Ana səhifə »  Müəlliflər »  Müsavat Partiyasında qruplaşma savaşı yenidən qızışıb
A+   Yenilə  A-
Müsavat Partiyasında qruplaşma savaşı yenidən qızışıb
Yazdı: Pərviz Sadayoğlu

Partiyanın gənclər təşkilatının üzvləri sosial şəbəkələrdə bir-birilərini təhqir edirlər
Radikal müxalifət düşərgəsi yenidən şəxsi maraqların toqquşma meydanına çevrilib. Bunu Müsavat Partiyasının timsalında açıq şəkildə görmək mümkündür. Belə ki, bir müddət öncə qondarma “Milli şura”dan çıxması ilə radikal düşərgə daxilində müzakirə obyektinə çevrilən Müsavat Partiyası bu dəfə də daxili böhranın girdabından xilas ola bilmir. Daha dəqiq desək, may ayında keçirilməsi nəzərdə tutulan qurultay məsələsinin yenidən gündəmə gəlməsi “Müsavat”da partiyadaxili qruplaşma savaşını alovlandırıb. Qeyd edək ki, “Müsavat” daxilindəki çəkişmələr partiyanın gənclər təşkilatında daha çox “büruzə” verilir. Yeni sədr seçkisi öncəsi gənclər təşkilatındakı qarşılıqlı iddialar, sosial şəbəkələrdə hətta təhqiramiz ifadələrlə dolu “fikirlər” bir daha sübut edir ki, artıq poliqona çevrilmiş “Müsavat” may ayından sonra parçalanmaya məhkumdur.
Ötən ilin avqust ayında keçirilən gənclər təşkilatına sədrlik seçkilərindən sonra “Müsavat” daxilində ortaya çıxan çəkişmələr yəqin ki, unudulmayıb. Məlum olduğu kimi, seçkinin nəticələrinin ləğv edilməsi, sonradan isə partiyanın rəhbər strukturlarında təmsil olunan funksionerlərə yaxınlığı ilə bilinən Əhliman Abbasın gənclər təşkilatına rəhbər seçdirilməsi bir sıra üzvlər tərəfindən etirazla qarşılanmışdı. Hətta seçkinin nəticələrini “müəyyənləşdirən” partiya funksionerlərinin qəzəbinə düçar olan həmin gənclərin bəziləri “Müsavat”dan istefa vermişdilər. Bundan sonra bir müddət ara sakitləşsə də, qurultay öncəsi yenidən qruplaşmalar arasında “atəşkəs” pozulub.
Belə ki, artıq uzun müddətdir partiyanın gənclər təşkilatının hazırkı rəhbərliyini qəbul etməyən gənclər sosial şəbəkələrdə öz etirazlarını səsləndirirlər. Eyni zamanda, sosial şəbəkələrdə davam edən “müzakirələrə” müdaxilə edən funksionerlərin tərəf qismində çıxış etməsi partiya daxilindəki durumun hansı vəziyyətdə olmasını açığa çıxarır.
Sonuncu narazılıq isə “müsavat”çı gənclərin martın 5-də Rusiya səfirliyi qarşısında keçirməyə cəhd göstərdikləri etiraz aksiyası ilə bağlı olub. Belə ki, “Müsavat”ın gənclər təşkilatının sədri Əhliman Abbasın “tərəfdar”ları əvvəlcədən bu aksiyada iştirak edəcəklərini bildirsələr də, sonradan qatılmayıblar. Bundan sonra isə aksiyaya çıxmayanlar sosial şəbəkələrdə qorxaqlıqda ittiham ediliblər. Və hazırda da hər iki tərəf qarşılıqlı olaraq bir-birini ittiham edir.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, baş verənlər partiya sədrliyinə namizədliyini verəcəyini elan etmiş funksionerlərin çəkişməsi kimi də xarakterizə olunur. Belə ki, “Müsavat” gənclər təşkilatının hazırkı sədri Əhliman Abbas Arif Hacılıya yaxın şəxsdir və onun konkret olaraq sədr “seçilməsi” A.Hacılının xidməti sayılır. Ə.Abbasa müxalif olan gənclər isə digər namizədlərin tərəfdarlarıdır ki, onların arasında da “Müsavat” başqanlığına namizədlərdən həm Səxavət Əlisoyu, həm də keçmiş gənclər təşkilatı sədri Tural Abbaslını dəstəkləyənlər var. Bu mənada partiyanın gənclər təşkilatının parçalanma prosesinə indidən start verdiyini söyləmək mümkündür. Belə ki, may ayında keçirilməsi nəzərdə tutulan qurultayda tərəflər həm də bu gənclərin əli ilə İsa Qəmbərin kürsüsünü əldə etmək niyyətindədirlər. O baxımdan ki, sosial şəbəkələrdə konkret namizədlərin tərəfdarları kimi çıxış edən bu gənclər partiyadakı qüvvələr balansının müəyyənləşməsində müəyyən rola malikdirlər.
Bütün bu proseslərin fonunda İ.Qəmbərin sükuta qərq olması isə artıq uzun müddətdir ki, “Müsavat” sədrinin proseslərə təsir imkanını itirməsindən xəbər verir. Ümumiyyətlə, son dövrlərdə baş verən hadisələr onun qruplaşmaların əlində aciz qalmasını və təsir imkanlarını itirməsini ortaya çıxarmışdı. İndiki halda isə qruplaşmalar arasındakı qalmaqalın yenidən alovlanması sadəcə “Müsavat”ın qurultayından qabaq yeni bir parçalanma təhlükəsinin də yaranmasından xəbər verir. Bu mənada düşərgə daxilində uzun müddətdir ki, qurultaydan sonra bu partiyanın darmadağın olacağı ilə bağlı səslənən fikirlər öz təsdiqini tapmaqdadır.

 
  • Oxunub:  22710  |  
  • Tarix:  01-04-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüşüb

23 İyul 20:39
Hakimlərin Seçki Komitəsinin iclası keçirilib
23 İyul 20:37
Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib
23 İyul 20:23
Argentinalı və uruqvaylı jurnalistlərə ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verilib
23 İyul 20:20
Azərbaycanın Xarici İşlər naziri Ekvatorial Qvineyanın dövlət katibi ilə görüşüb
23 İyul 20:15
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 İyul 20:13
İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
23 İyul 20:10
“EYOF Bakı 2019”: Cəbrayıl Hacıyev Azərbaycana səkkizinci qızıl medalı qazandırıb
23 İyul 20:08
“Bakı 2019”: Ukrayna millisi idman gimnastikası üzrə komanda yarışlarının qalibi olub
23 İyul 20:04
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tabeçiliyində olan orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
23 İyul 20:02
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Komitə könüllüləri ilə görüşüb
23 İyul 19:59
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlar başa çatıb
23 İyul 19:55
Çin nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının üzvü Mübariz Abdullayevin ailəsinin qonağı olmuşdur
23 İyul 17:51
Azərbaycan ilə İsrail arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişafı müzakirə edilib
23 İyul 17:45
Milli Mətbuat Gününə həsr olunmuş “Din və media” mövzusunda konfrans keçirilib
23 İyul 17:40
Oktyabrda Bakıda İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası keçiriləcək
23 İyul 17:32
Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşüb
23 İyul 17:29
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər
23 İyul 17:25
Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
23 İyul 17:10
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
23 İyul 16:54
Yunan-Roma güləşçisi Xasay Həsənli əzmkar qələbə qazanaraq “EYOF 2019”un çempionu olub
23 İyul 16:32
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
23 İyul 16:11
Azərbaycan Banklar Assosiasiyasının Ekspert Qrupunun iclası keçirilib
23 İyul 16:10
ADA Universitetində XIII Bakı Yay Enerji Məktəbi başa çatıb
23 İyul 15:46
Samuxda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb
23 İyul 15:39
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23 İyul 14:57
Eldəniz Səlimov: Azərbaycanla Çin arasında münasibətlər daha da genişlənir
23 İyul 14:53
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 İyul 14:49
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir
23 İyul 14:36
Gədəbəydə metodiki tövsiyələrin təqdimatı olub
23 İyul 14:24
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
23 İyul 14:17
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23 İyul 14:16
Robert Landa: Azərbaycan bu səviyyəli idman tədbirləri keçirilməsində zəngin təcrübəyə malikdir
23 İyul 14:11
TAP-ın İtaliya hissəsində boruların inşasına başlanılıb
23 İyul 14:03
Mübariz Qurbanlı: Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var
23 İyul 14:00
“Eternity-2019” təliminin yekun planlaşdırma konfransı keçirilib
23 İyul 13:55
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sonq Taonun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
23 İyul 12:40
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə qızlar arasında yarışların qalibləri müəyyən edilib
23 İyul 12:23
Artıq ödənilmiş vergilərin qalan məbləğləri 45 gün ərzində vergiödəyicisinə qaytarılır
23 İyul 12:13
Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:09
BDU-nun məzunu müəllimlərin işə qəbulu imtahanlarında maksimum nəticə göstərib
23 İyul 12:05
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 12:00
Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:57
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:51
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
23 İyul 11:17
“EYOF Bakı 2019”: Tennisçilərin fərdi yarışlarında otuzikidəbir final mərhələsinin görüşləri keçirilir
23 İyul 11:15
“EYOF Bakı 2019”: güləş yarışlarının sonuncu günündə yeddi idmançımız mübarizə aparır
23 İyul 11:13
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının ikinci gününə start verilib
23 İyul 11:06
“EYOF Bakı 2019”: Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
23 İyul 11:02
XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
23 İyul 11:01
Hesablama Palatasının nümayəndə heyəti Nyu-Yorkda beynəlxalq toplantıda iştirak edib
23 İyul 10:56
DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib
23 İyul 10:31
Ermənistan ordusu iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 18 dəfə pozub
23 İyul 10:24
“Azeri Light”ın bir barreli 65,34 dollara satılır
23 İyul 10:22
Neftin qiyməti bahalaşıb
23 İyul 09:38
Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23 İyul 09:35
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23 İyul 09:34
Qurban Qurbanov: Azarkeşlərin inamını doğrultduğum üçün sevinirəm
23 İyul 09:32
Regionların elektrik enerjisi ilə təminatı gücləndirilir
23 İyul 09:30
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA