Ana səhifə »  Müəlliflər »  “Beynəlxalq” təşkilatların zorla ixrac olunan xaos ssenariləri
A+   Yenilə  A-
“Beynəlxalq” təşkilatların zorla ixrac olunan xaos ssenariləri
Yazdı: Mübariz Abdullayev

Möhkəm vətəndaş həmrəyliyi və dövlətin daim milli maraqlardan çıxış etməsi belə ssenarilərin Azərbaycanda həyata keçirilməsini istisna edir
Beynəlxalq aləmdəki ayrı-ayrı güc mərkəzlərinin öz məqsədlərinə uyğun olaraq bu və ya digər ölkəni idaraəolunan xaosa çəkmək cəhdləri yeni hadisə deyil. Hazırda dünyanın bir sıra ölkələrində insanlar məhz zorla ixrac olunan xaosdan əziyyət çəkirlər. Anarxiya yaratmaq ssenariləri də oxşardır. Bu və ya digər milli dövlətdə sabitliyin pozulmasında maraqlı olan dairələr ssenarilərini reallaşdırmaqdan ötrü bir qayda olaraq aldıqları muzd müqabilində öz cəmiyyətlərinə qarşı açıq və gizli müstəvidə iş aparan “beşinci kolon” mexanizmindən istifadə edirlər. Məlum dairələrlə (onları beynəlxalq şər qüvvələri adlandırmaq daha doğru olardı-M.A.) “beşinci kolon” təmsilçilərindən ibarət tandem məkrli planlarını ənənəvi olaraq “demokratiya”, “vətəndaş cəmiyyətinə dəstək verilməsi” kimi ilk baxışda cəlbedici görünən bəhanələr altında pərdələməyə çalışırlar.
Beynəlxalq şər qüvvələrin öz hədəflərinə tuş gətirmək istədikləri milli dövlətlərdən biri də Azərbaycandır. Jurnalist Eynulla Fətullayevin son dönəmlərdə dərc etdirdiyi araşdırma yazılarında Azərbaycan cəmiyyətinin monolitliyini pozmağa hesablanan ssenarilərin konturlarını aydın görmək mümkündür. E. Fətullayevin “virtualaz.org” saytında yer alan “Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar” sərlövhəli məqaləsində göstərilir ki, təkcə 3 xarici fond 2002-ci ildən 2013-cü ilədək Azərbaycan QHT-lərinə 32 milyon dollar vəsait ayırıb.
Jurnalistin əvvəlki yazısının davamı olaraq bu günlərdə “Haqqın.az” saytında dərc etdirdiyi “Azərbaycan inqilabı üçün daha 14 milyon dollar” sərlövhəli məqalədə isə bir sıra yeni məqamlardan bəhs olunur. Məsələn, məqalədə diqqət Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan nümayəndəliyinin 2003-2013-cü illərdə 4 razılaşma əsasında 588 min dollar vəsait aldığına yönəldilir. Müəllif bu vəsaitdən radikal müxalifyönümlü şəxslərə nə qədər pay düşdüyünü açıqlayıb: 1) Müxalifət fəalları Vidadi Mirkamal , İntiqam Əliyev və Ənnağı Hacıbəyli 91 min dollar alıb. 2) Rəşad Hacılı 91 min dollar”. Bundan başqa, E.Fətullayevin yazısında Əlövsət Əliyevə 10 min dollar, “Demokratiyanın tədrisi” qeyri-hökumət təşkilatına isə 15 min dollar ayrıldığı bildirilir.
Haqqında bəhs olunan yazıda, həmçinin, “Revenue Watch İnstitute” təşkilatının qrant “bazarlığına” aydınlıq gətirilir. Bildirilir ki, təşkilat son 7 il ərzində 952 min manat dəyərində 25 layihənin böyük hissəsini başda “müsavat”çı Qubad İbadoğlu, “cəbhəçi”lər Məhəmməd Talıblı, Rövşən Ağayev və digərləri olmaqla “Milli Büdcə Qrupu”nun təmsilçilərinə verib: “ABŞ-ın başqa ölkələrə hərbi xarakterli olmayan yardımlarına birbaşa cavabdehlik daşıyan Beynəlxalq İnkişaf Agentliyi (USAİD) hökumət təşkilatıdır. 2009-cu ildə ABŞ hökuməti ilə Azərbaycan hökuməti arasında inkişaf proqramlarının birgə maliyyələşdirilməsinə dair imzalanan xüsusi memoranduma əsasən USAİD ikitərəfli razılaşmada əksini tapan məsələlərin həyata keçirilməsi üzrə icraçı təşkilat missiyasını üzərinə götürüb. Bütün bunlara baxmayaraq, ortada başqa reallıq var. Belə ki, təşkilat son 3 ildə özünün qrant siyasətində QHT-lərin dəstəklənməsinə, siyasi layihələrin maliyyələşdirilməsinə üstünlük verib. Bunun isə təsadüfən baş verdiyini söyləmək çox çətindir”.
Jurnalist E.Fətullayevin araşdırma yazılarında, həmçinin, Amerikanın başqa bir təşkilatının-Beynəlxalq Araşdırmalar və Mübadilə Şurasının (İREX) fəaliyyətində şübhəli izlər qoyduğuna işıq salınır. Təşkilat “hər yerdə intellektual liderlik və innovasiya proqramları vasitəsilə pozitiv inkişafı yaymağı” özünün proqram məqsədi elan edib. Lakin İREX-in 2008-2013-cü illərdə həyata keçirdiyi 730 min manat məbləğində 29 qrant layihəsinin diversifikasiyasına nəzər saldıqda təşkilatın proqram məqsədlərindən çox-çox uzaqlaşdığı dərhal nəzərə çarpır: “Bu təşkilatın Azərbaycandakı nümayəndəsi Sara Hennesidir. Lakin nəyə görəsə təşkilatın nümayəndəliyi göstərilən müddətdə iki razılaşma əsasında cəmi 40 min manatlıq qrant dəstəyi alıb. Subsidiyaların qalan hissəsinin mənbəyi böyük sual doğurur. Və 730 min manat hansı intellektual liderliyə və innovasiya proqramlarına xərclənib? Bütün bu pullar müxalifətə və müxalifətə yaxın təşkilatlara axıb...”
Yuxarıda sadaslanan faktlar anti-azərbaycançı şəbəkənin ölkəmizlə bağlı qaraguruh “fəaliyyəti” haqqında konkret təsəvvür yaradır. Bu faktlardan göründüyü kimi, beynəlxalq şər qüvvələri Azərbaycanın inkişafını əngəlləmək üçün hər şeyi etməyə, hətta böyük paralar xərcləməyə belə hazırdır. Lakin bu kimi canfəşanlıqlar əbəsdir. Müstəqil Azərbaycanın inkişafına mane olmaq cəhdləri heç vaxt bir nəticə verməyəcək!

 
  • Oxunub:  22710  |  
  • Tarix:  29-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA