Ana səhifə »  Müəlliflər »  Özünü bilməyən siyasi nadan
A+   Yenilə  A-
Özünü bilməyən siyasi nadan
Yazdı: Mübariz Abdullayev

Və ya Cəmil Həsənovun qeyri-məntiqi mühakimələri
Bu gün Azərbaycanda elə kəslər var ki, onlar özlərini “siyasətçi” adlandırsalar da, cəmiyyət tərəfindən birmənalı olaraq rədd edilirlər. Bu baxımdan radikal müxalifət düşərgəsinin üzqarasına çevrilən, qondarma “Milli şura”nın sədri Cəmil Həsənovun “dərdi” hamınınkından böyükdür, desək, yanılmarıq. Azərbaycan cəmiyyəti “siyasətçi” Cəmil Həsənova münasibətini ötən ilin oktyabrında keçirilən prezident seçkilərində açıq şəkildə ortaya qoydu. Belə ki, “birləşmiş” radikal müxalifət düşərgəsinin “vahid namizəd”i qismində çıxış edən Cəmil Həsənov cəmi 4 faiz civarında səs toplamağa müvəffəq oldu. Hazırda isə Cəmil Həsənov seçkilər ərəfəsində onu öz maraqları naminə qoltuğuna böyük bir “Sabirabad qarpızı” verərək qondarma “Milli şura”nın sədri və dublyor namizədi edən radikalların da maraq dairəsindən kənarda qalıb. İndi dublyorun sağ-soluna baxanda AXCP sədri Əli Kərimlidən başqa heç kəs görünmür ki, onun da ipinin üstünə odun yığmaq mümkün deyil.
Beləliklə, radikal düşərgədə heç kəsin yadına düşməyən “Milli şura” sədri Cəmil Həsənov “siyasətçi” kimi unudulmağının fərqindədir. Bunu onun son günlərdə radikalların nəzarətində olan KİV-də dərc etdirdiyi yazılardan da açıq-aydın görmək mümkündür. Belə ki, qondarma “Milli şura” sədri yenə öz ampluasında qalaraq son yazılarında da populizmə, şərləməyə, yalanlara meydan verib. Bəli, Cəmil Həsənov onu yarı yolda qoyub, Tıq-Tıq xanımsayağı yeni dost axtarışına çıxan radikallara öz ismini xatırlatmaq istəyir. Ancaq əlindən başqa şey gəlmədiyi üçün bunu həyat həqiqətlərinə əyri güzgüdən baxmaqla edir. Buna görə də, necə deyərlər, qaş düzəltmək istəyən Cəmil Həsənov vurub “gözü də töküb”. Daha dəqiq desək, qondarma “Milli şura”nın sədri son yazılarında qərəzin, şantajın, “beşinci kolon”un ipini tutan xarici dairələrin xoşuna gəlməyin dozasını o qədər çox edib ki, nəticədə daha böyük qınaq obyektinə çevrilib. Qısası, sözügedən yazılarında Cəmil Həsənovun “özünü bilməyən siyasi nadan” obrazı aydın görünür.
Deyilənlərin təsdiqi kimi, bəhs olunan yazılardan bəzi məqamlara diqqət yetirmək kifayətdir. Azərbaycan cəmiyyətində siyasətçi kimi qəbul olunmayan radikal düşərgədəki çiyindaşları tərəfindən unudulan Cəmil Həsənov “siyasi reabilitasiyanın” asan yolunu yenə də xarici dairələrə yarınmaqda, onların diktə etdikləri fikirləri dilə gətirməkdə görür. Görün, adına süni şəkildə “milli” sözü yamaq edilən qondarma şuranın sədri nədən “narahat” olur: Cəmil Həsənov ötən ilin yanvarında AŞ PA-nın qış sessiyasında Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı Ştrasserin məruzəsinin rədd edilməsini bir faciə kimi xatırlayır. Sözügedən sessiyada AŞ PA-nın 125 üzvü Azərbaycanın bədxahı Ştrasserin qərəzlə hazırladığı məruzəyə “yox” demiş, haqqı, ədaləti dəstəkləmişdi. Bəs Cəmil Həsənovun milli təəssübkeşlik hissi haradadır ki, Avropa səviyyəli qurumda ölkəmizlə bağlı müsbət bir qərarın çıxarılmasına sevinmək əvəzinə, dəsmal götürüb ağlayır? Bu məqamda AŞ PA-nın məlum sessiyası ərəfəsində erməni təbliğat maşınının necə böyük hay-küy qopardığını xatırlamamaq mümkün deyil. Cəmil Həsənovun yuxarıda xatırlatdığımız yazılarında söylədiklərini həmin ərəfədə erməni siyasətçiləri və erməni lobbisinin dirijor çubuğu ilə idarə olunan bəzi avropalı “siyasətçilər” dilə gətirirdilər. Müqayisələr o dərəcədə üst-üstə düşür ki, burada təsadüfə və yaxud “Milli şura” sədrinin şəxsi “yaradıcılığına” əsla yer qalmır. Görünən odur ki, Cəmil Həsənov yaddaşında gecikmiş “xatirələri”ni bir daha canlandırmaqla məlum anti-azərbaycançı mərkəzlərə hər zaman xidmət göstərməyə hazır olduğunu yada salır.
Qondarma “Milli şura” sədrinin-özünü bilməyən siyasi nadanın bəhs olunan yazılarından daha bir sitat: “...hətta əlifba sırası ilə belə, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə yarım illik bir müddətdə rəhbərlik etməsi Avropa demokratiyasının tarixində taleyin yarımçıq bir ironiyasıdır”.
Yüz faiz əminliklə demək mümkündür ki, Cəmil Həsənov bu səslənməsi ilə Azərbaycanın uğurlarına kölgə salmaq, ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxan erməni lobbi şəbəkəsinin ideoloqlarını belə arxada qoyub. Əlbəttə, “Milli şura”nın sədri “qırmızı xətti” keçdiyini dərk etməyəcək dərəcədə sadəlövh deyil. O, ifadə etdiyi bu kimi fikirlərin hər bir statistik azərbaycanlıda necə kəskin əks-reaksiya yaradacağının fərqindədir. Buna görə də, günahını özünü “saxta vətənpərvərlikdən uzaq” kimi göstərməklə yumaq istəyir. Fəqət, bu mümkün deyil. İkili vətənpərvərlik olmur. Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlara, dünyada müsbət imicinin formalaşmasına sevinməyənlər ancaq ermənilərdir. Belə görünür ki, Cəmil Həsənov da erməni xor dərnəyində səsinin eşidilməsinə ciddi-cəhdlə səy göstərir.
Məlum olduğu kimi, son günlərdə mətbuatda Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusovanın və onun əri Arif Yunusovun Azərbaycanın milli maraqlarına qarşı yönələn fəaliyyətlərinə dair çoxlu faktlara aydınlıq gətirilib. Hətta iş o yerə çatıb ki, ermənilərlə genetik bağlılığı olan ailə cütlüyü ölkədən qaçmağa cəhd göstəriblər. Lakin həmin yazılarda Cəmil Həsənov, həmçinin, ermənilərlə “işbirliyindən” özünə mal-mülk, çoxlu sərvət toplayan, daim Azərbaycanın əleyhinə təbliğat aparan, nəhayət “mən yalnız söyüş söyəndə Azərbaycan dilində danışıram” deyən erməni ailəsinin gəlini Leyla Yunusovanın və onun ərinin hüquqlarının müdafiəçisi rolunda çıxış edir.
Cəmil Həsənovun sözügedən yazılarında geniş yer ayırdığı “mövzulardan” biri də AXCP sədrinin gündəmdə qalmaq üçün düzənlədiyi piar şousudur. Məlumdur ki, Əli Kərimli zaman-zaman sərgilədiyi əməllər nəticəsində tamam nüfuzdan düşüb və hazırda radikal düşərgənin autsayderləri sırasında yer alır. Belə olan halda onun izlənməsi kimə və nəyə lazımdır? Burada istər-istəməz yada “kor atın axsaq nalbəndi olar” zərb-məsəli düşür. İmici korlanan AXCP sədrinin müdafiəsini yalnız onunla eyni reytinqi paylaşan Cəmil Həsənov “təşkil” edə bilər...

 
  • Oxunub:  23700  |  
  • Tarix:  23-05-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA