mətləblərdən xəbər verir. Görünən budur ki, “Müsavat”da qruplaşma savaşı artıq pik həddə çatıb. İ.Qəmbərin “susqunluğu”nun arxasında isə onun şəxsi maraqları durur. Yaranan mənzərədən öz xeyrinə istifadə etməyə çalışan İ.Qəmbər bununla da, sübut etmək istəyir ki, onun istefasının ardından partiyada savaş daha da qızğın fazaya qədəm qoyacaq və “Müsavat” bir neçə yerə parçalanacaq. Yəni guya, “demokratiya”ya əməl edən İ.Qəmbər, əslində, susmaqla özünün yenidən partiya sədri kürsüsündə qalmasını təmin etməyə çalışır.
Bununla yanaşı, partiyada hansı tərəfin qələbə çalmasından asılı olmayaraq, digər qruplaşmanın “Müsavat” sıralarını tərk edəcəyi artıq dəqiqləşib. Bu isə radikal düşərgədə monopolist iddialar ortaya qoyan Müsavat Partiyasının düşərgədaxili mübarizədə məğlubiyyətini şərtləndirəcək. Bu məğlubiyyət isə maraqlı xarici qüvvələrin verəcəyi pulların əldən çıxması deməkdir. İ.Qəmbər indiki halda bu maliyyənin əldən çıxmaması üçün hətta kimi desən güdaza verməyə hazırdır. Əslində, mübarizə aparan qrupların da əsas məqsədi məhz bu maliyyəni ələ keçirməkdir. İsa Qəmbər də bu məsələni bildiyi üçün kürsüsünü əldən vermək istəmir. 2015-ci ildə keçiriləcək parlament seçkiləri öncəsi aparılacaq kampaniyada xarici maraqlı qüvvələrin pullarını almaq üçün son şansından istifadə etməyə çalışan İ.Qəmbər əmin deyil ki, sədrlikdən getdikdən sonra onu hətta deputatlığa namizəd formasında düşərgədən və ya partiyasından dəstəkləyən tapılsın.
Digər tərəfdən, “Müsavat” funksionerlərinin bəhs edilən “polemika”sının da arxasında mühüm nüanslar dayanır. Birincisi, A.Hacılının Q.İbadoğlu haqqında dedikləri maraqlı məqamdır. O mənada ki, QHT sektorunda çalışaraq “milyonları” necə qazandığı qaranlıq qalan “Müsavat” sədrliyinə namizədin qeyri-şəffaf durumda olması elə öz partiyadaşı tərəfindən açıqlanır. Vurğulamaq lazımdır ki, bir müddət öncə də Q.İbadoğlunun fərqli dairələrdən müəyyən vəsaitlər alması ilə bağlı informasiyalar yayılırdı.
Bundan başqa, A.Hacılının da heç bir yerdə işləmədiyi halda “villalar”ı, banklardakı külli miqdarda pulu necə qazandığı maraqlıdır. Bu baxımdan, Müsavat Partiyasına verilən xarici ianələrin partiyanın “yüksək instansiyalarında” bölüşdürülməsi haqqında söylənilənlərin doğruluğu növbəti dəfə təsdiqlənir. Deyəsən, İ.Qəmbərin də əldən çıxarmaq istəmədiyi məhz bu bölünən pullardır...
Bütün bunlar isə radikal düşərgənin yalnız şəxsi maraqlara hədəflənən bir yolda olduğunu növbəti dəfə ortaya qoyur. Azərbaycanın milli maraqlarını nəzərə almayan, əksinə, bu maraqlara zərbə vurmaq üçün növbə gözləyən düşərgə təmsilçiləri yalandan adlarını demokrat qoysalar da, bu gün yalnız korporativ maraqlara xidmət göstərirlər. Onlar öz maraqlarının təmini üçün isə bütün növ yalanları danışmağa hazırdırlar.
Bəli, qurultaydan sonrakı dövrdə (keçirilərsə..!) “Müsavat”da istefaların olacağı və sədr postuna iddialı olan şəxslərin lokal mübarizəsi nəticəsində bu təşkilatın da radikal düşərgənin cırtdan partiyalarına bölünəcəyi artıq dəqiqləşib. Bunu “Müsavat”çıların özləri belə, etiraf edirlər.

Paylaş:
Baxılıb: 1145 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31