Ana səhifə »  Müəlliflər »  Radikalların məğlubiyyət etirafı
A+   Yenilə  A-
Radikalların məğlubiyyət etirafı
Yazdı: Mübariz Abdullayev

Qondarma “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyevin siyasi partiyaların fiaskoya uğradıqlarını dilə gətirməsi radikal düşərgədə aranı qatıb
Radikal müxalifət düşərgəsində hər ağızdan bir avaz gəlir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Çünki, dağıdıcı düşərgədə cəmləşən partiyaların, marginal siyasi qrupların təmsilçiləri hər gün yeni bir xəyala düşərək əcaib-qəraib fikirlər dilə gətirirlər. Onların dediklərinə diqqət yetirdikdə radikalların çəkici bir zindana vurmaqdan çox-çox uzaq olduqları, hər kəsin sırf konyunktur maraqlardan çıxış etdiyi və közü öz qabağına çəkmək istədiyi dərhal nəzərə çarpır. Aydın görünür ki, radikallar eyni düşərgədə cəmləşsələr də, onların arasında partiya və qrup maraqlarından irəli gələn kəskin, antaqonist ziddiyyətlər var.
Bu cəhətdən tez-tez cəfəng açıqlamaları ilə gündəmə gələn və həftə səkkiz, mən doqquz, dağıdıcı düşərgədəki çiyindaşları ilə “söz dueli”nə çıxan, məhkəmə çəkişmələrindən başı açılmayan qondarma “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyevin bir müddət öncə səsləndirdiyi fikirlər radikal düşərgədə yenidən odun üstünə yağ töküb. “El” hərəkatının siyasi partiyaya çevriləcəyi, yaxud hərəkat kimi fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə sualı cavablandıran Eldəniz Quliyev siyasi partiya mübarizəsinin fiaskoya uğradığını bildirib. Onun sözlərinə görə, partiyaların atdıqları addımlardakı səhvləri nəzərə alaraq yeni siyasi qurum yaratmaq lazımdır. “Bu, siyasi hərəkat olacaq, mübarizə fəlsəfəsində yeni təfəkkür nümayiş etdirəcək”.
Açıqlamasından göründüyü kimi, “El”in təmsilçisi, radikalların öz dilləri ilə desək, bütün “ana”, “bala”, “əsas”, “yedək” partiyaların üstündən çalın-çarpaz qara xətt çəkib və radikal düşərgənin mövcudluğunun, hansısa perspektivlərinin yalnız yeni yaradılacaq hərəkatla bağlı olduğunu vurğulayıb. Yəni Eldəniz Quliyev radikallara onu xatırladıb ki, sizlərin indiyədək oynadığınız “partiya-partiya” oyunu özünü aldatmaqdan savayı bir şey deyil, gəlin bundan sonra “hərəkat-hərəkat” oyunu oynayaq...
“El” hərəkatının təmsilçisini üç, ya beş nəfər qohum-əqrəbanın, ailə üzvlərinin cəmləşdiyi hansısa qondarma qurumu “partiya” və yaxud “hərəkat” adlandırmağın mətləbə heç bir dəxli olmadığını, mahiyyəti dəyişmədiyini dərk etməyəcək qədər sadəlövh birisi saymaq düzgün olmazdı. Görünən odur ki, Eldəniz Quliyev radikallara “yeni ideya” sırımaq istəyərkən ilk növbədə özünün və təmsil etdiyi “El”in “gəlirini-çıxarını” hesablayıb.
Məlumdur ki, Eldəniz Quliyev və onun özünə öndəgedən, ən yaxın çiyindaş sandığı reneqat Eldar Namazov əl-ələ verərərk təmsil etdikləri “El” hərəkatını partiyaya çevirmək uğrunda çox çabalamalar nümayiş etdiriblər. Lakin onların bu məqsədlə tər tökmələri, özlərini, necə deyərlər, oda-közə vurmaları nəticəsiz qalmaqdadır və yəqin ki, bundan sonra da bir nəticə verməyəcək. Elektorat yoxluğu, Eldar Namazovun, Eldəniz Quliyevin radikallar arasında, eləcə də, bütövlükdə cəmiyyətdə tamam nüfuzdan düşmələri “El”in siyasi partiya kimi təşkilatlanmasını əngəlləyən başlıca səbəbdir. Reneqat Eldar Namazov-Eldəniz Quliyev cütlüyünün bu məsələdə, necə deyərlər, oxlarının daşa dəyməsi onları yeni manipulyasiya cəhdinə əl atmağa vadar edib.
Lakin reneqat Eldar Namazovun, Eldəniz Quliyevin xam xəyallarına rəğmən, bir vaxtlar “elektorat ovu” kimi utancverici olayla gündəmə gələn “El”in düşərgəsində çalınan yeni hava bütövlükdə radikal düşərgədə, sözün əsl mənasında, top-tüfənglə qarşılanıb. Məsələn, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Eldəniz Quliyevin partiyaların fiaskoya uğraması haqda dediklərinə əlüstü cavab verərək belə deyib: “Siyasi partiyaların siyasi mübarizədə fiaskoya uğraması ilə bağlı fikir söyləmək üçün Eldəniz Quliyevin kifayət qədər faktları da yoxdur. Heç olmasa əvvəllər bir siyasi partiyada rəhbər vəzifədə fəaliyyət göstərsəydi, bu haqda fikir bildirməsi daha məntiqli olardı. Amma indiki halda Eldəniz Quliyev bir az qabağa gedib”.
“Müsavat” funksioneri, həmçinin, qondarma “Milli şura”nın acı nümunəsini misal gətirərək Eldəniz Quliyevin yeni birlik və yaxud hərəkat yaratmaqla bağlı “təşəbbüs”ünün də heç bir əhəmiyyət daşımadığını əsaslandırıb: “Bütün variantlar yoxlanılır, sınaqdan keçirilir və aydın olur ki, Azərbaycan müxalifətinin bir yerdə fəaliyyət göstərməsi mümkün olmur. Ötən il yaranmış “Milli şura” məsələsi də göstərdi ki, belə bir birliyin yaranması qələbə əldə etmək üçün yetərli deyil”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Eldəniz Quliyevin “təşəbbüs”ünə kinayə ilə münasibət bildirib: “Velosipedi ikinci dəfə kəşf etməyə ehtiyac yoxdur. Sadəcə, velosipedi yaxşı sürməyi öyrənmək lazımdır. Eldəniz Quliyev siyasətin, sosiologiyanın, demokratiyanın, dünyadakı hadisələrin anlamının, qələbənin, məğlubiyyətin səbəbinin nə olduğunu bilməyə-bilməyə yeni bir təşkilat yaratmaq istəyir. Azərbaycanda qeydiyyatdan keçmiş 55 partiya var. Birini də Eldəniz Quliyev yaratsın, adını qoysun Həsənqulu. Nə olacaq?”.
Həqiqətən də, manipulyativ ad dəyişikliyi radikal düşərgədə nəyisə dəyişməyə kifayət deyil. Radikalların zaman-zaman sərgilədikləri əməllər onları uçurumun dibinə yuvarlayıb. İndi onların hansı yollasa bu vəziyyətdən çıxa biləcəkləri dəryada balıq söhbətidir.

 
  • Oxunub:  23580  |  
  • Tarix:  18-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA