Ana səhifə »  Müəlliflər »  Antimilli cütlüyün şər dueti
A+   Yenilə  A-
Antimilli cütlüyün şər dueti
Yazdı: Nardar Bayramlı

Leyla Yunus və Arif Yunusun fəaliyyəti ölkəmizin imicinə ziyan vurmağa xidmət edir
Azərbaycanda bəzi təşkilatların “hüquq müdafiəçisi” adı altında müəyyən xarici qüvvələrə xidmət etməsi ictimaiyyətə çoxdan məlumdur. Xarici anti-azərbaycançı dairələrin, o cümlədən, erməni lobbisinin himayəsində olan həmin təşkilatlar və onların rəhbərlərinin fəaliyyəti Azərbaycan haqqında beynəlxalq müstəvidə mənfi rəy yaratmaqdan ibarətdir. Bu məsələdə Leyla Yunus və Arif Yunus cütlüyü xüsusilə fərqlənir. Məlumdur ki, bu şəxslər ailəvi olaraq uzun illərdir ki, düşmən dəyirmanına su tökməkdədirlər. Bu “yunusların” şər dueti bilavasitə ermənilərin maraqlarına xidmət edir.
Cütlüyün fəaliyyətlərini erməni maraqları üzərində qurması erməni mənşəli olmalarından qaynaqlanır
Sirr deyil ki, Leyla və Arif Yunus cütlüyünün fəaliyyətlərində ermənipərəst mövqedən çıxış etməsi həmişə özünü büruzə verib. Bunu təsdiqləmək üçün kifayət qədər faktlar var. Məsələn, L.Yunus adını “insan hüquqları müdafiəçisi” qoysa da, bu günədək bir dəfə də olsun, Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən insanların hüquqlarının bərpası haqda heç bir fikir səsləndirməyib, onların öz torpağında yaşamaq kimi fundamental hüquqlarının bərpası yönündə fəaliyyət göstərməyib. Əvəzində L.Yunus ermənilərlə birgə layihələr həyata keçirir və bu əməllərinə də müxtəlif don geyindirir. Xatırlatmaq yerinə düşər ki, ötən ilin əvvəlində L.Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu Ermənistandakı “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən birgə sayt yaradıb. Hətta ötən ilin yanvarında Yerevanda bu saytın təqdimatı keçirilib. L.Yunusun şərik olduğu bu layihə elə ilk günündəcə anti-Azərbaycan mahiyyəti daşıyıb və Ermənistanın işğalçılıq siyasətinin dəstəklənməsinə yönəlib. Belə ki, layihənin ilk qonağı olan Ermənistanın “İrs” partiyasının sədri Raffi Ovannisyan öz ölkəsinin işğalçılıq siyasətinə haqq qazandırmağa çalışıb və separatçı rejimi, işğal altında olan torpaqlarımızı “Dağlıq Qarabağ Respublikası” adlandırıb. Bu, L.Yunusun Azərbaycan xalqına birinci xəyanəti deyil. Onun dövlətimizə qarşı yönəlmiş fəaliyyəti ilə bağlı kifayət qədər faktlar mövcuddur.
Təbii ki, bu adamların ermənilərin maraqlarına qulluq etmələrinin səbəbləri var. Bu səbəblərdən biri L.Yunusun erməni mənşəli olmasıdır. L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında mətbuatda və sosial şəbəkələrdə çoxsaylı materiallar yer alıb, faktlar açıqlanıb. Onların tərcümeyi - halına qısaca nəzər salmaq bu məlumatların nə qədər əsaslı olduğunu göstərir. Xatırlatmaq yerinə düşər ki, AXC-”Müsavat” hakimiyyəti dövründə Leyla Yunus casusluq fəaliyyəti ilə məşğul olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Bunun müqabilində də külli miqdarda pul əldə edib. Daha sonra nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunus cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesabına köçürüb.
Daha sonra L.Yunusun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olduğu yönündə mətbuatda məlumatlar işıq üzü görüb. Həmçinin, L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Başqa bir məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Eyni zamanda, Leyla Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibəti də olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. L.Yunus ermənilərin Almaniyanın Esslingen am Neckar şəhərində təşkil etdiyi konfransda çıxış edib, rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun Əkrəm Naibovun müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib. Leyla Yunusun və onun əri Arif Yunusun Ermənistanda çoxlu erməni qohumları var. Leyla Yunusun erməni qaynı Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir.
Bundan başqa, əldə etdiyimiz məlumatlara görə, “Yunus” ailəsinin erməni qohumlarının bəziləri Rusiyada yaşayır. Hətta şər duetinin bu qohumları ilə biznes ortaqlıqları olması barədə məlumatlar da mətbuat səhifələrində özünə yer tapıb. Bundan əlavə, ermənilərə “ayı” xidmətləri”nə görə dəfələrlə mükafatlandırılıblar. Bu mükafatlar hesabına L.Yunus xaricdə mal-mülk sahibinə də çevrilib.
Bütün bu faktlar isə Leyla və Arif Yunusun əslində niyə xalqımıza düşmən kəsildiklərini sübut edir.
Şər dueti ölkəmizdəki tolerantlıq mühitindən sui-istifadə edir
L.Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətində xarici düşmən qüvvələrlə, o cümlədən, ermənilərlə işbirliyindən çəkinməyib. “Hüquq müdafiəçisi” adı altında maskalanmış L.Yunus və Arif Yunus ölkəmizdə baş verən hər hansı məişət xarakterli hadisəni belə qərəzli şəkildə şişirdərək beynəlxalq təşkilatların və xarici medianın diqqətini cəlb etmək, ölkəmizi bütövlükdə qara rəngdə təqdim etmək üçün hər cür addımı atıb.
Xatırladaq ki, Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində də L.Yunusun erməni xisləti özünü göstərmişdi. Belə ki, L.Yunus və onun kimilər erməni lobbisinin planları əsasında “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Bakıda “Demokratiya naminə oxu” və başqa adlar altında layihələr icra etmişdi ki, burada məqsəd guya Azərbaycanın demokrətik imicinə xələl gətirmək idi.
Leyla Yunus ölkəmizdə erməni kəşfiyyatına xidmət şəbəkəsi yaradıb?
Elə bu günlərdə Ermənistana casusluqda ittiham edilərək həbs olunan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun da bu yola düşməsində Leyla və Arif Yunus rol oynadığı bildirilir. Belə ki, məlumatlara görə, R.Mirqədirov adı çəkilən “hüquq müdafiəçilərinin” ermənilərlə birgə layihələrinə qoşulmaqla öz yolunu azdı. R.Mirqədirov təcridxanada ona baş çəkməyə gedən hüquq müdafiəçisi Elçin Behbudova həmin layihələr vasitəsilə dəfələrlə Ermənistana səfər etdiyini deyib. O, həmin səfərlərdə Leyla və Arif Yunusun da olduğunu etiraf edib. Yəqin ki, R.Mirqədirov həbsinə bais olan bu cütlüyün də onun yanında olmasını arzulayır. Bu fakt da göstərir ki, işğalçı dövlətdə keçirilən tədbirlərin əksəriyyətində Leyla-Arif cütlüyünün də iştirakı təkzibolunmazdır və tədbir adı altında onların daha hansı işlərlə məşğul olması sual doğurur. Hazırda L.Yunus radikal müxalifət mətbuatına müsahibələrində bu məsələni siyasiləşdirməyə çalışır və açıq şəkildə ermənilərlə işbirliyində olduğunu etiraf edir. Əlbəttə ki, öz gələcəyini düşünən, dövlətimizin taleyinə biganə olmayan Azərbaycan xalqı bu şər cütlüyünün fəaliyyətini haqlı qınaq obyektinə çevirib və bu kimi xəyanətkar qüvvələr xalqdan lazımi cavabını hər zaman alıblar.

 
  • Oxunub:  28740  |  
  • Tarix:  25-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA