Ana səhifə »  Müəlliflər »  Əli Kərimli dublyoru “Milli şura”nı ləğv etməklə hədələyir
A+   Yenilə  A-
Əli Kərimli dublyoru “Milli şura”nı ləğv etməklə hədələyir
Yazdı: Pərviz Sadayoğlu

AXCP sədri nəzarətindəki KİV-lərə Cəmil Həsənov qadağası qoyub
Sonuncu prezident seçkilərində uğradıqları fiaskonun ardından radikal düşərgə partiyalarında olduqca gərgin vəziyyət hökm sürür. Bu da səbəbsiz deyil. Məlum olduğu kimi, Azərbaycan xalqının və dövlətinin maraqlarını xarici antimilli dairələrə satan, anti-azərbaycançı qüvvələrin hazırladıqları “Milli şura” layihəsində yer alan radikal düşərgə təmsilçilərinin sonradan bu qondarma qurumdan ayrılması ilə satqınlar klubu birmənalı şəkildə AXCP-nin təsir dairəsinə keçdi. Son dövrlərdə isə bu qurumun məhz AXCP sədri Əli Kərimlinin iradəsi ilə idarə olunması yeni qarşıdurmaya yol açıb. Belə ki, qondarma qurumun sədri Cəmil Həsənov ilə AXCP təmsilçiləri arasında açıq narazılıqlar yaranıb.
Bu narazılığın yaranmasının əsas səbəbi isə C.Həsənovun “Milli şura”nın iclasının Müsavat Partiyasının qərargahında keçirilməsi ilə bağlı təkliflə çıxış etməsi olub. C.Həsənov problemin “Müsavat” ilə AXCP arasında olduğunu əsas gətirərək rəhbərlik etdiyi “Milli şura”nın bu qarşıdurmadan kənarda olduğunu bildirib. Müsavat Partiyası ilə qanlı-bıçaq düşmən olan AXCP sədri isə C.Həsənovu satqınlıqda ittiham edib və onun “Milli şura”dakı sədrliyinin formal xarakter daşıdığını söyləyib. Bildirilir ki, hətta Ə.Kərimli C.Həsənovu təhdid edib ki, əgər AXCP də qurumdan çıxsa faktiki olaraq orada heç kim qalmayacaq. Qeyd edək ki, son dövrlərdə AXCP-yə yaxın mətbu orqanlarda C.Həsənovla bağlı informasiyaların verilməməsi, hətta “Milli şura” ilə bağlı məsələlərdə onun münasibətinin öyrənilməməsi məhz bu qarşıdurma ilə əlaqədardır.
Göründüyü kimi, Ə.Kərimli-C.Həsənov “müttəfiqliyi” də artıq son günlərini yaşamaqdadır. Bunun əsas səbəbi isə istər adıçəkilən, istərsə də radikal düşərgənin digər “birliklərinin” qeyri-səmimi şəkildə formalaşmasıdır. Vaxtilə AXCP-dən qovduğu C.Həsənovu öz maraqlarının təminatı üçün “Milli şura”ya sədr təyin etdirən Ə.Kərimli bu addımı məhz sonrakı mərhələdə qondarma qurumda əsas söz sahibinə çevirilmək üçün atmışdı. Bu gün müşahidə olunan proseslər isə Ə.Kərimlinin seçkidən sonrakı dövrdə qurduğu planlara əsaslanır.
Ümumiyyətlə, Ə.Kərimli hər zaman öz ətrafında olan şəxslərdən şəxsi məqsədləri üçün istifadə edib. Zaman-zaman “təmizlənməyə” məruz qalan AXCP-dən qovulan və ya üz döndərərək çıxan şəxslər Ə.Kərimlinin avtoritar partiya idarəçiliyindən, şəxsi maraqlarının təminatı üçün bütün yollara müraciət etməsindən narazı olublar. Hətta sonuncu prezident seçkilərindən sonra AXCP-dən istefa verən şəxslər də Ə.Kərimlinin partiyanı şəxsi maraqları əsasında idarə etməsinə etiraz etmişdilər. Belə ki, bir müddət öncəyə qədər partiya funksionerlərinin yaratdıqları xəyanətlə məşğul olan QHT-lərin vasitəsilə AXCP-yə pul ötürən xarici dairələr partiyanın yeni siyasi yönümündən narazılıqlarını ifadə etmişdilər. Partiyadan ayrılan funksionerlər də öz narazılıqlarını bildirməklə yanaşı, Ə.Kərimlinin onları məhz, özünə sərf edən, əmrlərinə tabe olan şəxslərlə əvəz etmək perspektivini təkzib etmirlər. Ə.Kərimli həmin qərbmeyilli təşkilatlardan qidalanan şəxsləri sıradan çıxarmaqla özünü sığortalamağa çalışmışdı.
İndi isə C.Həsənovu “Milli şura”nın tərkibindəki fəaliyyətini dayandırmaqla təhdid edən Ə.Kərimli bu vasitə ilə xarici anti-azərbaycançı dairələrin qondarma quruma verdiyi ianələri tam şəkildə nəzarətə keçirmək niyyətindədir. Bu isə istər AXCP-nin, istərsə də “Milli şura”nın “son çırpıntılarıdır”. Əslində, onların bu cür pulpərəst maraqların əsirinə çevrilməsi də təəccübləndlirici hal deyil. Axı, xalqımız Əli Kərimlinin də təmsil olunduğu iqtidarın 1992-93-cü illərdə bu xalqın, dövlətin başına nələr gətirdiyini görüb. Xalqımız onların hansı xislətə, hansı niyyətə qulluq göstərdiklərinin bir dəfə şahidi olub.
Bəli, Əli Kərimlinin əli hər şeydən çıxıb. Artıq dünənə qədər qoltuğuna sığınaraq öz siyasi yaşamını uzatmağa çalışdığı və “dayı” dediyi C.Həsənovu yenidən “zərərsizləşdirməyə” ehtiyac duyur. Onun bu niyyətinin də digərləri kimi yalnız öz şəxsi mənfəətinə yönəldiyi bəllidir.

 
  • Oxunub:  24720  |  
  • Tarix:  15-03-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir

25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb
24 Fevral 20:00
YAP könüllülərinin topladığı kitabların "Kitablarımızı paylaşaq, dilimizi yaşadaq" layihəsi çərçivəsində Gürcüstanda paylanılmasına başlanılıb
24 Fevral 17:49
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
24 Fevral 17:47
“France2” kanalında “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin 2-ci hissəsi yayımlanıb
24 Fevral 17:36
Küveytdə Xocalı qurbanlarının xatirəsi yad edilib
24 Fevral 17:15
Xocalıda dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib
24 Fevral 16:56
Ədəbiyyat Muzeyində elmi sessiya: Dünyanın tanıdığı faciə - Xocalı soyqırımı
24 Fevral 16:49
Qara şəhəri tarixə çevirən Ağ şəhər
24 Fevral 16:42
Dünyaya çağırış: Soyqırımılarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir
24 Fevral 16:25
Xocalı qurbanlarının xatirəsi Daşkənddə də anılıb
24 Fevral 16:09
“AzerGold” ötən ilin nəticələrini və 2020-ci il üçün hədəflərini açıqlayıb
24 Fevral 15:35
Vüqar Rəhimzadə: Azərbaycan-İtaliya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
24 Fevral 15:25
Sevinc Fətəliyeva: Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq davamlı şəkildə yüksələn xətlə inkişaf edir
24 Fevral 15:19
Maliyyə Nazirliyi və Asiya İnkişaf Bankı ortamüddətli xərclər çərçivəsinin tətbiqinə dair seminar keçirib
24 Fevral 15:04
BSU-nun tələbələri pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi qaydaları haqqında məlumatlandırılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7