Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin ağ yalanları və ya ictimai rəylə uğursuz manipulyasiya cəhdi
A+   Yenilə  A-
Əli Kərimlinin ağ yalanları və ya ictimai rəylə uğursuz manipulyasiya cəhdi
Yazdı: Pərviz Sadayoğlu

22 il öncə yaratdıqları xaosu, özbaşınalığı və separatizm meyillərini gizlətməyə çalışan AXCP sədrinin cəfəng fikirləri növbəti dəfə onun özünü ifşa edir....
XX əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycanın azadlıq yolu tarixə olduqca keşməkeşli məqamları ilə yazıldı. Hələ əsrin əvvəlində şərqin ilk demokratik respublikasını quran Azərbaycan sonradan xarici istilaya məruz qaldı. 1991-ci ildə SSRİ-nin dağılması ilə yenidən müstəqillik qazanan Azərbaycan dövləti də az zaman sonra öz sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti kimi tarixdən silinmə təhlükəsi ilə üz-üzə qaldı. Ötən 23 il çox uzaq tarix olmadığı üçün xalqımız, xüsusən yaşlı və orta nəslin nümayəndələri həmin dövrləri yaxşı xatırlayırlar. Ölkədə baş alıb gedən anarxiya, xaos, silahlı birləşmələrin özbaşınalıqları, siyasi böhran, iqtisadi tənəzzül hər kəsin yaddaşındadır.
Maraqlıdır ki, həmin dövrdə ölkəni məhvə sürükləyənlər öz ayıblarına kor olmaq, səhvlərini etiraf etmək və etdikləri qanunsuzluqlara görə xalqdan üzr istəmək əvəzinə yeni-yeni yalanlar “ixrac” etməyə, bu yolla 1992-ci ildə baş verənləri gizlətməyə və ictimai rəylə manipulyasiya etməyə çalışırlar. Əlbəttə ki, 21 illik “müxalifətçilik” dövründə “siyasi fəaliyyəti” yalnız xəyanət və satqınlıqlarla müşayiət olunan bu düşərgənin nümayəndələrinin bu cür yalanları nə ayaq tutmur, nə də yeriyə bilmir...
Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoyan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsində mühüm “rol” oynayan AXC-”Müsavat” hakimiyyətinin nümayəndəsi sayılan, həmin dövrdə dövlət katibi vəzifəsini tutmuş Əli Kərimli də bir neçə gün öncə yenidən bu tip yalanları sosial şəbəkədə paylaşıb. Öz aləmində “arqument” saydığı yalanlarını “fakt” kimi sırımağa çalışan AXCP sədrinin yazdığı və danışdığının yalnız bir adı var-“taftalogiya”...
Əli Kərimlinin özü və onu idarə edənlər Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır
AXCP sədrinin yalan danışdığı onun sosial şəbəkədə paylaşdığı “taftalogiyanın” birinci cümləsindən aydın olur. Özünü “həqiqi vətənpərvər” adlandıran Ə.Kərimli utanmadan Azərbaycan hakimiyyətini “Qarabağı unutdurmaq” siyasəti aparmaqda “günahlandırır”. Görəsən, Ə.Kərimli nə tez özünün və partiyasının bəzi üzvlərinin dəfələrlə Dağlıq Qarabağ münaqişəsini siyasi alver predmetinə çevirməsi faktlarını yadından çıxarıb? Uzağa getməyək, ötən il keçirilən prezident seçkiləri dövründə üzv olduğu qondarma “Milli şura” layihəsinə sədrlik edən və Ə.Kərimlinin də dəstəklədiyi hər iki namizəd ermənipərəst mövqe nümayiş etdirdi və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar verdi.
Amma Azərbaycan hakimiyyətinin qətiyyəti, düzgün qurulmuş xarici siyasət kursu Azərbaycanın haqq səsinin dünyada tanınmasına yol açıb. 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT TŞ-ya üzv seçildi. Ən əsası isə, məhz Azərbaycan hakimiyyətinin qətiyyəti sayəsində bu gün işğalçı Ermənistan regionda reallaşdırılan bütün layihələrdən kənarda qalıb. Hətta şərqlə-qərbi birləşdirən enerji layihələrində belə Ermənistan tranzit ölkə kimi iştirak edə bilmir. Bu isə Ermənistan iqtisadiyyatının çöküşünə, işğalçı dövlətin sütunlarının sarsılmasına gətirib çıxarıb.
Azərbaycan hakimiyyəti ermənilərin xalqımıza qarşı həyata keçirdiyi Xocalı, Ağdaban və digər soyqırımları haqqında faktları dünya ictimaiyyətinə dolğun şəkildə təqdim edir. Bu gün dünyanın bir sıra aparıcı təşkilatları Xocalı soyqırımını insanlıq əleyhinə terror faktı kimi dəyərləndirir. Artıq Azərbaycanın haqq işinə vaxtilə Ermənistanı dəstəkləyən ölkələr də dəstək verir.
Bu gün Azərbaycan ordusu regionun ən güclü və müasir ordusu sayılır. Azərbaycanın müdafiə xərclərinə (hərbi xərclərə) büdcədən ayrılan vəsait Ermənistanın ümumi dövlət büdcəsini üstələyir. Azərbaycan ordusu hər an işğal altında olan torpaqlarımızın azadlığı uğrunda silahlı mübarizəyə qalxmağa hazır vəziyyətə gətirilib.
Bəli, fakt budur. Ə.Kərimlinin elə ilk cəhddə öz yalanlarının içində əridiyinin şahidi oluruq. Elə hakimiyyətdə olduqları dövrdə olduğu kimi indi də boş-boş danışmağa üstünlük verən, heç bir konsepsiyası olmayan, yalnız ağa qara deməklə kifayətlənən AXC-“Müsavat” hakimiyyəti dövrünün “eksləri” bunu öz aləmlərində “müxalifətçilik” sayır.
AXC-“Müsavat” hakimiyyətinin məmurları qoçu dəstələri ilə gəzirdi...
Sosial şəbəkədə paylaşdığı yalan yığınında Ə.Kərimlinin səsləndirdiyi digər fikirlər onun əslində məqsədinin nə olduğunu göstərir. Məsələn, hakimiyyətdə olduqları zaman etdiklərini 180 dərəcə fərqli şəkildə təqdim etməyə cəhd göstərən Ə.Kərimli niyə unudur ki, Dağlıq Qarabağın ermənilər tərəfindən işğalının məsuliyyəti birbaşa elə onların hakimiyyətlərində təmsil olunan məmurların, o cümlədən, Ə.Kərimlinin boynundadır. Ə.Kərimliyə xatırlatmaq yerinə düşər ki, onun cəfəng fikirlərinin əksinə olaraq həmin dövrdə AXC-”Müsavat” hakimiyyətinin ən “kiçikçaplı” məmuru belə yanında silahlı dəstə gəzdirirdi. Ölkənin daxili işlər, müdafiə naziri özünü kriminal ünsür kimi aparır, rəhbərlik etdikləri strukturların silahlı birləşmələrini öz maraqlarına xidmət etdirirdi. Digər hakimiyyət üzvləri-nazirlər, parlamentin spikeri, o cümlədən Ə.Kərimlinin özü başına dəstə cəm edib ətrafında silahlı çəmbər yaratmışdılar. Bakıda hakimiyyəti qəsb etmək üçün məqam gözləyən AXC üzvləri öz şəxsi maraqları naminə hər fürsətdə həmin silahlı birləşmələri döyüş bölgəsindən çıxarırdılar. Bu isə həmin ərazilərin nəzarətsiz qalmasına, əhalinin silahsız, köməksiz duruma düşməsinə və ermənilər tərəfindən qətlə yetirilməsinə şərait yaradırdı. Bu gün də rayonların işğal günlərində radikal düşərgə qəzetlərinə müsahibə verən Pənah Hüseyn, Əli Kərimli, İsa Qəmbər, İsgəndər Həmidov və başqaları etiraf edirlər ki, “filan rayonu mənim dəstəm qoruyurdu”. Axı, hansısa dövlət məmurunun niyə silahlı dəstəsi olmalı idi? Həmin dəstələrin döyüş bölgəsi rayonlarında hansı oyunlardan çıxması isə indi də xalqın yadındadır. Əlinə silah alan bu cür “reketlər” xalqın malını talayır, öz başçılarına qənimət yığırdılar. Görəsən, Ə.Kərimli həmin “hakimiyyət günləri”nin nostaljisini yaşayır?
Bundan başqa AXC-“Müsavat” hakimiyyətinin silahlı dəstələrə başçı qoyduğu şəxslərin “sayəsində” Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi. AXC-”Müsavat” hakimiyyətinin təyin etdiyi “komandan”lardan biri də bu gün ermənilərin kuklasına çevrilmiş Ələkrəm Hümbətov deyildimi? Azərbaycanın sərhədləri daxilində yeni seperatizm ocağı yaratmağa çalışan bu AXC “başbiləni” ölkəni parçalamağa çalışmırdımı? Niyə, Ə.Kərimli xalqdan üzr istəmir ki, Ə.Hümbətov kimi satqını, xaini bu xalqın başına bəla etmişdilər...
Və ya... AXC-”Müsavat” hakimiyyətinin Dağlıq Qarabağ üzrə hərbi birləşmələrin komandanlığını tapşırdığı Surət Hüseynov deyildimi? O Surət Hüseynov ki, sonradan elə Ə.Kərimli də daxil olmaqla AXC-”Müsavat” hakimiyyətini yıxmaq üçün çevriliş etdi. Ə.Kərimlinin dövlət katibi olduğu hakimiyyət isə ölkədə vətəndaş müharibəsi başlatdı və Gəncədə qardaş qanı axıdıldı.
Özünün şəxsi təhlükəsizliyini təmin edə bilməyən AXC başçıları Azərbaycanı vətəndaş müharibəsinə sürüklədi
Məhz həmin günlərdə Azərbaycan xalqı təkidli tələblə ölkəni xilas etmək üçün Naxçıvana-Ulu öndər Heydər Əliyevə müraciət etdi. Sonradan AXC-”Müsavat” hakimiyyətinin rəhbərləri də etiraf etdilər ki, Ulu öndərin Bakıya gəlməsi və onların özlərini xilas etməsi üçün dəfələrlə Ümummilli liderimizə xahiş ediblər. O dövrün parlament iclaslarına, videoçəkilişlərinə baxdıqda hər şey bəlli olur. Hətta AXC üzvü olan bir sıra dövlət məmurları öz hakimiyyətlərini səriştəsizlikdə suçlayır, qardaş qırğınına yol verdikləri üçün şiddətlə qınayırdılar. Qiyam qaldıran qüvvələr hakimiyyətin onlara qarşı silah işlətməsindən hiddətlənmişdi və AXC rəhbərlərini cəzalandıracaqlarını bildirmişdilər. Elə bu səbəbdən də dövləti, hakimiyyəti müdafiə etmək, ölkənin ərazi bütövlüyünü qorumaq yerinə Ə.Kərimli və digərləri öz “canlarının hayında” idilər.
Bəli, görəsən, öz şəxsi təhlükəsizliyini qoruya bilməyənlər həmin vaxt bu ölkənin, bu xalqın təhlükəsizliyini necə qoruya bilərdilər? Əlbəttə ki, bu mümkün deyildi. Əli Kərimlilər özləri də bilirlər ki, əgər o çətin şəraitdə Ulu öndər Heydər Əliyev bütün məsuliyyəti Öz üzərinə götürüb xalqımızı və dövlətimizi xilas etməsəydi, bu gün Azərbaycan dövlətinin varlığından danışa bilməzdik. Məhz Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində ölkədəki bütün qeyri-qanuni silahlı dəstələr ləğv edildi, nizami ordu, mərkəzləşdirilmiş hakimiyyət yaradıldı. Ən əsası Azərbaycan hüquqi dövlətə çevrildi və qanunun aliliyi təmin olundu. AXC-”Müsavat” dövründə baş alıb gedən özbaşınalığa son verildi.
Bu deyildimi, Ə.Kərimlinin yalanla bəzəməyə çalışdığı AXC-”Müsavat” dövrü?
Əli Kərimlinin iqtisadi nağılları...
Ə.Kərimlinin ağ yalanlarından biri də iqtisadiyyatla bağlı söylədikləridir. Bu səbəbdən də həmin dövrün bəzi real rəqəmlərinə müraciət etməyə ehtiyac var.
Görəsən, bu necə uğurlu “iqtisadi siyasət” idi ki, həmin dövrdə inflyasiya 1500-1800 faiz ətrafında dəyişirdi. Ölkədə iqtisadi sferada tam nəzarətsizlik hökm sürürdü. Rüşvət, korrupsiya baş alıb gedirdi. Ölkənin xarici borcları fatastik rəqəmlərlə ifadə olunurdu. Ölkədəki işsizlik, iqtisadi tənəzzül kriminogen halların on dəfələrlə artmasına səbəb olmuşdu.
Öz xalqına qarşı ağır cinayətlər törətmiş, həmçinin, özbaşınalığa rəvac verən AXC-”Müsavat” hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti nəticəsində, məhz Ümummilli liderin 1969-1982-ci illərdə ölkə rəhbəri olduğu dövrdə yaradılan iqtisadi potensial, demək olar ki, tam dağıdıldı, milli sərvətlərimiz talan edildi, bütün zavod və fabriklər fəaliyyətlərini dayandırdılar. AXC-”Müsavat” rəhbərliyi bu talandan qazanılan pulların hesabına ölkə hakimiyyətini əldə saxlamaq üçün qanunsuz silahlı dəstələr yaratdı.
Həmin sənaye, iaşə obyektlərini, fabrik və zavodları öz şəxsi əmlakları hesab edən AXC-“Müsavat” hakimiyyətinin yerlərdəki məmurları bu müəssisələrin divarını belə söküb satmaqla məşğul idilər. Ölkədə kütləvi işsizlik hökm sürürdü. Görəsən, Ə.Kərimli hansı iqtisadi uğurdan danışır? Azərbaycanın məhsulları heç bir qeydiyyat aparılmadan xaricə daşınıb satılır, dövlətin pulu talan edilirdi. Ola bilsin ki, Ə.Kərimli və onun daxil olduğu komandanın üzvləri öz şəxsi “iqtisadi imkanlarını” lazımi səviyyədə artırdıqları üçün bunu xalqın adına yazmağa çalışır...
“Əsrin müqaviləsinə” gəldikdə isə, Ulu öndərin diplomatik səyləri nəticəsində daxildə möhkəm təməllərə əsaslanan ictimai-siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi xarici investorların respublikamıza münasibətinin əsaslı surətdə dəyişməsinə gətirib çıxarmışdı. Ümummilli lider Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni son dərəcə vacib sayaraq ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışırdı. AXC-“Müsavat” hakimiyyəti dövründə hazırlanmış müqavilə siyasi və iqtisadi baxımdan Azərbaycanın deyil, Qərbin neft şirkətlərinin maraqlarına daha çox cavab verdiyindən, Ulu öndər böyük diplomatik məharətlə bu istiqamətdə aparılan danışıqların məcrasını dəyişməyə müvəffəq oldu. 1993-cü il iyun ayının 18-də ABŞ-ın nüfuzlu “Çikaqo tribun” qəzetinə verdiyi müsahibəsində Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin prinsipial mövqeyini bir daha açıq bəyan etmişdi: “Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz iqtisadi maraqları var. Bu isə tamamilə təbii məsələdir. Ancaq eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafelərindən yüksək tutmalıyıq”.
Azərbaycana kənar təzyiqlərin getdikcə artdığı belə bir mərhələdə Qərb şirkətləri ilə başlanmış danışıqları sona çatdırmaq ölkə iqtidarından ciddi siyasi iradə və əzmkarlıq tələb edirdi. Ümummilli lider Heydər Əliyev xalqın dəstəyi ilə bu maneələri inamla dəf edərək 1994-cü il sentyabrın 14-də “Əsrin müqaviləsi”nin imzalanmasının hüquqi əsaslarını müəyyənləşdirən Fərman imzaladı. Bu Fərmanda müqavilənin imzalanması üçün hazırlanmış saziş layihəsi müsbət qiymətləndirilir, Azərbaycanın belə bir layihəyə imza atmasının əhəmiyyəti önə çəkilirdi. Həmin saziş layihəsində isə yataqların işlənilməsi üçün tələb olunan investisiyaların 80 faizinin ARDNŞ və müqaviləni imzalayacaq konsorsium şirkətləri tərəfindən qoyulacağı göstərilmişdi. Layihə sazişin qüvvəyə minməsindən sonra ilk neftin 18 ay ərzində çıxarılmasını planlaşdırmışdı. İmzalanacaq müqavilədə əsas yataqlarda neft hasilatına 48 aydan gec olmamaq şərtilə başlanması da ümdə prinsiplərdən biri kimi əksini tapmışdı. Sənəddə, həmçinin, Azərbaycan neftinin dünya bazarına səmərəli yolla çıxarılmasını təmin edən neft kəmərinin tikintisinə 54 ay ərzində start verilməsi nəzərdə tutulmuşdu. Bundan başqa, neftlə birgə çıxan və ehtiyatları 55 milyard kubmetr həcmində dəyərləndirilən səmt qazının da Azərbaycana verilməsi müqavilədə dəqiq şəkildə göstərilmişdi. Sazişin əhatə etdiyi 90 milyard kubmetr həcmində ehtiyatlara malik qaz yataqlarının istismarı hüququ da məhz Azərbaycana verilmişdi.
Budur həqiqət və uğur! Əli Kərimlinin, AXC-”Müsavat” hakimiyyətinin “səyi ilə” beynəlxalq aləm Azərbaycan dövlətinə düşmən kəsilmişdi. Yarıtmaz xarici siyasət, anlaşılmayan mövqe və başqa amillər xarici dövlətlərin bizə olan münasibətinin gündən-günə kəskinləşməsində mühüm rol oynayırdı. Amma Ulu öndər Heydər Əliyevin səyi ilə bu münasibət qısa zamanda dəyişdi. Azərbaycan balanslaşdırılmış, tarazlı xarici siyasət kursu yeritməyə başladı. Bununla da bütün ölkələrlə AZƏRBAYCANIN DÖVLƏT MARAQLARI ÇƏRÇİVƏSİNDƏ ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsinə start verildi.
Ə.Kərimli Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi haqqında yalanları ilə özünü ifşa edir
Ə.Kərimlinin növbəti yalanı isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlıdır. Belə ki, ictimai rəylə manipulyasiyaya cəhd göstərən AXCP sədri iddia edir ki, guya həmin dövrdə tənzimləmə prosesi ilə ABŞ, Rusiya və Türkiyə məşğul olublar. Nəzərə almaq lazımdır ki, Türkiyə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 11 üzv dövlətindən biridir. O ki qaldı bu məsələdə önə çıxmaq, yəni həmsədr olmaq məsələsinə, Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq edib. Fransanın həmsədr olması isə Azərbaycan tərəfindən narazılıqla qarşılanmışdı və bildirilmişdi ki, bu dövlət açıq şəkildə Ermənistanın maraqlarını müdafiə etməyə çalışır. Amma o zamanın Fransa prezidenti Mitteran bildirmişdi ki, onların Ermənistanla dost olması münaqişənin həllində daha effektiv rol oynamalarına imkan yaradacaq.
Əslində, bu gün Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı hansısa fikri bildirəcək ən son şəxs Əli Kərimli və onun təmsil olunduğu hakimiyyətin digər üzvləridir. Çünki Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmasına şəraiti yaradan məhz bu şəxslər olublar. Bu gün də anti-azərbaycançı dairələrin xidmətçiliyini həyata keçirən Ə.Kərimli və digərləri Azərbaycan dövlətinin bütün uğurlarına qısqanclıqla yanaşırlar. Onlar özləri də görürlər ki, ölkə Prezidenti İlham Əliyevin apardığı siyasi kurs birmənalı şəkildə Dağlıq Qarabağın azadlığına və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə istiqamətlənib. Ə.Kərimlinin bu mövzularda danışdığı yalanlar isə növbəti dəfə AXCP sədrinin bir siyasətçi və bir vətəndaş kimi natamamlığını göstərir.

 
  • Oxunub:  23370  |  
  • Tarix:  16-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA