Ana səhifə »  Müəlliflər »  Ermənistanın gələcəyi qeyri-müəyyəndir
A+   Yenilə  A-
Ermənistanın gələcəyi qeyri-müəyyəndir
Yazdı: Nurlan Qələndərli

İşğalçı ölkədə vətəndaşlar arasında keçirilən sorğuların nəticələrindən bəlli olur ki, əhali Ermənistanın hazırki durumundan narazıdır və vətəndaşların perspektivə dair heç bir ümidi yoxdur
Öz işğalçı siyasəti ucbatından regional blokada şəraitində olan Ermənistanda daxili vəziyyət getdikcə ağırlaşmaqdadır. İşğalçı ölkədə siyasi müstəvidə hökm sürən gərginlik, xarici siyasətin tamamilə iflasa uğraması iqtisadi problemləri daha da kəskinləşdirməklə yanaşı, bütün sahələrin faktiki iflasını şərtləndirib. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər. Bundan başqa, iqtisadi vəziyyətin ağır olmasının fonunda cari ildə Ermənistanda vətəndaşların miqrasiyası daha da sürətlənib, ölkə yeni demoqrafik problemlərlə qarşı-qarşıya qalıb. Başlıcası isə budur ki, miqrantların əsas hissəsini əmək qabiliyyətli əhali təşkil edir. Bu cür miqrasiya tendensiyası Ermənistanı ciddi demoqrafik böhrana sürükləyir.
Öz növbəsində mövcud demoqrafik problemlər işğalçı ölkədə sosial kataklizmləri daha da sürətləndirir. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır. Yeri gəlmişkən, “Tert.am” saytı yazır ki, aparılan araşdırmalara görə, Ermənistanda miqrasiya templəri artan xətt üzrə davam etsə, 2025-ci ilədək respublikada əhalinin sayı 1,5 milyon nəfər azalacaq. 2050-ci ildə isə ölkəni tərk edənlərin sayı 2 milyon nəfərə çatacaq. Ermənistan kommunistlərinin nümayəndəsi Taçat Sarkisyan isə bildirib ki, respublika əhalisinin sürətlə qocaldığı 91 ölkə arasında 51-ci yeri tutur. Onun sözlərinə görə, hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 40-50 faizi xaricə köçmək istəyir.
“Tert.am” saytı iqtisadi və demoqrafik böhrana diqqəti çəkərək qeyd edir ki, inflyasiyanın artması, qiymətlərin qalxması Ermənistanın “iqtisadi xəstəliyi”nin artdığını yenə də nümayiş etdirir. Mənbə Ermənistan Milli Statistika İdarəsinə istinadən yazır ki, xidmət sektorunda qiymətlər ilin ilk 5 ayında 8,5 faiz artıb. Alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 7,3 faiz bahalaşıb: “Buna paralel olaraq bir il ərzində ölkədə daimi yaşayan əhalinin sayı 17 min nəfərə yaxın azalıb. Hələ bu, rəsmi rəqəmlərin ifadə etdiyi göstəricidir. Əslində isə, hazırki hakimiyyət gerçək tənəzzül meyillərini gizlədərək manipulyasiyaya yol verir”.
Qeyd edək ki, işğalçı ölkədə qiymət artımı artıq ənənə halını alıb. Erməni mətbuatının məlumatına əsasən, Ermənistanda avqustun 1-dən elektrik enerjisi bahalaşacaq. Bu barədə iyunun 10-da Ermənistan parlamentində ictimai xidmətlərin tənzimlənməsi komissiyasının sədri Robert Nazaryan bildirib. Onun sözlərinə görə, qiymət artımı qaçılmazdır, əks təqdirdə “Ermənistan Elektrik Şəbəkəsi” çox mürəkkəb maliyyə vəziyyətində olacaq: hazırda qurumun borcu 16 milyard 600 min dram təşkil edir. “Cəmiyyətin etirazını dinləmək bizə heç də xoş deyil. Bəlkə də, 2-3 ildən sonra siz özünüz bizdən soruşacaqsınız ki, enerji sisteminin bu vəziyyətə çatmasına necə yol verdiniz”, - deyə Nazaryan bildirib.
Xatırladaq ki, iyunun 4-də Ermənistanın İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyası saatda 1 kVt elektrik enerjisinin qiymətini 38 dramdan 43 drama qaldırmaq niyyətində olduğunu bəyan edib. Bundan əvvəl, ötən ilin iyulun 7-də elektrik enerjisinin tarifi 8 dram artırılaraq günün işıqlı vaxtında saatda 1 kVt üçün 38 dram, gecə tarifi isə 28 dram müəyyən edilmişdi. Elektrik enerjisinin bahalaşması cəmiyyətdə ciddi etirazlara səbəb olmuşdu.
Göründüyü kimi, işğalçı ölkədə hökm sürən iqtisadi böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib. Bu, ilk növbədə Ermənistan rəsmilərinin özləri tərəfindən etiraf edilir. İşğalçı ölkədə vətəndaşlar arasında keçirilən sorğuların nəticələrindən bəlli olur ki, əhali Ermənistanın hazırki durumundan narazıdır və vətəndaşların perspektivə dair heç bir ümidi yoxdur...

 
  • Oxunub:  27540  |  
  • Tarix:  12-06-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA