Ana səhifə »  Müəlliflər »  “Hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənmiş antimilli cütlük
A+   Yenilə  A-
“Hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənmiş antimilli cütlük
Yazdı: Nurlan Qələndərli

Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirən, ermənilərə dərin məhəbbətini ifadə edən Leyla Yunus-Arif Yunus cütlüyünün ölkə ictimaiyyətinin haqlı narazılığından çəkinməməsi, əksinə, “özünümüdafiə” metoduna baş vurması onların milli maraqlara və xalqımıza olan xəyanətkar münasibətini göstərir
Ölkəmizdə fəaliyyət göstərən bəzi qondarma təşkilatlar və “hüquq müdafiəçisi” adı arxasında pərdələnmiş şəxslər anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirir, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyirlər. Daxilimizdəki həmin qüvvələrin bəzi xarici maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün istinad etdiyi vasitələrdən biri məhz anti-azərbaycançı çağırışlar səsləndirmək, ölkəmizin əleyhinə yönəlmiş pozucu fəaliyyətlərə dəstək vermək, həmçinin, ümummilli məsələlərdə dövlətimizin və xalqımızın ali mənafeyinə zidd mövqe tutmaqdır. Bu dağıdıcı ünsürlər sırasında özlərini cəmiyyətə “hüquq müdafiəçisi” kimi tanıdan, əslində, sözün əsl mənasında, şər dueti olan antimilli cütlük Leyla Yunus və həyat yoldaşı Arif Yunus xüsusilə fərqlənirlər.
Sirr deyil ki, qərəzli xarici dairələrin sifariş və tapşırıqları əsasında fəaliyyət göstərən bu cütlük hər zaman xalqımızın, dövlətimizin əleyhinə mövqe tutub, hətta mütəmadi surətdə təhqiramiz fikirlər səsləndiriblər. Məhz onların bu cür anti-Azərbaycan xidmətləri qərəzli xarici dairələr tərəfindən də müvafiq olaraq qiymətləndirilməkdədir. Əlbəttə, görünən odur ki, bu cütlüyün məqsədi bir tərəfdən qrantlar almaqdırsa, digər tərəfdən beynəlxalq təşkilatların və transmilli medianın diqqətini cəlb etməklə Azərbaycanın müsbət beynəlxalq imicinin üzərinə kölgə salmaqdır.
Şübhəsiz, “hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənmiş bu şəxslərin bu cür mövqe sərgiləmələri onların xalqımıza və dövlətimizə olan münasibətlərindən xəbər verir. Başqa sözlə, xarici maraq qruplarından maliyyələşən və konkret anti-azərbaycançı dairələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən Leyla Yunus-Arif Yunus cütlüyünün nümayiş etdirdikləri “fəaliyyət” bəhs olunan “hüquq müdafiəçiləri”nin nəyə qadir olduqlarını və kimlərə xidmət etdiklərini növbəti dəfə aşkar surətdə əks etdirir. Daha dəqiq desək, bu şəxslərin təkcə ermənilərlə işbirliyinə dair ortada olan çoxsaylı faktlar deyilənlərin bariz nümunəsi qismində çıxış edir. Onlar erməni lobbisini belə başlıca tərəfdaş kimi qəbul etməkdədir. Belə ki, Leyla Yunus və həyat yoldaşı özünün korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri belə dost kimi qəbul etməkdən çəkinmir, hətta bu dostluqdan məmnuniyyətlə söz açırlar. Yeri gəlmişkən, Ermənistana casusluqda ittiham edilərək həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun da bu yola düşməsində Leyla və Arif Yunusun müəyyən rol oynadıqları bildirilir. Məlumatlara görə, R.Mirqədirov adı çəkilən “hüquq müdafiəçiləri”nin ermənilərlə birgə layihələrinə qoşulmaqla bu yola daxil olub. R.Mirqədirov təcridxanada ona baş çəkməyə gedən hüquq müdafiəçisi Elçin Behbudova həmin layihələr vasitəsilə dəfələrlə Ermənistana səfər etdiyini deyib. O, həmin səfərlərdə Leyla və Arif Yunusun da olduqlarını etiraf edib.
Əlbəttə, bütün bunlar Azərbaycan ictimaiyyətində dərin narazılıq və ikrah hissi yaratmaqdadır. Amma buna baxmayaraq, antimilli cütlük Azərbaycan ictimaiyyətinin haqlı tənqidi və qınağından dərs çıxarmayaraq anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirməyə davam edir və öz əməllərinə “haqq” qazandırmağa cəhd göstərir. Dolayısıyla, Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirən, ermənilərə dərin məhəbbətini ifadə edən bu “hüquq müdafiəçiləri”nin ölkə ictimaiyyətinin haqlı narazılığından çəkinməməsi, əksinə, “özünümüdafiə” metoduna baş vurması onların timsalında milli maraqların, eləcə də, xalqımızın ali dəyərlərinin heçə sayılmasına dəlalət edir.
Məsələyə münasibət bildirən Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğu, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir zamanda Leyla Yunus kimi insanların ermənilərlə işbirliyində olması bir çox məqamları aşkar edir: “Bu, ilk növbədə ona dəlalət edir ki, bu kimi şəxslər müstəqilliyimiz və inkişafımızı nəinki həzm edə bilmirlər, hətta ermənilərlə sinxron fəaliyyət göstərərək ölkəmizə qarşı çıxış edirlər. Peşə mənsubiyyəti və təmsil etdiyi sektordan asılı olmayaraq bütün vətəndaşlar Azərbaycanın milli maraqlarını müdafiə etməlidir. Amma Leyla Yunus kimi şəxslər, təəssüf ki, hər zaman öz şəxsi maraqları əsasında çıxış edərək qrant aldığı, əməkdaşlıq etdiyi bəzi qüvvələrin dağıdıcı mənafelərini Azərbaycanın maraqlarından üstün tutub. Bu, cəmiyyətdə haqlı narazılıq yaradır”.
QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov isə deyib ki, bu gün Azərbaycanda bəzi QHT və “hüquq müdafiəçiləri” xaricdən aldığı qrantlar qarşılığında ölkəmizə qarşı fəaliyyət göstərirlər. “Leyla Yunus da bu cür şəxslər sırasındadır. Onun fəaliyyəti ilə bağlı ortaya çıxan neqativ faktlar ciddi narazılığa səbəb olmaqdadır. Xüsusilə də, Azərbaycan torpaqlarının 20 faizini işğal edən, xalqımıza qarşı dəfələrlə soyqırımları törətmiş ermənilərlə əməkdaşlıq yalnız utanc mənbəyidir. Bu şəxslər, əslində, “hüquq müdafiəçisi”, “vətəndaş cəmiyyəti təmsilçisi” pərdəsi arxasında gizlənərək fəaliyyət göstərirlər. Düşmənlə eyni masa arxasında əməkdaşlıq üçün əyləşmək, qərəzli xarici dairələrə ölkəmiz haqqında həqiqətə uyğun olmayan məlumatlar vermək və digər bu kimi hallar yolverilməzdir”,-deyə R.Qonaqov əlavə edib.

 
  • Oxunub:  28620  |  
  • Tarix:  29-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA