Ana səhifə »  Müəlliflər »  Ermənisayağı şantaj və yaxud Leyla Yunusovanın “hüquq” anlayışı
A+   Yenilə  A-
Ermənisayağı şantaj və yaxud Leyla Yunusovanın “hüquq” anlayışı
Yazdı: Mübariz Abdullayev

Sülh və Demokratiya İnstitutunun rəhbəri bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir və burada hansısa vasitələri baş üstünə çətir tutmaqla məsuliyyətdən yayınmaq mümkün deyil
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusova özünü “hüquq müdafiəçisi” adlandırsa da, qanunlardan yan keçməyi, əlaqədar qurumların mövcud qanunvericiliyə uyğun tələblərinə məhəl qoymamağı həyat tərzinə çevirməyə çalışır. “Hüquq müdafiəçisi”nin ardıcıl surətdə istintaqa ifadə verməkdən yayınmağa cəhd göstərməsi bunun təsdiqidir. Aydın görünür ki, ermənipərəst Leyla Yunusovanın “hüquq” anlayışı elə ermənisayağı şantajdan o yana getmir.
Kimdir Leyla Yunusova?
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusovanın “hüquq” anlayışının “erməni şantajı” ilə müqayisəsini təsadüfən aparmadıq. Bu müqayisə ondan qaynaqlanır ki, ermənilərə yaxınlıq, bağlılıq Leyla Yunusovanın həyatından qırmızı xətlə keçir. O, hər zaman, hər yerdə ermənilərin vəkili rolunda çıxış edir, daim ermənilərin təbliğat maşınının üyütdüyü yalanları dəstəkləyir, həmin yalanlarla üst-üstə düşən “tezislər” səsləndirir. Dilə gətirdiyi cəfəng fikirlərə diqqət yetirdikdə onun azərbaycanlı soyadı daşımasına, Azərbaycanın çörəyini yeyib, havasını udmasına rəğmən, erməni cəmiyyətinin maraqlarını qoruduğu, ermənilərin xidmətində durmağı həyat amalına çevirdiyi aydın nəzərə çarpır.
Düzdür, Leyla Yunusova son vaxtlaradək ermənilərə “ayı xidməti” göstərməsini ciddi-cəhdlə pərdələməyə, bu istiqamətdəki “fəaliyyətini” “hüquq müdafiəçisi” çətiri altında gizlətməyə çalışırdı. Lakin son vaxtlar aşkar olunan faktlar Leyla Yunusovanın ermənilərdən artıq ermənilik etməsinin gerçək səbəblərinə aydınlıq gətirdi. Söhbət onun mənsub olduğu ailənin genetik bağlılığından gedir. Son vaxtlar mətbuatda işıq üzü görən təkzibolunmaz faktlar Yunusovlar ailəsinin üstünə çəkilmiş maskanı dağıtdı. Sən demə, özünü Azərbaycan cəmiyyətinə “hüquq müdafiəçisi” kimi təqdim edən, reallıqda isə erməni havasına qol götürüb oynadığı aydın sezilən Leyla Yunusova elə erməni ailəsinin gəlini imiş. Onun həyat yoldaşı Arif Yunusovun atası erməni ailəsində böyüyüb və sonradan erməni Arşalyus Barseqyanla evlənib. Təbii ki, Yunusovlar ailəsinin çoxlu sayda erməni qohumları var. Onlar tez-tez Ermənistanda, Dağlıq Qarabağda, eləcə də, Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayan qohumları ilə təmaslar yaradırlar, görüşürlər.
Leyla Yunusova yediyi erməni çörəyinin “halallığını” qaytarır
Beləliklə, Leyla Yunusovanın ermənilərə olan böyük sevgisinin motivləri ortadadır. Təmsil etdiyi ailənin milli kimliyi Leyla Yunusovanın həyat yolunun, fəaliyyət istiqamətinin müəyyənləşməsində əsas amilə çevrilib. O, yediyi erməni çörəyinin “hallalığını” qaytarmaq üçün dəridən-qabıqdan çıxır. Leyla Yunusova AXC-”Müsavat” iqtidarının xüsusi rəğbəti ilə ötən əsrin 90-cı illərinin əvvəllərində vəzifə piramidasında yüksələndə də, 1994-cü ildə vəzifədən qovulandan sonra da eyni ermənipərəst ampluada qalıb. Əgər o, bir vaxtlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkəmizin mənafeyinə zidd açıqlamalarla çıxış edir, Azərbaycanın guya münaqişə bölgəsində ermənilərə qarşı təmizləmə əməliyyatı apardığı barədə bütün dünyaya car çəkir, ordumuzun durumu, hərəkət planları barədə düşmən tərəfə məlumatlar sızdırırdısa, 1994-cü ildən etibarən ermənilərə xidmət missiyasını vətəndaş cəmiyyətinin təmsilçisi qismində davam etdirir. Onun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu xalqımızın, Vətənimizin bədxahlarının missionerlik fəaliyyətləri üçün bir növ mərkəzə çevrilib. Onlar ölkəmizdəki demokratik mühitdən sui-istifadə edərək vaxtaşırı burada toplaşır və Azərbaycana qarşı yeni fəaliyyət planları qururlar. Leyla Yunusova Ermənistanın terrorçuluq və işğalçılıq siyasətini müdafiə edən David Şahnazaryanın, Laura Baqdasaryanın, Janna Krikorovanın və digər belələrinin partnyoruna çevrilib.
Bir sözlə, Leyla Yunusovanın ermənilərə xidmət əməllərinin siyahısı kifayət qədər uzundur. Bundan başqa, sən demə, erməni ailəsinin çörəyinin “hallalığını” qaytaran Leyla Yunusova həm də xidmətlərinin müqabilində ermənipərəst dairələrdən babat “halallıq” alırmış. Belə ki, Leyla Yunusova beynəlxalq erməni lobbi şəbəkəsinin təsir dairəsində olan antimilli mərkəzlərlə “həm ziyarət, həm də ticarət” prinsipi ilə işbirliyində olub. Yəni, o, sadəcə qonorar hesabına yaşayan sıradan bir “hüquq müdafiəçisi” deyil. Erməni dəyirmanının işinə yaraması onun əlini böyük paralara çatdırıb. Xarici ölkələrdəki mülklər, banklardakı manat, dollar, avro hesabları... Bunlar Yunusovlar ailəsinin Azərbaycana qarşı donoslar yazmaqla aldığı “halallıqların”- böyük sərvətin tam olmayan siyahısıdır.
“Hüquq müdafiəçisi”nın adı konkret cinayət işindən keçir
Məlumdur ki, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusova ermənilərə casusluq etməkdə şübhəli bilinərək saxlanılan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı ifadə verməyə çağırılıb. Normal məntiqlə yanaşdıqda burada qeyri-adi heç nə yoxdur. Leyla Yunusova isə təlaş içindədir. Belə ki, hüquq normaları çərçivəsində istintaqa çağırılan “hüquq müdafiəçisi” əvvəlcə dabanlarına tüpürüb ölkədən qaçmağa cəhd göstərdi. Bu cəhdinin qarşısı alındıqdan sonra isə yaxaladığı hər KİV nümayəndəsinə eyni sözləri təkrarlayır: “Məni qazamata salmaq istəyirlər”, “Məni 6 il həbs edəcəklər”...
Görəsən, Leyla Yunusova niyə iki ayağını bir başmağa dirəyib istintaqa ifadə verməkdən yayınmağa davamlı cəhdlər göstərir. Onun “qarğa, məndə qoz var” deməsinin arxasında dayanan şübhəli məqamlar hansılardır? Bu kimi suallara, əlbəttə ki, istintaqda aydınlıq gətiriləcək. Aydın məsələdir ki, Leyla Yunusovanın cığal uşaqlarsayağı “mən istintaqa getməyəcəm” deməsi də elə bununla bağlıdır. “Hüquq müdafiəçisi” məsuliyyətdən yaxa qurtarmağın yeganə yolunu ermənisayaq şantajlara əl atmaqda görür. Ancaq Leyla Yunusova bilməlidir ki, bu kimi şantajları, özüsayağı “hüquq anlayışlarını” başı üstünə çətir tutmaqla uzağa gedə bilməyəcək. Azərbaycan hüquqi dövlətdir və hər kəs də əməllərinin müvafiq cəzasını almalıdır.

 
  • Oxunub:  23460  |  
  • Tarix:  09-07-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA