Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Müsavat”ın parçalanması qaçılmazdır

“Müsavat”ın parçalanması qaçılmazdır

24.07.2014 [09:58]

Mübariz Abdullayev

Başqanlıq uğrunda gedən savaşda qarşı-qarşıya duran, öz “favoritlərini” partiyada birinci şəxs etmək istəyən “komandalar”ın bundan sonra birgə yol gedəcəklərini təsəvvür etmək belə çətindir
“Müsavat”da qurultay məsələsi acı bağırsaq kimi uzandıqca və bu səbəbdən də partiyaya yeni başqanın seçilməsi ertələndikcə müxtəlif iddialarda bulunan, İsa Qəmbərdən sonrakı dönəmlə bağlı xəyallar quran funksionerlər arasında intriqalar, çəkişmələr daha da şiddətlənir. İsa Qəmbərin ciddi-cəhdlə “ev sirlərinin” çölə çıxmasının qarşısını almağa çalışmasına, narazılıqların üstünü pərdələmək siyasəti yürütməsinə rəğmən, eyni statusda qalmaq istəməyən funksionerlərin səbr kasalarının daşdığı, bir-birlərinə və elə başqanın özünə münasibətdə narazılıqlarının son həddədək artdığı ortadadır. Necə deyərlər, cidanı çuvalda gizlətmək mümkün deyil.
Beləliklə, yeri gəldi-gəlmədi “radikal düşərgənin əsas güc mərkəzi bizik” deyən “Müsavat”çıların artıq ambisiyalarını, məhdud maraqlarını partiya maraqlarının fövqündə qoyan qruplara bölündüklərini söyləmək mümkündür. İsa Qəmbərin daxil olduğu “köhnə qvardiya” partiyadakı mövcud “status-kvo”nun dəyişməz qalması uğrunda, “öldü var, döndü yoxdur” mövqeyi sərgiləyir. Bu qrup müxtəlif manevrlər işlətməklə, bəzən bəhanələr gətirməklə, bəzən də vədlər verməklə partiyanın təşkilati məsələlərinin müzakirəyə çıxarılacağı növbəti qurultayının keçirilməsini illərlə əngəlləməyə və beləliklə də, İsa Qəmbərin başqanlıqda qalmasını təmin etməyə nail olub. “Köhnə qvardiya”nın üzvləri bəhanələrinin, manevrlərinin keçərli olmasını əsaslandırmaq üçün tez-tez dövriyyəyə başqanlığın İsa Qəmbərin boyuna biçildiyi, partiyada hələ onu əvəzləyəcək kadrların yetişmədiyi barədə dezinformasiya xarakterli məlumatlar buraxırlar.
Lakin hər ötən gün “Müsavat”da artıq bu kimi nağıllarla daha İsa Qəmbərin dedikləri ilə oturub-durmaq istəməyən funksionerləri ovutmağın mümkün olmadığı qənaətini bir qədər də möhkəmləndirir. Əgər “Müsavat”da can qoyduqlarını və çox şeylərə haqlarının çatdığını düşünən funksionerlər son vaxtlaradək İsa Qəmbərə münasibətdə özlərini zahirən də olsa, böyük-kiçik yeri gözləyənlər kimi aparırdılarsa, indi onlar “ədəb-ərkandan keçib” deyərək İsa Qəmbərin yerinə göz dikdiklərini açıq şəkildə nümayiş etdirirlər. Son vaxtlar “Müsavat” düşərgəsindən çox tez-tez “qurultayımızı bu dəfə təxirə salmayacağıq”, “nizamnaməni pozmaq partiyaya başucalığı gətirmir” kimi fikirlərin eşidilməsi, əslində, funksionerlərin İsa Qəmbəri fakt qarşısında qoymaq və ona “daha bəsdir, çıx get” çağırışı etmələri anlamına gəlir.
Bununla belə, iş ondadır ki, “Müsavat”da İsa Qəmbəri sözün əsl mənasında itələyib onun yerində oturmaq istəyən funksionerlər heç də vahid mövqedən çıxış etmirlər. Belə ki, partiyada öz “favoriti”ni başqan etmək istəyən bir neçə qrup formalaşıb. Təsadüfi deyil ki, partiyanın bəzi funksionerləri bu barədə söz-söhbətləri, hətta radikalların nəzarətlərində olan KİV-lərə də çıxarıblar. Məsələn, başqanlığa açıq-aşkar iddialar sərgiləyən “Müsavat” funksioneri Səxavət Əlisoy çiyindaşlarının ünvanına sərt ittihamlar səsləndirərək belə deyib: “Bir qrup partiya üzvü var ki, onlar həmişə bir komandada olmaq istəyirlər. Elə hesab edirlər ki, başqan da onların təmsil olunduğu komandadan seçilməlidir. Bu, bir xəyaldır, uzağa getməyən düşüncədir”.
Qeyd edək ki, Səxavət Əlisoy partiyada qruplaşmaların yarandığını etiraf edən yeganə “Müsavat”çı deyil. Radikalların nəzarətində olan mətbuat orqanlarında “Müsavat”ın fəal üzvü kimi təqdim olunan və Hollandiyada yaşadığı bildirilən Eldəniz Yusifov da mətbuata açıqlamasında açıq-aşkar qrup maraqlarından çıxış edib. O bildirib ki, Avropada yaşayan “Müsavat”çıların əksəriyyəti partiyanın icra aparatının rəhbəri Arif Hacılının namizədliyini dəstəkləyir. E.Yusifov, həmçinin, divan üzvü Qubad İbadoğlunun başqanlığının “Müsavat”a heç bir faydasının olmayacağını da dilə gətirib. Onun qənaətinə görə, indiki şəraitdə Qubad İbadoğlu meydanlarda mübarizəyə hazır deyil.
Eldəniz Yusifovun bu açıqlamasına “Müsavat” daxilindəki digər bir qruplaşmadan cavab özünü çox gözlətməyib. Partiyanın divan üzvü Vurğun Əyyub da mətbuata açıqlamasında Eldəniz Yusifovun səsləndirdiyi meyarların köhnəldiyini bildirib və açıq-aşkar qrup maraqlarından çıxış edib: “Hesab edirəm ki, partiya başqanı olacaq şəxs təşkilat üzvləri arasında ayrı-seçkilik yaratmayan, siyasi partiyalar arasında əlaqələri gücləndirə bilən, partiyanın idarə edilməsində elmi prinsiplərə söykənən və s. xüsusiyyətləri olan şəxs olmalıdır. Bu keyfiyyətlər Qubad İbadoğlunda yetərincədir”.
Bir sözlə, başqanlıq uğrunda gedən savaşda qarşı-qarşıya duran “komandalar”ın bundan sonra eyni partiyada birgə yol gedəcəklərini təsəvvür etmək belə çətindir. Belə görünür ki, qurultayın tez və ya gec baş tutmasından, hansı qruplaşmanın təmsilçisinin başqanlıq uğrunda mübarizədən qalib ayrılmasından asılı olmayaraq funksionerlərin yollarını ayıracaqları və “Müsavat”ın parçalanacağı qaçılmazdır...

Paylaş:
Baxılıb: 1086 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30