Ana səhifə »  Müəlliflər »  AXCP partiya deyil, Leyla Yunusovanın təşkilatının bir filialı imiş
A+   Yenilə  A-
AXCP partiya deyil, Leyla Yunusovanın təşkilatının bir filialı imiş
Yazdı: Mübariz Abdullayev

Və yaxud bu partiyanın sədri Əli Kərimli özünü ermənilərin vassalının vassalı rolunda aparır
Ermənipərəst “hüquq müdafiəçiləri” Leyla və Arif Yunusovlar-Barseqyanların həbsi bəzi dairələri razı salmayıb. Bu məqama keçməzdən öncə qeyd edək ki, Leyla və Arif Yunusovlar-Barseqyanların adı ermənilərin xeyrinə casusluq fəaliyyətində təqsirli bilinərək saxlanılan jurnalist Rauf Mirqədirovun işindən keçir. Bundan başqa, ailə cütlüyü qanunsuz sahibkarlıq fəaliyyəti göstərməkdə, vergidən yayınmaqda və digər hüquqpozma əməllərində təqsirli bilinir.
Bu arada ermənipərəst cütlüyün tərcümeyi-halının bəzi məqamlarını da xatırlatmaq yerinə düşərdi. Azərbaycanda belə bir atalar məsəli var: Görünən dağa nə bələdçi? Haqqında bəhs olunan ailə cütlüyünün də ermənipərəstliyini təsdiqləmək üçün, necə deyərlər, baş sındırmağa heç bir lüzum yoxdur. Leyla Yunusova o Leyla Yunusovadır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqları işğala məruz qalanda, soydaşlarımız amansızlıqla yurd-yuvalarından didərgin salınanda xarici ölkələrdə respublikamızın əks-təbliğatını aparır, faktları təhrif edərək azərbaycanlıların ermənilərə “aman vermədikləri” barədə həqiqətdən uzaq yalanlar yayırdı.
Sonrakı mərhələdə - AXC-”Müsavat” iqtidarı dövründə Yunusovlar-Barseqyanlar ailəsinin təmsilçiləri iqtidarda təmsil olundular. Ailə şəcərələri ermənilərə bağlanan Arif, Ramiz, Leyla Yunusovlar-Barseqyanlar bu fürsətdən ermənilərin xeyrinə maksimum dərəcədə “faydalanmağa” çalışırdılar. O cümlədən, həmin dövrdə Azərbaycanın Müdafiə Nazirliyində analitik-informasiya xidmətinin rəhbəri vəzifəsi ilə “mükafatlandırılan” Leyla Yunusova-Barseqyan ordumuzun əməliyyat-hərəkət planları, dislokasiya yerləri barədə məxfi məlumatları “hərbçi” operativliyi ilə düşmən tərəfə - ermənilərə çatdırırdı.
Vəzifədən uzaqlaşdırılan erməni ailəsinin gəlini Leyla Yunusova-Barseqyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılanadək keçən müddətdə gen bağlılığı olan ermənilərə xidmət missiyasını QHT təmsilçisi adı altında yerinə yetirib. Son vaxtlaradək Leyla Yunusova-Barseqyanın rəhbərlik etdiyi “Sülh və Demokratiya İnstitutu”nun ofisi ermənipərəst dairələrin təmsilçilərinin məxfi müzakirələrə qoşulduqları bir mərkəzə çevrilmişdi desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bu şər yuvasında ölkəmizlə bağlı hazırlanan donos xarakterli “hesabatlar” yüksək operativliklə anti-azərbaycançı dairələrə ötürülürdü...
Bir sözlə, Yunusovlar-Barseqyanlar ailəsinin təmsilçilərinin düşmən ermənilərin xeyrinə zaman-zaman sərgilədikləri əməllərin siyahısı kifayət qədər uzundur. Təsadüfi deyil ki, bu ailə cütlüyünün həbsindən ilk növbədə məhz ermənilər narahat olmağa başlayıblar. Məsələn, ermənilərə məxsus elektron KİV-lərdə Yunusovların-Barseqyan mədhinə həsr olunan çoxlu yazılara rast gəlmək mümkündür. Həmin yazılarda tez-tez belə ifadələr işlədilir: “Bu qadın Arsaxın bütün şərəf medallarına layiqdir”, “O, bizim Arsaxın azadlığı uğrunda çox çalışıb”.
Hətta ermənilər “Leyla Yunusova-Barseqyan azad edilməyənədək cəbhə xəttində Azərbaycana qarşı atəşin susmayacağını” bəyan ediblər.
Bütün bunlar təəccüb doğurmur. Necə deyərlər, ermənilər öz gəlinlərinin-əlaltılarının “müdafiəsini” təşkil etmək qayğısına qalırlar. Bəs erməni xorunda yer alaraq Yunusovlar-Barseqyanlar ailə cütlüyünün müdafiəsinə qalxan “sapı özümüzdən olan baltalar”a nə deyəsən?
Həqiqətən də, məlum həbslərdən sonra AXCP və onun sədri Əli Kərimli özünü Yunusovlar-Barseqyanların qızğın təəssübkeşi kimi apararaq onların “müdafiəsinə” qalxıb. Elə təəssürat yaranır ki, AXCP müstəqil partiya deyil, Leyla Yunusovanın qeydiyyata alınmayan təşkilatının bir filialıdır. Əli Kərimli isə, sözün əsl mənasında, özünü ermənilərin vassalının vassalı rolunda aparır. İş o yerə çatıb ki, Əli Kərimli və onun çiyindaşları radikal düşərgənın digər təmsilçiləri ilə açıq qarşıdurmaya getməkdən belə çəkinməyiblər. Onlar Barseqyanlar ailəsinə və dolayısı ilə ermənilərə “sevgilərini” nümayiş etdirmək üçün öz nəzarətlərində olan qondarma “Milli şura” ilə birləşərək “hüquq müdafiəçiləri”nin müstəqil “Müdafiə komitəsi”ni yaratdıqlarını bəyan ediblər.
Radikal düşərgədə yaradılan digər bir oxşar “komitə”nin təmsilçisi, ADP-nin sədri Sərdar Cəlaloğlu isə Əli Kərimli və onun “komandası”nın Barseqyanların bu şəkildə müdafiəsinə qalxmalarını “əxlaqsızlıq” kimi dəyərləndirib. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Ermənilərin vassalının vassalı rolunda çıxış edənlərin layiqli qiyməti elə budur...

 
  • Oxunub:  23160  |  
  • Tarix:  22-08-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA