Əli Kərimlinin “partizanlığı” ermənipərəst dairələrə xidmət etməyə hesablanıb
04.07.2014 [09:44]
Pərviz Sadayoğlu
AXCP sədri mötəbər tədbirdə təxribat törətməyə cəhd göstərməklə bir daha Azərbaycanın uğurlarından narahatçılıq keçirdiyini sübuta yetirdi
Yerləşdiyi Cənubi Qafqaz regionu ilə yanaşı, böyük bir coğrafiyanın aparıcı siyasi aktoruna çevrilmiş Azərbaycan bu gün beynəlxalq aləmdə mühüm tərəfdaş qismində qəbul olunur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilən xarici siyasət kursu ölkəmizin dünyanın əsas aparıcı beynəlxalq təşkilatlarında uğurla təmsil olunmasını təmin edib. Bunun nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, bu dövrdə quruma iki dəfə sədrlik etdi. Bu gün isə ölkəmiz AŞ Nazirlər Komitəsinə rəhbərlik edir. Bununla yanaşı, Azərbaycan son dövrlərdə olduqca mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu qəbildən NATO-nun, ATƏT PA-nın tədbirlərini xüsusi vurğulamaq yerinə düşər.
Amma ölkəmizin əldə etdiyi bu uğurlar, Azərbaycanın beynəlxalq səviyyədə tanınması, uğurlu xarici siyasət kursunun gətirdiyi dividendlər dostlarımızı sevindirdiyi kimi düşmənlərimizi də qəmə boğur. Azərbaycan dövlətinin və xalqının düşməni olan dünya erməniliyi, o cümlədən, bu lobbinin xarici ölkələrdəki anti-azərbaycançı “dəstəkçiləri” ölkəmizin bu uğurlarını gözdən salmaq, qara yaxmaq üçün bütün vasitələrdən istifadə edirlər. Həmin anti-azərbaycançı mərkəzlərin ən yaxın “yardımçıları” isə Azərbaycandakı “beşinci kolon” və ya radikal müxalifət düşərgəsidir. Bu insanlar üçün əsas məqsəd ölkədə xaos və qarşıdurma yaratmaqdır. Bunun nəticəsidir ki, “beşinci kolon”un üzvləri sayılan Leyla Yunusova, Əli Kərimli bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasında yer alır, erməniləri təbliğ etməklə yanaşı, onlara açıq dəstəklərini nümayiş etdirirlər. Bir müddət öncə NATO-nun ölkəmizdə keçirilən “Rouz-Rout” seminarında Leyla Yunusovanın erməni “qohumlarına” dəstək çıxması, Dağlıq Qarabağ məsələsində ermənilərin fikirlərini arqumentləşdirməyə çalışması, hətta onlarla bir sırada oturması da göstərdi ki, anti-azərbaycançı qüvvələrin xidmətçisinə çevrilən radikal düşərgə üçün milli maraq və ya dövlətçilik mövqeyi adlı məfhumlar yoxdur.
L.Yunusovanın ardından isə Ə.Kərimli “kartlarını” açdı. ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasına öz “töhfəsini” verməyə çalışan AXCP sədri bu tədbirdən siyasi şou düzəltməyə çalışdı. Xidmət göstərdiyi ermənipərəst dairələrin Azərbaycanın tutarlı arqumentləri və haqlı mübarizəsi qarşısında susqun qaldığını görən Ə.Kərimli və başının dəstəsi bu dəfə fərqli yollara əl atmağa cəhd göstərdi. Belə ki, bir neçə xarici deputatın “dəvətini qəbul edərək” tədbirin keçirildiyi məkana gələn və orada başqa bir “tədbir” keçirməyə cəhd göstərən AXCP sədrinin arzuları “suya düşdü”. Belə ki, hər zaman xaosa, anarxiyaya öyrəşmiş, ən adi prosedur qaydalarını belə bilməyən və ya bilərəkdən pozmağa çalışan Ə.Kərimliyə izah olundu ki, ATƏT PA-nın sessiyası AXCP sədrinin öyrəşdiyi “bazar “ deyil ki, istənilən şəxs və ya onun “dostu” gəlib orada tədbir keçirsin. Bunu “antidemokratiya” adı altında hay-həşirə çevirmək istəyən Ə.Kərimlinin qərəzi elə buradan özünü göstərir. Bu məsələ ilə bağlı KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da bildirib ki, “Əli Kərimli üçün ATƏT PA-nın keçirdiyi nüfuzlu tədbir palatka toyu deyil, bu cür tədbirlərin keçirildiyi binada görüşlər üçün öncədən rəsmi qeydiyyatdan keçməli idi”. Millət vəkili deyib ki, bütün dünyada beynəlxalq tədbirlər keçiriləndə, orada görüşlər keçirmək istəyən şəxs qabaqcadan qeydiyyatdan keçməlidir: “Bütün nüfuzlu beynəlxalq tədbirlərdə rəsmi dəvət olunan şəxslərdən başqa digər şəxslərin binanın 50 metrlik məsafəsinə yaxınlaşmasına icazə verilmir. Əli Kərimli ya bunu bilmir, ya da bilərəkdən dezinformasiya yaymaqla məşğul olur”.
S.Novruzov AXCP sədrinin ittihamlarını yalan, böhtan adlandırıb və bildirib ki, Əli Kərimlinin məqsədi təxribat törədib beynəlxalq tədbirlərin işini pozmaqdır: “Çünki Əli Kərimli kimiləri görürlər ki, artıq Bakı nüfuzlu beynəlxalq tədbirlərin mərkəzinə çevrilib, güclü təşkilatçılıq mövcuddur, başlayır narahat olmağa. Bunu görəndə bir erməni lobbisi narahat olur, bir də Əli Kərimli, Leyla Yunus kimiləri. Bu, onu göstərir ki onlar eyni mənbədən bəhrələnirlər”.
Təbii ki, Ə.Kərimlinin bu addımı qəsdən atması ortadadır. O, sadəcə belə bir görüntü yaratmağa çalışıb ki, guya “onun hüquqları pozulur”. Onun “partizanlığı”nın arxasında məhz bu məqsədin dayanması açıq-aydın ortadadır.
Görünür, Ə.Kərimli AXC-”Müsavat” hakimiyyəti dövründəki qanunsuzluqların, xaosun “nostaljisindən” hələ də ayıla bilmir. Bu antimilli ünsür anlamır ki, 21 ildir Azərbaycanda hüquqi dövlət qurulub. O, Azərbaycanı hansısa “banan respublikası” ilə səhv salır. Əslində, istər Ə.Kərimli, istərsə də onun xidmət göstərdiyi dairələr Azərbaycan dövləti ilə bu cür “şıltaq” davranışların yersiz olduğunu dərk edirlər. Ə.Kərimli, L.Yunusova kimi kartları açılan, ifşa olan, mənsub olduğu xalqın, dövlətin maraqlarını satan və adını da “müxalifət” qoyanların “qatarı çoxdan gedib”. Sadəcə, özlərinin maddi təminatlarını təmin etmək üçün anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirən bu insanların kimliyi Azərbaycan xalqına yaxşı bələddir. Onların xarici tədbirlərdə kimlərlə yanaşı oturması, hansı fitvalarla Azərbaycanın uğurla ev sahibliyi etdiyi tədbirləri pozmağa çalışması bu kimliyi cəmiyyətə göstərən ən açıq tablodur...
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 22:01
Xəbər lenti
18 Aprel 20:05
Xəbər lenti
18 Aprel 18:18
Xəbər lenti
18 Aprel 17:52
Xəbər lenti
18 Aprel 17:05
Xəbər lenti
18 Aprel 16:40
Xəbər lenti
18 Aprel 16:09
Xəbər lenti
18 Aprel 16:05
Xəbər lenti
18 Aprel 15:50
Xəbər lenti
18 Aprel 15:47
Xəbər lenti
18 Aprel 15:02
Dünya
18 Aprel 14:43
Xəbər lenti
18 Aprel 14:30
Xəbər lenti
18 Aprel 14:13
Xəbər lenti
18 Aprel 14:07
Sosial
18 Aprel 14:06
Xəbər lenti
18 Aprel 13:55
Siyasət
18 Aprel 13:43
Xəbər lenti
18 Aprel 13:32
Xəbər lenti
18 Aprel 13:14
Xəbər lenti
18 Aprel 13:13
Dünya
18 Aprel 12:45
Sosial
18 Aprel 12:40
Xəbər lenti
18 Aprel 12:27
Xəbər lenti
18 Aprel 12:15
Xəbər lenti
18 Aprel 12:14
Xəbər lenti
18 Aprel 12:10
Xəbər lenti
18 Aprel 11:51
Dünya
18 Aprel 11:43
Xəbər lenti
18 Aprel 11:41
Xəbər lenti
18 Aprel 11:38
Xəbər lenti
18 Aprel 11:12
Xəbər lenti
18 Aprel 11:02
Mədəniyyət
18 Aprel 10:56
Xəbər lenti
18 Aprel 10:49
İqtisadiyyat
18 Aprel 10:44
Xəbər lenti
18 Aprel 10:40
MEDİA
18 Aprel 10:38
Siyasət
18 Aprel 10:34
Siyasət
18 Aprel 10:32
Siyasət
18 Aprel 10:21
Gündəm
18 Aprel 10:11
Gündəm
18 Aprel 10:00
Siyasət
18 Aprel 09:57
Xəbər lenti
18 Aprel 09:50
Müsahibə
18 Aprel 09:45
Xəbər lenti
18 Aprel 09:38
Xəbər lenti
18 Aprel 09:31
Xəbər lenti
18 Aprel 09:30
Xəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26