Ana səhifə »  Müəlliflər »  Radikalların “siqaret söhbəti”
A+   Yenilə  A-
Radikalların “siqaret söhbəti”
Yazdı: Mübariz Abdullayev

Yaxud, “Milli şura”nın növbəti “sessiyası” da qalmaqallarla yadda qalıb
Kimsəyə sirr deyil ki, radikal müxalifət düşərgəsinin hələlik sonuncu “birlik” formatı olan qondarma “Milli şura” yarandığı vaxtdan bəri, ilk növbədə, qeyri-ciddiliyi ilə gündəmdə olub. Daha doğrusu, “Milli şura”nın mahiyyəti bu qondarma qurumda təmsil olunanların səngimək bilməyən mənafe savaşı, daxili intriqaları və lağlağı söhbətləri ilə xarakterizə olunur, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Radikal müxalifət düşərgəsinin üz qarasına çevrilən qondarma “Milli şura”nın ötən şənbə KXCP-nin qərargahında keçirilən növbəti “sessiyası” da bu cəhətdən istisna olmayıb. Belə ki, toplantı bir sıra “ÇP”lərlə yadda qalıb.
Öncə onu deyək ki, radikal düşərgənin nəzarətində olan mətbuat orqanlarında “sessiyaya” “ciddi hazırlıq aparıldığı” barədə geniş təbliğat materialları dərc edilməsinə baxmayaraq, təmsilçilər toplantıya qatılmağa belə tənbəllik ediblər. Verilən məlumatlara görə, toplantını keçirmək üçün yetərsay güclə əldə olunub. Belə ki, qondarma qurumun üzvlərinin yarıdan çoxu sadəcə, növbəti “sessiyaya” qatılmağa lüzum görməyib. Pis vəziyyətdə qalan sədr Cəmil Həsənov isə “şuraçılar”ın toplantını baykot etmələrini qeyri-ciddi “səbəblərlə” əsaslandırmağa çalışıb. Guya, qurum üzvlərindən bir çoxu xaricə səfərlərə təşrif buyurub, digərləri xəstələniblər və bu kimi “səbəblər” üzündən də tədbirə qatıla bilməyiblər. Necə deyərlər, sədrin üzrü qəbahətindən betərdir. Axı “hazırlıq işlərini” apararkən “sessiyanın” vaxtını elə müəyyənləşdirmək olmazdımı ki, təmsilçilər Bakıda olsunlar və toplantıda iştirak etmək “xoşbəxtliyindən” məhrum qalmasınlar? Bir də ki, bu bəhanələr nə vaxtadək davam edəcək? “Milli şura”nın təyin etdiyi icazəli mitinqlər sönük keçir-Cəmil Həsənov bunu “hava şəraitinin əlverişsiz olması”, “tələbələrin tətilə getməsi” ilə əlaqələndirir, seçkilərdə insanlar qondarma qurumun “vahid namizəd”inə “yox” deyirlər-dublyor namizəd bunu vecinə də almadan söz güləşdirməyi üstün tutur və s.
Lakin “Milli şura”nın son “sessiyası”nda sədr Cəmil Həsənovun, eləcə də, digər təmsilçilərin “dilini gödək edən” “xəta” yalnız qondarma qurumun yarıdan çoxunun toplantını baykot etməsi ilə bağlı deyil. Verilən məlumatlarda bildirilir ki, toplantı hədsiz dərəcədə passiv keçib. İştirakçılar müzakirəyə çıxarılan məsələlərə maraq göstərməyiblər. Hətta Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin əlavə təkliflər səsləndirməklə, necə deyərlər, məclisi qızışdırmağa səy göstərməsi də bir nəticə verməyib.
Hələ bu da qondarma qurumun növbəti toplantısında baş verən “ÇP”lərin hamısı deyil. Məsələ burasındadır ki, toplantıya qatılan “şuraçılar” özlərini iclasa gələnlər kimi aparmayıblar. Başqa sözlə desək, toplantıda ağız deyəni qulaq eşitməyib, yerlərdən replikalar səslənib, iştirakçılar bir-birilərinin sözlərini ağızlarında qoyublar, ən müxtəlif bəhanələr gətirərək tez-tez toplantı otağını tərk ediblər.
Toplantıda intizamsızlıq o həddə çatıb ki, hətta qondarma qurumun ayrı-ayrı üzvləri belə səbr kasalarını basa bilməyərək sirlərini dilə gətirmək məcburiyyətində qalıblar. Məsələn, toplantıda iştirak edən “Milli şura” üzvü Mahmud Hacıyev “şuraçılar”da və ümumiyyətlə, radikal düşərgə təmsilçilərində “iclas mədəniyyəti”nin olmaması ilə bağlı giley-güzarlarını dilə gətirib. “Bizdə iclas başlayandan 15-20 dəqiqə keçməmiş görürsən ki, bir neçə nəfər salondan bayıra siqaret çəkmək üçün çıxır. İclasa gəlmisənsə, buyur, otur, sessiyada iştirak elə, deyilənlərə diqqət elə. Yox əgər, iclasda dediklərimi dinləmək üçün həvəs və ya maraq yoxdursa, bu zaman iclasa gəlmə”.
“Milli şura”nın son sessiyasında yaranmış vəziyyətdən gileylənən M.Hacıyev, hətta nostalji hisslərini büruzə verməkdən də çəkinməyib. Belə ki, toplantıda çiyindaşlarının-zorən “demokratlar”ın əsl simalarını görən “Milli şura” üzvü bir növ kommunistlərin “atalarına rəhmət oxuyub”: “İclas mədəniyyətini daha çox əxz etmək lazımdır... Biz zamanında kommunist rejiminə qarşı çıxmışıq, kommunist rejiminin bir çox şeylərini pisləmişik. Ancaq hesab edirəm ki, biz hər şeyin yaxşısını götürməli, pisini isə atmalıyıq. Kommunist rejimi zamanı kommunistlərin keçirdiyi iclas və tədbirləri təqdirəlayiq sayıram. Çünki orada iclas mədəniyyəti çox yüksək olurdu”.
Beləliklə, “Milli şura” üzvünün etiraflarında qondarma qurumun mahiyyəti, qeyri-ciddiliyi bir daha aydın görünür. Necə deyərlər, şərhə ehtiyac yoxdur.

 
  • Oxunub:  23070  |  
  • Tarix:  02-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA