Ana səhifə »  Müəlliflər »  “Müsavat” qurultayın vaxtını növbəti dəfə dəyişdi
A+   Yenilə  A-
“Müsavat” qurultayın vaxtını növbəti dəfə dəyişdi
Yazdı: Mübariz Abdullayev

Belə görünür ki, başqanlığı əldən vermək istəməyən İsa Qəmbər dönəmində partiyada təşkilati məsələnin müzakirə ediləcəyi qurultay ümumiyyətlə keçirilməyəcək
“Müsavat”ın qurultay məsələsi ilə bağlı hər gün partiyadan yeni bir xəbər gəlir. “Müsavat”çılar gah atlanırlar, bərk gedirlər, qurultayın keçirilməsində israrlı olduqlarını bəyan edirlər, vaxt müəyyənləşdirirlər. Lakin üstündən az vaxt keçməmiş dediklərini geri götürür, min bir bəhanə gətirərək qurultaylarının vaxtını geri çəkirlər. Bu minvalla artıq 4 il ötsə də, qurultay düzənlənməyib və belə görünür ki, partiyanın başqanı İsa Qəmbər dönəmində heç vaxt düzənlənməyəcək.
Sonuncu dəfə “Müsavat”çılar qurultaylarını cari il mayın 24-də keçirməyə söz vermişdilər. İlk baxışda hər şey öz axarı ilə gedirdi. Partiya yer ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı. İcra Hakimiyyəti də öz növbəsində mövcud qanunvericiliyə uyğun qaydada partiyanın qurultayının keçirilməsi məqsədilə Suraxanı rayonunun Əmircan qəsəbəsindəki mədəniyyət evini ayırmışdı. Lakin, “Müsavat” bu dəfə də sözünün üstündə durmadı. Vaxt-vədə yaxınlaşanda partiyadan xəbər gəldi ki, bəs ayrılan yer “Müsavat”ın şəninə uyğun deyil, bu səbəbdən də həmin ünvanda qurultay keçirə bilmərik. Özü də bu dəfə “Müsavat” yetkililəri sözlərinin keçərli olması üçün ortaya ikinci bir bəhanə də atdılar. Ərz etdilər ki, bəs müəyyən olunan tarixədək texniki məsələləri həll edib qurtarmaq mümkün deyil.
Burada adam soruşmaq istəyir: Ay “Müsavat”çılar, özünüzü radikalların öndəgedəni hesab edirsiniz, bəs niyə vaxt müəyyənləşdirəndə imkanlarınızı nəzərə almırsınız? Niyə qurultaya hazırlıq məqsədilə yaratdığınızı dediyiniz təşkilat komitəsinin işi yalnız qurultayın vaxtını dəyişməklə məhdudlaşır? Bütün hazırlıq tədbirlərini, həmin o texniki məsələləri vaxtında, tələsmədən yoluna qoymaq mümkün deyildimi? Axı sizlər, nə az, nə çox, düz 4 ili bada vermisiniz. İndi də qurultayı iyunun 28-də düzənləməyə qərar vermisiniz. Sözünüzü dəfələrlə geri götürməyi özünüzə necə rəva görürsünüz?
Belə görünür ki, “Müsavat”ın 4 ildir ki, qurultay keçirməməsinin çox “ciddi” səbəbləri var. Nədir bu səbəblər? “Qordi düyünü”nün sirri nədədir?
Bu sualların cavabını tapmaq üçün “Müsavat”da qurultay proseduruna diqqət yetirmək lazımdır. Partiyanın 2000-ci ildə keçirilən qurultayında qəbul olunan nizamnaməyə görə, bir şəxs “Müsavat” başqanı postunda maksimum 10 il müddətində qala bilər. Partiyanın növbəti qurultayının “tilsimi”də elə buradadır. Belə ki, nizamnaməyə görə, “Müsavat”ın başqanı İsa Qəmbərin səlahiyyət müddəti 2010-cu ildə bitib. Elə həmin vaxtdan da partiyada köhnə və yeni qvardiyalar arasında başlayan qurultay davası hələ də davam etməkdədir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, 10 illik səlahiyyət müddəti bitən İsa Qəmbər özünü başqanlıqdan kənarda təsəvvür etmir, “öldü var, döndü yoxdur” mövqeyi nümayiş etdirir. Əlbəttə, İsa Qəmbər çiyindaşlarının da nə vaxtsa “nizamnaməni pozur” ittihamını elə onun üzünə deyəcəklərinin fərqindədir. Buna görə də, nizamnaməyə uyğun olaraq partiyaya yeni başqan seçkiləri keçiriləcək növbəti qurultayın baş tutmamasına “obyektivlik” donu geyindirməyə çalışır. Təbii ki, İsa Qəmbər çiyinlərini bu yükün altına təkbaşına verməyib. Bu “çətin” missiyanı yerinə yetirməkdə ona partiyadakı “köhnə qvardiya” dəstək verir.
Hə, bundan sonra çək-çevirə, “qurultay keçirmək nə çətin işdir ki, “Müsavat” bu işin öhdəsindən gəlməkdə çar-naçar qalıb” kimi suallar ətrafında baş sındırmağa heç bir lüzum yoxdur. Hər şey gün kimi aydındır. Necə deyərlər, görünən dağa nə bələdçi? İpin ucu partiyada özündən savayı heç kəsi düşünməyən, dövriyyəyə məqsədli şəkildə “Müsavat”da postqurultay dövrü üçün uyğun kadr yetişməyib” kimi şayiələr buraxan başqan İsa Qəmbərin əlindədir. İsa Qəmbər isə hər dəfə “Müsavat”çıların ağzını bir səmtə salır.
Yeri gəlmişkən, artıq “Müsavat”da İsa Qəmbərin və onun tərəfdarlarının çaldıqları havaya qol götürüb oynamaq istəməyənlər də öz etiraz səslərini qaldırmağa başlayıblar. Məsələn, “Müsavat”da içi özü qarışıq başqan olmağa növbə gözləyən partiya funksioneri Səxavət Əlisoy narazıların mövqeyini ifadə edərək vurğulayıb: “Bizim öz qərargahımız var. Biz qurultayı burda da keçirə bilərik. Qurultayı təxirə salmaq bəhanədir, normal siyasi gediş deyil. Müsavat Partiyası istəsə, qurultayını keçirə bilər”.
“Müsavat” funksioneri, necə deyərlər, quşu dimdiyindən nişan alıb. Beləliklə, bəri başdan demək mümkündür ki, bir aydan sonra “Müsavat” (oxu: İsa Qəmbər-M.A.) qurultayın vaxtını növbəti dəfə dəyişəcək.

 
  • Oxunub:  25590  |  
  • Tarix:  30-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA