Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin xarici dairələrlə əməkdaşlığı ilə bağlı sənəd istintaqa təqdim olunub
A+   Yenilə  A-
Əli Kərimlinin xarici dairələrlə əməkdaşlığı ilə bağlı sənəd istintaqa təqdim olunub
Yazdı: Pərviz Sadayoğlu

Hürrü Əliyev müraciətində AXCP sədrinin xarici dairələrlə əlaqəsini aşkar edən sənədin olduğunu deyir
Radikal müxalifət düşərgəsinin təmsilçilərinin, bu düşərgədə təmsil olunan partiyaların rəhbərlərinin Azərbaycanın milli maraqlarına qarşı hər zaman xəyanətkar mövqe tutduqları, bəzi şəxsi maraqlar qarşılığında milli mənafeni satmağa hazır olduqları Azərbaycan cəmiyyətində hər kəsə bəllidir. Maraqlıdır ki, onlar tək milli, dövlət və millət maraqlarına münasibətdə deyil, bir-birilərinə qarşı münasibətdə də eyni motivli davranış sərgiləyirlər. Hər zaman guya “birlik” adı altında spekulyasiyalar edən, bununla siyasi gündəmdə qalmağı təmin etməyə çalışan dağıdıcı düşərgənin təmsilçiləri bir növ xəyanəti öz peşələri halına gətiriblər.
Yeri gəlmişkən, eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev KİV-ə və ictimaiyyətə ünvanladığı müraciətində AXCP sədri Əli Kərimli ilə bağlı bəzi məsələləri vurğulayıb. O mənada ki, Hürrü Əliyev müraciətində Əli Kərimlinin Elçibəyə münasibətdə sərgilədiyi mövqe ilə bağlı, o cümlədən, onun partiya daxilində etdiyi əməllərlə bağlı bir sıra faktları açıqlayıb. O, bildirib ki, AXCP-nin indiki rəhbərliyinin tutduğu siyasi kurs tamamilə milli ideologiyadan, vətən, torpaq, xalq düşüncəsindən kənardır və birlik əvəzinə parçalanma mövqeyində durur. Müraciətdə vurğulanır ki, Əli Kərimli Kələkidən Bakı şəhərinə dönəndən sonra, 1995-ci ildən etibarən, Xalq Cəbhəsini dağıtmaq, parçalamaq öhdəçiliyi götürmüşdü. Xalq Cəbhəsinin daxilində həmin dönəmdə guya “islahatçılar” qanadı adı altında, yəni, “Yurd”çular Xalq Cəbhəsində təmsil olunan əsl vətənpərvər, hərəkatçı və mübariz cəbhədaşlarına qarşı qarayaxmalar ataraq bölücülük işləri aparırdı. Partiya daxilində və cəmiyyətdə həmin insanları “qaragüruhçu” adlandıraraq ikitirəlik parçalanma toxumunu səpərək əsl amacına çatmaq üçün bir sıra iyrənc metodlardan istifadə edirdi. Əli Kərimli o dönəmdə də, indi də təşkilata edilən hər hansı maddi dəstəkləri partiyanın inkişafına deyil, yalnız öz maraq və məqsədləri üçün istifadə etməkdədir.
Hürrü Əliyev müraciətində bildirir ki, bu gün Xalq Cəbhəsinin üzvləri, xüsusilə də, gənclər meydanlarda nəyin, kimin, hansı məqsədin uğrunda mübarizə apardıqlarının, döyülüb, həbs olunduqlarının fərqində belə deyillər: “Mən onları tam məsuliyyətlə əmin edirəm ki, onlar Əli Kərimlinin oyunlarının, alverlərinin istifadə obyektləridirlər, onun apardığı siyasi oyunların sadəcə qurbanlarıdır. Mən birmənalı bildirirəm ki, onlar heç də düşünməsinlər ki, Xalq Cəbhəsi Partiyasının, milli ideologiyanın, demokratiyanın, Əbülfəz Elçibəy amalı və yolunun, torpaq, xalq, vətən, millət uğrunda deyil, Əli Kərimlinin oyunlarının siyasi sığortasının, yəni, statusunun mənfəəti uğrunda savaşırlar. Əslində, Ə.Kərimlinin məqsədi beynəlxalq aləmdə, istərsə də daxildən götürdüyü öhdəçiliklərə xidmət etmək və bu yöndə ona daha da geniş şərait yaratmaqdan ibarətdir”.
“Əli Kərimli və onun tərəfdarları öz çirkin əməlləri ilə Əbülfəz Elçibəyi partiyada gözdən salmağa, onu rəhbərlikdən uzaqlaşdırmağa səy göstərmişlər”
Əslində, Ə.Kərimlinin Elçibəyə münasibətdə fərqli düşüncə sahibi olması, öz liderinə xəyanət etməsi məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilib. O mənada ki, məhz, Ə.Kərimlinin siyasi oyunlarına etiraz edərək bu təşkilatdan ayrılan şəxslər də sonradan mətbuata müsahibələrində, açıqlamalarında Elçibəyin heç vaxt Ə.Kərimliyə etibar etmədiyini, onun başqa istiqamətlərə köklənmiş fəaliyyətlə məşğul olduğunu bildiyini demişdilər. Məsələn, bir müddət öncə KAXCP sədri Mirmahmud Mirəlioğlu da mətbuata açıqlamasında bildirmişdi ki, siyasi həyatı xəyanətlər üzərində bərqərar olan Əli Kərimlinin 1997-98-ci illərdə apardığı siyasi oyunlar məhz Elçibəyə qarşı yönləndirilmişdi. KAXCP sədri demişdi ki, Ə.Kərimlinin rəhbərliyi altında öz liderinə qarşı iyrənc bir kampaniya başladılmışdı və onlar fəaliyyətlərində açıq xətlə Elçibəyi “bitmiş bir insan” kimi qeyd edirdilər. O bildirmişdi ki, məsələ tək maliyyədə, qrantda deyildi, əsas niyyət iyrənc idi: Anti-Elçibəy, Elçibəyə xəyanət idi. M.Mirəlioğlu qeyd etmişdi ki, Ə.Kərimlinin yeganə arzusu və amalı öz nəzarətində olan mətbu ruporlarda Elçibəy barəsində təhqir dolu yazılar çap etdirməklə, partiyanın idarəçiliyini ələ almaq olub: “Hətta Elçibəyin cənazəsi bura gətirilən gün mətbuatı izləsəniz dəhşətlər, fəlakət görərsiniz. Bu insanı dayandırmaq mümkün olmayıb. Bu insanın həvəsi, qisasçılıq hissi, xəyanəti özünü büruzə verib. O, özünü bir gün belə saxlaya bilməyib”.
Bundan başqa, bir zamanlar xalq hərəkatında təmsil olunan və mərhum Elçibəylə münasibəti olan, AXC-Müsavat hakimiyyəti illərində nazir müavini işləyən millət vəkili, AVP sədri Fəzail Ağamalı da mətbuata açıqlamasında bildirmişdi ki, onun müşahidələrinə görə, Əbülfəz Elçibəy heç vaxt Əli Kərimliyə dərin inam və ya rəğbət bəsləməyib: “Hətta bildiyim qədər özünə yaxın dairələrdə o, Əli Kərimlini “komsomol” adlandırırdı. O vaxt Əbülfəz Elçibəy hərəkat dövründə hamı ilə, hətta hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən insanlarla belə münasibət qururdu, onların resursundan istifadə etməyə çalışırdı”.
Elçibəy hakimiyyəti dövründə iqtidarda təmsil olunan, sonradan isə öz fəaliyyətini AXCP-də davam etdirən, BQP sədri, millət vəkili Fazil Mustafa bildirmişdi ki, Elçibəyə xəyanət edənlər fikirləşirdilər ki, onların yüksəlməsinə mane olan məhz Əbülfəz Elçibəydir.
Məhz Hürrü Əliyevin də müraciətində əks olunan bəzi məsələlər, bu deyilənlərlə eyni xarakteri daşıyır. Müraciət müəllifi bildirir ki, Əli Kərimli nəinki Əbülfəz Elçibəyə, yanında olan, yol getdiyi hər bir kəsə hər an xəyanət etməyi bacaran və artıq onu bir adət halına salanın biridir: “Ümumiyyətlə, Əli Kərimli və onun tərəfdarlarının öz çirkin əməlləri ilə Əbülfəz Elçibəyi həmişə bir şəxsiyyət, lider kimi nüfuzdan salmağa, onu partiyanın rəhbərliyindən uzaqlaşdırmağa səy göstərmələri, nəticədə, partiyanın parçalanmasına nail olmaları, hətta 2000-ci ildə səhhəti ilə bağlı Türkiyədə olduğu dövrlərdə öz çirkin məqsədlərindən əl çəkməyərək mətbuatda əmimin əleyhinə böhtan, təhqir, aşağılayıcı fikirlər söyləyərək geniş kampaniya aparmaları bu gün hamıya bəllidir”.
Göründüyü kimi, rəhbərinə xəyanətkar mövqe tutan Əli Kərimlinin fəaliyyətinin məhz satqınlığa kökləndiyi bu müraciətdə də əks olunur. AXCP sədrinin partiyanı ələ keçirmək üçün qurduğu oyunlar isə cəmiyyətin gözləri önündə baş verdiyi üçün bu barədə şərh verməyə ehtiyac yoxdur. Əvvəlcə, uzun illər AXCP-nin qurulmasında, fəaliyyətində zəhməti olmuş insanlar, ardınca isə elə Əli Kərimlinin öz oyununda onun “tərəfdaşı” qismində çıxış edənlərin AXCP sıralarını tərk edərək oradan ayrılması çox mətləblərdən xəbər verir. Bu isə məsələnin kökündə qaranlıq məqamların dayandığını deməyə əsas yaradır...
“Aşkar olunan sənəd sübut edir ki, Əli Kərimli Ə.Elçibəyi nüfuzdan salmaq üçün xarici dairələrin köməkliyindən istifadə etmişdir”
Hürrü Əliyevin Əli Kərimli ilə bağlı açıqladığı faktlar bununla da yekunlaşmır. Müraciətdə maraqlı bir məqam da əks olunub ki, bu məsələ də mütəmadi olaraq mətbuatın əsas müzakirə obyektlərindən biri sayıla bilər. Radikal düşərgə təmsilçilərinin xarici ölkələrlə, o cümlədən, bəzi beynəlxalq statuslu maraqlı dairələrlə əməkdaşlıq etməsi, həmin dairələrin anti-Azərbaycan planlarında radikal düşərgə təmsilçilərindən istifadə etməsi ilə bağlı məsələlər zaman-zaman elə düşərgəni təmsil edən mətbu orqanlarının da səhifələrini “bəzəyib”. Hətta bu fikirləri bəzi radikal düşərgə nümayəndələri özləri də səsləndiriblər.
Məsələn, elə bir müddət öncə Müsavat Partiyasının sədri İsa Qəmbər bəzi partiyaların “xaricdən maliyyələşdirilməsi” ilə bağlı fikir bildirmişdi. Təbii ki, onun həmin dövrdəki müttəfiqi Əli Kərimlini nəzərdə tutduğu açıq-aşkar idi. Bundan başqa, zaman-zaman fərqli kod adlar altında bəzi radikal düşərgə üzvlərinin xarici ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq etməsi ilə bağlı da fikirlər səsləndirilib. Maraqlıdır ki, bu fikirlərin içində ən çox yer alan radikal düşərgə təmsilçilərindən biri elə məhz Əli Kərimli olub.
Bir müddət öncə bu barədə mətbuata açıqlamasında KAXCP sədri Mirmahmud Mirəlioğlu də AXCP sədri Əli Kərimli ilə bağlı maraqlı açıqlamalar vermişdi. Vaxtilə eyni partiyada təmsil olunan Mirəlioğlu bildirmişdi ki, Ə.Kərimli öz lideri Əbülfəz Elçibəyə xəyanət edib və onun haqqında böhtan yaymaq üçün xarici fondlardan böyük məbləğdə maddi vəsait alıb. Ə.Kərimli hər zaman xarici maliyyənin əslində əsirinə çevrilib. Bu fikirləri qeyd edən M.Mirəlioğlu əllərində bununla bağlı faktların olduğunu açıqlamışdı: “Bunun üçün AXCP daxilindəki “Yurd” İctimai Birliyinin pozuculuq fəaliyyətini yoxlayan Xüsusi Komissiyanın hesabatını nəzərdən keçirmək kifayətdir. Burada faktlar əks olunub. Ərizələrin, sənədlərin, video çəkilişlərin, audio yazıların nəticəsində hazırlanmış bu hesabatda çox faktlara toxunulub. Bunların heç biri göydən götürülməyib və heç kimin şəxsi mövqeyi, mənafeyi yoxdur. Ciddi sənəddir. Burada sənədsiz-sübutsuz heç nə yoxdur”.
Maraqlıdır ki, bu ittihamın qarşılığında Ə.Kərimli məsələyə öz adından aydınlıq gətirə bilməmişdi. Yəqin ki, həqiqətin qarşısında susmağa üstünlük vermişdi.
Bu dəfə isə analoji məqama Hürrü Əliyev öz məlum müraciətində toxunub. O, bildirib ki, onda olan məlumata görə bir sənəd mövcuddur: “Həmin sənədə əsasən “Əli” adında agentinin İranın Bakıdakı səfiri Nəhavəndianın səfirliyin diplomatları ilə müşavirə keçirərkən Azərbaycan dövlət nümayəndə heyətinin İrana rəsmi səfərinin nəticələrinin yüksək qiymətləndirməsi, Nəhavəndianın Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək ona tərəf üz döndərməsi, Türkiyə siyasətinin Azərbaycanda puça çıxması, İranın nüfuzunun artması, bu imkanı əldən verməmək üçün Azərbaycana humanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməsi, Azərbaycan rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək İran-Azərbaycan vətəndaşlarının vizasız bu dövlətə gediş-gəlişi, Naxçıvan və Lənkəranda İranın baş konsulluqlarının açılması, İran televiziya proqramının birbaşa Azərbaycan televiziyasının kanallarının birində göstərilməsi, bəzi rayonlarda İranın dini məktəblərinin və mədrəsələrinin açılması, Azərbaycanın ali və orta təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlərin tezliklə həll olunacağına çalışacaqları, hal-hazırda Azərbaycanın dövlət katibi (Əli Kərimli) və Milli Məclisin sədrinin prezidentdən (Əbülfəz Elçibəy) nüfuzlu olmaları, bütün siyasi məsələləri onların həll etdikləri, bu baxımdan, həmin iki şəxslə əlaqələrin möhkəmləndirilməsinin vacib olmasını bildirməsi, Azərbaycan-İran münasibətlərində siyasi gərginlik yaranarsa “Naxçıvan” məsələsinin ortaya atılması məzmununda tərtib olunmuş 2 vərəqədən ibarət arayış aşkar etdim. Həmin sənədlə bir daha təsdiq olunurdu ki, Əli Kərimli həmin dövrlərdən başlayaraq əmimin həm ölkə daxilində, həm də ölkədən kənarda nüfuzdan salmağa cəhdlər etmiş, Bütöv Azərbaycan ideyalarına görə İranın əmim Əbülfəz Elçibəyə qarşı münasibətlərinin birmənalı olmamasından yararlanaraq Əli Kərimli hakimiyyət uğrunda apardığı mübarizədə öz məqsədlərinə nail olmaq üçün İran dövlətinin köməkliyindən istifadə etmiş, İran dövləti isə bunun nəticəsində həmin dövrdə müəyyən məqsədlərinə nail olmaq üçün konkret hərəkətlər edərək müəyyən nailiyyət əldə etmişdir”.
Hürrü Əliyev bildirib ki, həmin sənəd araşdırma aparılması üçün istintaqa təqdim edilib.

 
  • Oxunub:  26760  |  
  • Tarix:  24-02-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+21 +25