Ana səhifə »  Müəlliflər »  “Müsavat”da “qurultay məsələsi” yenidən aranı qatıb
A+   Yenilə  A-
“Müsavat”da “qurultay məsələsi” yenidən aranı qatıb
Yazdı: Mübariz Abdullayev

İsa Qəmbər tərəfdarlarının yeni başqanın seçilməsi nəzərdə tutulan qurultayın vaxtının parlament seçkilərindən sonrayadək ertələnməsi ilə bağlı səsləndirdikləri təklif-bəhanə başqan olmaqla bağlı xəyallar quran funksionerləri ayağa qaldırıb
Artıq illərdir ki, “Müsavat”ın üzvlərini, sözün əsl mənasında, qarşı-qarşıya qoyan, funksionerlərin özlərinin etiraf etdikləri kimi, partiyada müxtəlif səngərlərdə dayanan “komandalar”ın yaranması ilə sonuclanan qurultay məsələsi son günlərdə yeni bir ixtilaf mövzusuna rəvac verib. Bu dəfə söhbət acı bağırsaq kimi uzanan qurultayın vaxtının ölkəmizdə 2015-ci ildə keçiriləcək parlament seçkilərindən sonrayadək ertələnməsindən gedir. Göründüyü kimi, mövzu köhnə olsa da, bəhanə təzədir.
Qeyd edək ki, “Müsavat”da qurultay davası 2010-cu ildən başlayıb. Partiyanın 2000-ci ildə keçirilən qurultayında qəbul olunan nizamnaməyə görə, bir şəxs “Müsavat” başqanı postunda maksimum 10 il müddətində qala bilər. Partiyanın növbəti qurultayının keçirilməməsinin “qarınağrısı” də məhz bununla bağlıdır. Belə ki, nizamnaməyə görə, “Müsavat”ın başqanı İsa Qəmbərin səlahiyyət müddəti 2010-cu ildə bitib. Elə həmin vaxtdan da partiyada köhnə və yeni qvardiyalar arasında başlayan qurultay davası davam etməkdədir və belə görünür ki, bu xəmir hələ çox su aparacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 10 illik səlahiyyət müddəti bitən İsa Qəmbər özünü başqanlıqdan kənarda təsəvvür etmir. O, “baş “müsavat”çı” statusunun bir başqasına keçməməsi uğrunda “öldü var, döndü yoxdur” mövqeyi nümayiş etdirir. Əlbəttə, İsa Qəmbər tərəfdarı olan “köhnə qvardiya” üzvləri partiya təmsilçilərinin nə vaxtsa “nizamnaməni pozur” ittihamını başqanın üzünə deyəcəklərinin fərqindədirlər. Buna görə də, nizamnaməyə uyğun olaraq, partiyaya yeni başqan seçkiləri keçiriləcək növbəti qurultayın baş tutmamasına “obyektivlik” donu geyindirməyə çalışırlar və bunun üçün də sonu görünməyən bəhanələr uydururlar.
Məsələn, İsa Qəmbərin komandası uzun müddət əsl niyyətlərini “uyğun yer” bəhanəsi altında gizlətməyə müvəffəq oldular. Belə ki, “köhnə qvardiya”nın təmsilçiləri qanunvericiliyə uyğun şəkildə təklif olunan məkanların hər birində İsa Qəmbərdən gələn göstərişlər əsasında bir “eyib” taparaq “Müsavat”çıları daim “biz böyük partiyayıq, şanımız-şöhrətimiz var, ona görə də qurultayımızı uyğun yerdə, təntənə ilə keçirməliyik” bəhanəsi ilə ovudurdular.
Lakin hər şeyin də bir həddi var. “Müsavat”çılar da, nəhayət, sonsuz “uyğun yer” bəhanələrinin arxasında bir hiylə olduğunu, bunun İsa Qəmbərin başqanlığının ömrünü uzatmaq üçün düşünüldüyünü başa düşdülər. Təsadüfi deyil ki, son vaxtlarda “köhnə qvardiya”nın məlum bəhanələrindən bezən “Müsavat” funksionerləri “istəsək, tədbirimizi partiyanın qərərgahında da keçirə bilərik”,-deyə yeni başqan seçkisinin müzakirəyə çıxarılacağı qurultayın düzənlənməsinə israr edirlər.
Buna görə də “uyğun yer” bəhanələrinin daha keçərli olmayacağını yəqin edən “köhnə qvardiya” təmsilçiləri partiyanın növbəti qurultayının düzənlənməsini əngəlləmək üçün “xoruz səsi eşitməmiş” yeni bir bəhanəyə əl atıblar. Beləliklə, mövcud “status-kvo”nun dəyişməsini istəməyən İsa Qəmbər tərəfdarları hazırda partiyada, necə deyərlər, ictimai rəyi qurultayın parlament seçkilərindən sonrayadək ertələnməsinə hazırlamaq istiqamətində iş aparırlar. Bu xüsusda ilk danışanlardan biri məclis üzvü Məmməd Zeynalov olub. Partiya funksioneri mətbuata açıqlamasında başqan seçimi olacağı üçün qurultayın əleyhinə çıxdığını açıq mətnlə dilə gətirib: “Qurultayın gündəliyində başqan seçimi durduğundan onun keçirilməsinin əleyhinəyəm. Hazırda başqan İsa Qəmbərin yerinə layiqli namizəd görmürəm. Başqan seçiminin ən azı 2015-ci ildə keçiriləcək parlament seçkisindən sonraya qalmasını istəyirəm... Mənim kimi düşünənlər çoxdur”.
Eyni mövqedən çıxış edən divan üzvü Tural Abbaslı da qurultayın parlament seçkilərindən sonrayadək ertələnməsinin zəruriliyini özünəməxsus “arqumentlərlə” əsaslandırmağa çalışıb. Onun məntiqinə görə, parlament seçkilərindən bir il əvvəl partiyada qurultay düzənlənməsi “Müsavat”ı əsas hədəfindən yayındıra bilər.
Bununla belə, İsa Qəmbər tərəfdarlarının qurultayın parlament seçkilərindən sonrayadək ertələnməsi ilə bağlı növbəti təklif-bəhanəsi özünü və yaxud təmsil etdiyi “komanda”nın nümayəndəsini başqan görmək istəyənlərin kəskin etirazı ilə qarşılanıb. Partiya funksionerlərindən başqan olmaq üçün dəridən-qabıqdan çıxan Arif Hacılı, Səxavət Əlisoy və digərləri yeni təklif-bəhanəyə və onu dəstəkləyənlərə qarşı ciddi narazılıqlarını bildiriblər. “Müsavat Partiyasının qurultayının keçirilməsi vacibdir”. Bu sözləri isə məclis üzvü Hikmət Hacızadə dilə gətirib. “Müsavat” yetkilisi vurğulayıb ki, partiyada yenilənmə olmalıdır: “Qurultayı keçirmək lazımdır. Qurultayda yeni başqan seçiləcək, partiyanın sənədlərinə baxılacaq, yeni divan formalaşacaq”.
Göründüyü kimi, “Müsavat”da tərəflər arasında etimad limiti tamam tükənib və bütün körpülər yanıb. Belə olan halda isə “Müsavat”çıların eyni dam altında qalmaları və birgə yol getmələri, sadəcə, mümkün deyil.

 
  • Oxunub:  21240  |  
  • Tarix:  26-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 21:28
Rusiya telekanalı Formula 1 SOCAR Azərbaycan Qran Prisinə reportaj həsr edib
19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA