Ana səhifə »  Müəlliflər »  AXCP Müsavat daxilində intriqaları qızışdırır
A+   Yenilə  A-
AXCP Müsavat daxilində intriqaları qızışdırır
Yazdı: Mübariz Abdullayev

“Cəbhəçilər” “Müsavat”da yaşanan başqanlıq uğrunda daxili çəkişmələrdən bəhrələnərək rəqib partiyanı zəiflətmək planını işə salıblar
Özlərini radikal düşərgənin əsas simaları sayan AXCP ilə Müsavat Partiyası arasındakı düşmənçilik münasibətləri barədə geniş söhbət açmağa lüzum yoxdur. İllərdir ki, “cəbhəçilər” və “Müsavat”çılar radikal düşərgənin şəriksiz hegemonuna çevrilmək uğrunda rəqabət aparırlar. Qarşı duran tərəflərdən hər biri rəqibdən bir baş üstün mövqeyə yüksəlmək üçün ələ düşən ən kiçik fürsətdən belə maksimum dərəcədə bəhrələnməyə çalışır. Bunun təsdiqi kimi, ölkəmizdə keçirilən son prezident seçkilərindən öncəki mərhələdə Əli Kərimlinin və İsa Qəmbərin “vahid namizəd”lik davası aparmalarını, hər iki partiya təmsilçilərinin bir-birilərinə kompramat savaşı açmalarını, qondarma “Milli şura” daxilində AXCP-nin “Müsavat”a qarşı gözdənsalma kampaniyasını qızışdırmasını, sonradan “Müsavat”çıların da dillərini dinc qoymayaraq “Əli Kərimli ilə yol getmək, bundan sonra eyni birlikdə təmsil olunmaq mümkün deyil” demələrini xatırlamaq kifayətdir.
Qondarma “Milli şura”dakı “razborkalar”dan sonra iki rəqib partiya arasında yaşanan müvəqqəti sakitlik son günlərdə yenidən pozulub. Bu dəfə söhbət AXCP-nin “Müsavat”da yaşanan başqanlıq uğrunda daxili çəkişmələrdən istifadə edərək rəqib partiyanı zəiflətmək planını işə salmasından gedir.
Məlumdur ki, illərdir “Müsavat”ın qurultayının keçirilməsini müxtəlif bəhanələrlə əngəlləyən, beləliklə də, başqanlığının ömrünü uzatmağa nail olan İsa Qəmbərin, nəhayət, təzyiqlər qarşısında tab gətirməyərək geri çəkilməsi və öz postundan getməyə razılıq verməsi onun yerinə göz dikən “Müsavat” funksionerlərini hərəkətə gətirib. Əgər əvvəllər partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılının “İsa Qəmbərdən sonra başqanlıq haqqı mənə çatır” iddiası açıq təpkilərlə qarşılanmırdısa, indi vəziyyət dəyişib. Artıq başqanın müşaviri Səxavət Əlisoy, divan üzvləri Qubad İbadoğlu, Tural Abbaslı və digərləri də başqan olmaq istəklərini təkidlə dilə gətirirlər. Hətta onlar daha da cəsarətlənərək Arif Hacılının xəyallarını gerçəkləşdirmək üçün saman altından su yeritməsinə, özünü “seçilmiş 2-ci başqan” və yaxud başqanlığa “əlahiddə namizəd” kimi aparmasına iradlarını bildirirlər.
Beləliklə, ayrı-ayrı funksionerlərin başqanlıq marafonunda mübarizəyə qoşulmaları “Müsavat”da bir neçə daxili qruplaşmanın yaranmasına gətirib çıxarıb. Sözügedən qruplaşmalardan hərəsi öz mövqeyini möhkəmlətmək naminə bir-birilərinə qarşı kompramatlara rəvac verirlər. Məsələn, “Müsavat” daxilindəki mənbənin sızdırdığı məlumatlara görə, A.Hacılıya qarşı bir növ birləşmiş cəbhə yaradan qruplaşmalar İsa Qəmbərlə gizli görüş keçirməyə və onun mövqeyini dəyişməyə müvəffəq olublar. Bildirilir ki, gizli görüşdə İ.Qəmbər təzyiqlər qarşısında geri çəkilərək başqan seçkilərində A.Hacılıdan başqa birisini dəstəkləyəcəyinə işarə edib.
Diqqəti çəkən məqamlardan biri də odur ki, başqanlıq uğrunda daxili savaş açan qruplaşmalar, hətta “Müsavat”a düşmən dairələrdə belə dayaqlar axtarmağa çalışırlar. Siyasi müşahidəçilər bu günlərdə partiyadaxili qruplaşmaların təzyiqləri ilə üzləşən Arif Hacılının AXCP-yə rəğbət ifadə etməsini, gözlənilmədən “cəbhəçilər”ə “dost əli” uzatmasını məhz bu nöqteyi-nəzərdən dəyərləndirirlər. Bildirilir ki, çiyindaşlarını öz qarşısında rəqib görən A.Hacılı “Müsavat”da itirdiklərinin, ələlxüsus da, qurultayqabağı dönəmdə reytinqinin aşağı düşməsinin əvəzini rəqib partiyanın-AXCP-nin mətbuatında təbliğ olunmaqla kompensasiya etmək istəyir.
Necə deyərlər, siz dalaşa, biz tamaşa. AXCP-də “Müsavat” daxilində partiyanı parçalayacaq həddədək gərginləşən belə bir vəziyyətin yaranmasını çoxdan arzulayırdılar. Buna görə də “cəbhəçilər” “göydəndüşmə fürsəti” dəyərləndirmək və əzəli rəqiblərinə daha bir zərbə endirib onları zəif salmaq üçün hər şeyi etməyə hazır görünürlər. Təsadüfi deyil ki, A.Hacılının AXCP-yə yönəlik “yalvarışlarına” rəğmən, “cəbhəçilər” “Müsavat”daxili qruplaşmaların mübarizəsində katalizator rolunda çıxış edərək yanan odun üstünə yağ tökürlər. AXCP-nin nəzarətində olan mətbuat orqanlarında “Müsavat”daxili qruplaşmaların çəkişmələrinin təfərrüatlarına çox səxavətlə yer ayrılmasını təsadüf saymaq mümkündürmü? AXCP mətbuatında A.Hacılıya qarşı az qala “Səlib yürüşü” aparan T.Abbaslının “qəhrəman” kimi təqdim olunmasının motivlərini necə gizlətmək mümkündür? Heç cür! Bunlar AXCP-nin “Müsavat”a qarşı apardığı “Parçala, hökm sür!” siyasətinin tərkib hissələridir. AXCP qarşısında marginallaşmış, başı daxili çəkişmələrə qarışan, onun dediklərindən çıxmayan zəif “Müsavat” görmək istəyir.

 
  • Oxunub:  24390  |  
  • Tarix:  15-03-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA