Ana səhifə »  Müəlliflər »  Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artmaqdadır
A+   Yenilə  A-
Xocalı soyqırımını tanıyan dövlətlərin sayı artmaqdadır
Yazdı: Nurlan Qələndərli

Xocalı soyqırımına bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə müvafiq hüquqi qiymət verilir, eyni zamanda, dünya dövlətlərinin qanunvercilik orqanlarında Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından biri baş verib. Ermənistanın silahlı qüvvələri keçmiş SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə bu şəhəri viran edib, azərbaycanlılara qarşı soyqırımı törədib. Fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir gecənin içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb. Dövlətin və əhalinin əmlakına 1992-ci il 1 aprel tarixinə olan qiymətlərlə 5 milyard rubl məbləğində ziyan vurulub.
Xocalı soyqırımına Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra siyasi-hüquqi qiymət verilib
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Xocalı soyqırımına siyasi və hüquqi qiymət verilib. Ulu öndər Heydər Əliyev 1995-ci il fevralın 25-də Təzəpir məscidindəki çıxışında bu dəhşətli faciə ilə bağlı deyib: “Xocalı hadisələri bir daha onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir. Xocalı soyqırımı ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaq. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Altı ildən artıq gedən müharibədə biz çox şəhidlər vermişik. Bir də qeyd edirəm ki, Xocalı şəhidləri də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi yolunda şəhid olmuş vətəndaşlarımızdır”.
Ümummilli lider Heydər Əliyev 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalanıb və həmin Fərmana əsasən hər il fevralın 26-da saat 17.00-da soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilirlər.
Xocalı soyqırımına dair gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır
Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Məhz bunun qanunauyğun nəticəsidir ki, Xocalı soyqırımına bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə müvafiq hüquqi qiymət verilir, eyni zamanda, dünya dövlətlərinin qanunvericilik orqanlarında Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.
Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi səyləri nəticəsində Azərbaycan həqiqətləri, Xocalı soyqırımı haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir. Həmçinin, 2008-ci il mayın 8-dən İslam Konfransı Təşkilatı (İKT) Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən, fəaliyyətinə 2009-cu ilin fevralında start verilən və hazırda uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu soyqırımın qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Bu kontekstdə xatırlatmaq yerinə düşər ki, 2010-cu ilin yanvar ayının 31-də İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İKT Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İKGF ilə İKT Pİ arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilib. İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilib. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapıb. Qətnamə beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımını “İnsanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir. Qeyd etmək lazımdır ki, İKT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin, demək olar ki, dörddə birini cəmləşdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır. Qətnamənin digər bir bəndində Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət” kampaniyasına tam dəstək verilib. Uqandada keçirilən tədbirdə iştirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə yekdilliklə səs veriblər. Məlumat üçün qeyd edək ki, bundan əlavə, BMT çərçivəsində keçirilən konfransda Xocalı soyqırımı Ruanda, Srebrenitsa, Xolokost kimi dünya tərəfindən tanınmış soyqırımları ilə yanaşı, İnsan Haqları Günündə yada salınıb və bununla əlaqədar BMT-də konfrans keçirilib.
Qeyd etdiyimiz kimi, son illər ərzində dünya dövlətlərinin qanunvericilik orqanlarında Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş cinayət aktı kimi dəyərləndirilməkdə və bu istiqamətdə xüsusi qətnamələr qəbul olunmaqdadır. Bununla yanaşı, ABŞ-ın Xocalı soyqırımını tanıyan və bu cinayəti qınayan ştatlarının sayı hər il artmaqdadır. Belə ki, artıq Massaçusets, Texas, Nyu Cersi, Corciya və Meynin ardınca bu il Nyu-Meksiko və Arkanzas ştatları da Xocalı qırğınını tanıyıblar. Bununla yanaşı, 2011-ci ilin dekabr ayında Meksika, 2012-ci ilin fevral ayında Pakistan, aprelində isə Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyıb. Bir müddət öncə isə Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlətə çevrilib. Cari il fevralın ayının 7-də bəhs edilən ölkənin ali qanunvericilik orqanının Deputatlar Palatasının Beynəlxalq Əlaqələr Komitəsi 21 il əvvəl “erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə” Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul edib. Qəbul edilmiş sənəddə qeyd edilir ki, “Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğalına son qoyulmasına çağıran BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri indiyədək yerinə yetirilməyib. BMT Baş Məclisi, Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyası öz qətnamələrində Azərbaycan Respublikasının Dağlıq Qarabağ da daxil olmaqla suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər”.
Sənəddə, həmiçinin, Xocalıda törədilmiş qırğın bəşəriyyətə qarşı yönəlmiş cinayət hadisəsi kimi səciyyələndirilib.

 
  • Oxunub:  36990  |  
  • Tarix:  24-02-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA