Ana səhifə »  Müəlliflər »  Səni sevəcəyəm, sən sevməsən də...
A+   Yenilə  A-
Səni sevəcəyəm, sən sevməsən də...
Yazdı: Mübariz Abdullayev

Və ya, başqanlıq iddiaları sərgiləyən Arif Hacılı “Müsavat”daxili qruplaşmaların təzyiqlərindən yayınmaq üçün AXCP düşərgəsində dayaqlar axtarır
Azərbaycanda məşhur bir kəlam var: Erməniyə də dayı demək. Bu deyimin açması odur ki, bəziləri işlərinin, necə deyərlər, “xod getməsi” naminə abır-həya gözləmir, ona-buna yarınır, hətta “dərə xəlvət, tülkü bəy” deyib xislətlərinə bələd olduğumuz ermənilərlə də işbirliyində bulunmaqdan çəkinmirlər.
Məşhur kəlamı təsadüfən xatırlamadıq. Belə ki, Müsavat Partiyasında başqan olmaq iddiaları sərgiləyən mərkəzi icra aparatının rəhbəri Arif Hacılı bu günlərdə AXCP-yə jest edərək qarşı tərəfə “dost əli” uzadıb. Daha dəqiq desək, A.Hacılı AXCP-nin də qərargahı yerləşən binanın məlum səbəblərdən sökülməsindən üzüldüyünü iddia edib. “Cəbhəçilər”in “dərd-qəmini” öz dərd-qəmi saydığını bildirən “Müsavat” funksioneri sosial şəbəkələrdə paylaşdığı AXCP-ni müdafiə statusunda elə belə də ərz edib: “Müsavat Partiyasına, onun rəhbərliyinə, şəxsən mənə qarşı tutduqları mövqedən asılı olmayaraq AXCP-ni bu çətin günlərində tək qoymamalıyıq qənaətindəyəm”.
AXCP ilə “Müsavat”, o cümlədən də, “cəbhəçilər”lə Arif Hacılı arasındakı münasibətlərin hansı səviyyədə olmasını nəzərə almasaydıq, sonuncunun paylaşdığı status da heç nə ilə diqqəti cəlb etməzdi. Ancaq məsələ burasındadır ki, son vaxtlarda sözügedən iki partiyanın münasibətləri düşmənçilik səviyyəsinədək gərginləşib və bu düşmənçilik münasibətlərindən qırmızı xətlə keçən AXCP funksionerləri ilə Arif Hacılı arasındakı çəkişmələr daha artıq dərəcədə fərqlənir. Tərəflər bir-birlərinə ünvanladıqları ittihamlarda, demək olar ki, heç bir etik çərçivəyə məhəl qoymurlar, onların bütün məsələlərdə sözləri çəp gəlir. Buna ən son misal kimi “cəbhəçi” funksionerlərlə A.Hacılı arasında yaşanan “debat-dueli” yada salmaq kifayətdir. Xatırladaq ki, sözügedən məsələ ilə əlaqədar A.Hacılı AXCP-nin sədr müavini Fuad Qəhrəmanlını “4 cümlədə 5 yalan söyləməkdə” ittiham etdi. Sonuncu isə “Müsavat” funksionerinin yazdıqlarına “yalanla məni yalançı çıxarmaq cəhdlərinə təəccüblənmədim” şəklində münasibət bildirdi.
Bəs nədən A.Hacılı funksionerlərinin əllərindən zəncir çeynədiyi AXCP-yə dəstək ifadə edib? “Müsavat” təmsilçisinin onu mütəmadi olaraq qınaqlara hədəf seçən AXCP-yə yönəlik “səni sevəcəyəm, sən sevməsən də” münasibəti sərgiləməsinin motivləri nə ilə bağlıdır? Əksər siyasi müşahidəçilərin də bildirdikləri kimi, başqan olmaq təşnəsi ilə yaşayan A.Hacılı ona qarşı saman altından su yeridən “Müsavat”daxili qruplaşmaların təzyiqlərini müəyyən qədər yumşaltmaq naminə özünə dayaqlar axtarmaq məcburiyyətində qalıb, hətta bu dayaqlar rəqib AXCP düşərgəsində olsa belə.
Siyasi müşahidəçilərin bu qənaəti reallıqdan qaynaqlanır. Məlumdur ki, illərdir az qala başqan İsa Qəmbəri zorla itələyib yerində oturmaq istəyən, başqanlıq marafonunda özünə rəqib tanımayan A.Hacılı indi qarşısında bir neçə “Müsavat” yetkilisini görüb. Belə ki, partiya divanının üzvləri Qubad İbadoğlu, Tural Abbaslı, başqanın müşaviri Səxavət Əlisoy və digərləri başqan olmaq uğurunda mübarizə aparacaqlarını dilə gətiriblər. Hələ bu azmış kimi, “Müsavat”dakı daxili qruplaşmalar A.Hacılının mövqelərini, proseslərin gedişinə təsir imkanlarını azaltmaq üçün hərəkətə də keçiblər. Başqanın müşaviri S.Əlisoy mərkəzi icra aparatının rəhbərinin səlahiyyətlərindən sui-istifadə edərək özünü əlahiddə bir namizəd kimi təbliğ etdirməsinə qarşı çıxıb. Partiya yetkilisi Mehman Cavadoğlu başqanın qurultayda deyil, məclisdə seçilməsi təklifi ilə gündəmə gəlib ki, bu da partiyanın rayon təşkilatlarında tərəfdarlarının sayını artırmağa nail olan A.Hacılının bostanına atılan daş kimi dəyərləndirilir. A.Hacılı bu günlərdə daha bir zərbəni “Müsavat”çı gənclərdən alıb. Partiyadakı mənbələrin sızdırdıqları məlumatlara görə, digər bir iddialı “Müsavat” yetkilisi T.Abbaslı gənclərin İsa Qəmbərlə görüşünü təşkil etməyə nail olub. Mənbə bildirir ki, həmin görüşdə gənclər İ.Qəmbəri A.Hacılını dəstəkləməkdən çəkindirməyə nail olublar. Gənclərin təzyiqləri ilə üzləşən başqan seçiminin A.Hacılıdan özgə birinin ola biləcəyinə işarələr edib.
Beləliklə, partiyadaşlarından dönüklük görən və ciddi xəyal qırıqlığı yaşayan A.Hacılı yolayırıcında qalıb, bilmir ki, necə etsə, hansı tərəfə addım atsa, daha xeyirli olar. Buna görə də manevrlər edir, hər kəsin zəif damarını tutmağa çalışır, hətta “düşmən tərəfə” də təbəssüm nümayiş etdirməkdən çəkinmir. Ancaq çətin ki, A.Hacılı bu kimi məntiqsiz cəhdlərlə partiyadaxili qruplaşmaların ona yönələn təzyiqlərindən yaxa qurtara bilsin. Onun bu kimi cəhdləri ən yaxşı halda suda batanın saman çöpündən yapışmasına bənzəyir...

 
  • Oxunub:  25710  |  
  • Tarix:  14-03-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA