Ana səhifə »  Müəlliflər »  Ermənistanın Avrasiya İttifaqına qoşulması heç bir əhəmiyyət daşımır
A+   Yenilə  A-
Ermənistanın Avrasiya İttifaqına qoşulması heç bir əhəmiyyət daşımır
Yazdı: Nardar Bayramlı

Çünki müstəqil siyasət yeritməyən işğalçı dövlət siyasi və iqtisadi potensiala malik deyil
İşğalçı Ermənistanın ağır sosial-iqtisadi problemlər məngənəsində boğulduğu bütün dünyaya məlumdur. Təcavüzkar siyasətindən əl çəkməyən bu ölkənin hakimiyyəti isə vəziyyətdən çıxmaq üçün yollar arayır. Ona görə də, son vaxtlara qədər Ermənistan Avropa ilə Rusiya arasında manevr etməyə çalışırdı. Amma son proseslər Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, hərbi baza, yaxud forpost səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Məlumdur ki, Ermənistan indi də Avrasiya İttifaqına üzv olmaq niyyətini ortaya qoyub və bu haqda qərarın iyunun 15-dək rəsmiləşdiriləcəyini bildirib.
Lakin bu günlərdə Astana şəhərində keçirilən Avrasiya Ali İqtisadi Şurasının iclasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Ermənistanın bu təşkilata qoşulacağı zaman BMT-nin rəsmən tanınmış sərhədlərlə bağlı prinsiplərinə riayət olunmasının vacibliyini vurğulayıb. N.Nazarbayevin sözlərinə görə, bu məsələ bu ilin iyun ayı ərzində bütün tərəflərlə müzakirə edilməlidir. Qazaxıstan Prezidenti qeyd edib ki, Azərbaycan tərəfi üç ölkənin prezidentlərinə belə bir tələblə müraciət edib ki, Ermənistan Gömrük İttifaqına bir şərtlə daxil ola bilər ki, Ümumdünya Ticarət Təşkilatının və Avrasiya İttifaqının əsasnamələri ölkənin beynəlxalq qanunlarla nəzərdə tutulmuş sərhədləri daxilində qüvvədə olacaq.
Müşahidəçilər hesab edirlər ki, həmin toplantıda Sarkisyan pis vəziyyətə düşüb və nə deyəcəyini bilməyib. Amma o, Ermənistana qayıtdıqdan sonra həmin quruma Dağlıq Qarabağla birlikdə qoşulmayacağını etiraf edib. Ümumiyyətlə, regional və beynəlxalq proseslərdə Ermənistanın heç bir çəkisi yoxdur. Digər beynəlxalq qurumlarda olduğu kimi, Avrasiya İttifaqında da işğalçı dövlət hər hansı rol oynayacaq potensiala sahib deyil. Bu ittifaqı yaradan dövlətlərlə müqayisədə Ermənistan həm coğrafi, həm də geosiyasi baxımdan əhəmiyyətsiz ölkədir. Təbii ki, Rusiya, Qazaxıstan və Belarus kimi ölkələrlə müqayisədə Ermənistanın hansısa potensialından danışmaq sadəlövhlük olardı. Nəzərə alsaq ki, Ermənistanın həmin ölkələrlə coğrafi əlaqələri də yoxdur, onda işğalçı dövlətin bu təşkilatdakı əhəmiyyətsizliyi bir daha ortaya çıxır. Doğrudur, Sarkisyan hakimiyyəti bu addımı atmaqla özünə çıxış yolları axtarır, amma bütün hallarda onun addımları əhali arasında dəstək qazanmır. Hətta Avrasiya İttifaqına üzvlük məsələsi gündəmə gəldikdən sonra Yerevanda Rusiya əleyhinə etiraz aksiyaları da keçirilməkdədir. Bu ölkənin Avrasiya İttifaqına qoşulması Qərblə, Avropa ilə münasibətlərinə də mənfi təsir göstərəcək. Bu səbəbdən də Ermənistana xaricdən göstərilən yardımların da azalacağı istisna deyil.
Ümumiyyətlə, bu, bir gerçəklikdir ki, işğalçı Ermənistan beynəlxalq münasibətlər sistemində “forpost” dövlət” kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Belə olan halda, öz xarici siyasət strategiyasında beynəlxalq hüquq normalarını əsas götürən milli dövlətlər Ermənistanı beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti kimi qəbul etmirlər. Digər tərəfdən, kimsəyə sirr deyil ki, Ermənistanın xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir. Hazırda Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil ermənilərin işğalçı, separatist əməlləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Amma bütün bunlara baxmayaraq, dünyanı idarə edən güclər özlərinin transmilli maraqlarını əsas tutaraq əksər hallarda ikili standartlardan çıxış etməklə münaqişənin həlli prosesini ləngitmiş olurlar. Hər halda, böyük dövlətlər problemin həlli məsələsində daha müsbət addımlar ata bilərlər. Bundan başqa, bir sıra beynəlxalq təşkilatlar münaqişənin həllində aktiv mövqe nümayiş etdirsələr də, Ermənistanın “hansısa” amillərə görə qeyri-konstruktiv mövqe sərgiləməsi bütövlükdə problemin həlli prosesinin qarşısını alır.
Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə yanaşı, eyni zamanda, ölkəmizə və digər bir sıra milli dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edir. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan mütəmadi olaraq öz çıxışlarında müstəqil dövlətlərə qarşı ərazi iddialarını önə çəkir. Beynəlxalq hüququn subyekti olan bir dövlətin başçısının digər müstəqil milli dövlətlərə yönəlik bu cür şantaj, təhdid xarakterli bəyanat səsləndirməsi isə diplomatik qayda və prosedurlara görə yolverilməzdir. Bütün bunlar Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir. Əlbətdə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ermənistanın hansısa təşkilatlar çərçivəsində özünü əməkdaşlığa meyilli göstərmək cəhdləri reallığa əsaslanmır.

 
  • Oxunub:  27900  |  
  • Tarix:  04-06-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA