Ana səhifə »  Müəlliflər »  Radikallar yeni “birlik” sevdasına düşüblər
A+   Yenilə  A-
Radikallar yeni “birlik” sevdasına düşüblər
Yazdı: Mübariz Abdullayev

Araz Əlizadə: “Düşüncə mərkəzi”ndə düşünmə qabiliyyəti olmayan şəxslər toplaşacaq
Radikal müxalifət düşərgəsinin təmsilçilərinin aludə olduqları bir sıra hobbiləri sadalamaq mümkündür: Yeri gəldi-gəlmədi “bəyanatlar” səsləndirmək, təsir dairələrində olan mətbuat orqanlarında bir-birilərini ağ yuyub, qara sərmək, bu günlərdə Krım səfərinə çıxan Arif Hacılı və Gülağa Aslanlı sayağı özlərinə umac ova bilmədikləri halda, başqalarına əriştə doğramağa cəhd etmək və s. Radikalların hobbiləri içərisində yeni təşkilatlar yaratmaları da xüsusi yer tutur. Məşədi İbadın sözü olmasın, onlar bir növ adətkar olublar-elə ki, müəyyən bir vaxt ötdü, daha dayana bilmirlər, yeni bir qondarma təşkilatın anonsunu verirlər. Özü də kasıb itinin adını Gümüş qoyan kimi, bunlar da bəh-bəhlə bəyan etdikləri yeni təşkilatlarına, necə deyərlər, xoruz səsi eşitməmiş adlar seçməyə çalışırlar. Guya ki, ad mahiyyəti dəyişəcək və onların yeni qondarma təşkilatlarına kimlərdəsə maraq oyadacaq.
SİDSUH, DUH, “YES”, “Ziyalılar forumu”, “İctimai palata”, “Milli şura”, çoxsaylı məşvərət məclisləri, bloklar, konqreslər... Bütün bunlar radikalların təkcə son vaxtlarda yaratdıqları, lakin çox az vaxtdan sonra yerlərini zamanın toz basmış arxivində tapan qondarma təşkilatların tam olmayan siyahısıdır. Radikalların açıqlamalarından belə məlum olur ki, yaxın vaxtlarda yuxarıda sadaladığımız adı var, özü yox qurumların sırasına daha birisi əlavə olunacaq. Söhbət radikal düşərgə təmsilçilərinin bu günlərdə anonsunu verdikləri hansısa “Düşüncə mərkəzi”ndən gedir.
Bəli, qondarma “İctimai palata”nın və “Milli şura”nın fiaskosunun ardından radikal müxalifət düşərgəsində yeni bir oyuncaq qurumun yaradılması ideyası səslənməkdədir. Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, “Düşüncə mərkəzi”nin yaradılması ilə bağlı ilkin müzakirələr aparılmaqdadır və yaxın vaxtlarda nəticə əldə olunacaq”. Lakin radikalların qabağa verdikləri P.Hüseyn yenə də özüsayağı qəliz danışıb: “Mərkəzə hazırda yeni təşkilat kimi baxılması doğru olmazdı. Bu, daha çox təşkilat olmayan bir təsisat olacaq... “Düşüncə mərkəzi”nin necə fəaliyyət göstərəcəyini isə zaman göstərəcək”(?!)
Görəsən, Xalq Partiyasının sədri yeni yaradılan quruma niyə belə qəliz bir açıqlama ilə “xeyir-dua” verib? Sualın cavabı birmənalıdır: Radikallar yenə də sərgüzəştlərə aludə olublar və yaratmaq istədikləri oyuncaq qurumun mahiyyətini heç özləri də əməlli-başlı anlamırlar.
Təsadüfi deyil ki, radikalların “İctimai palata”nın və “Milli şura”nın fiaskosundan dərhal sonra yeni qurum yaratmaq sevdasına düşmələri cəmiyyətdə qınaq və rişxənd obyektinə çevrilib. Radikalların tez-tez ünvan dəyişmələrini, hansısa gözləntilərə görə gah bu, gah da digər bir qondarma qurumun damı altına toplaşmalarını qeyri-ciddilik kimi dəyərləndirən siyasi müşahidəçilər anonsu verilən “Düşüncə mərkəzi”nin perspektivi ilə bağlı pessimist proqnozlar ifadə edirlər. Bildirilir ki, eyni simaların müxtəlif təşkilatlarda təmsil olunmaları mahiyyət baxımından heç nəyi dəyişmir. Azadlıq Partiyasının sədri Əhməd Oruc radikalların yeni “birlik” təşkilatından heç nə gözləmədiyini dilə gətirib: “Enerjisini daxili dartışmalara sərf edən təşkilatlar heç vaxt uğur qazanmayıblar. Bu dəfə də fərqli vəziyyət müşahidə olunmayacaq. Ümumiyyətlə, indiki mərhələdə belə fəaliyyət mənə aydın olmadı. Çünki hazırda prezident seçkisi dövrü deyil. Əsas vaxtda nəyəsə nail olmayanların bundan sonra ciddi iş ortaya qoyacaqları şübhə doğurur”.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə isə radikalların yeni qondarma qurum yaratmaq təşəbbüslərinə münasibətini “Düşüncə mərkəzi”ndə düşünmə qabiliyyəti olmayan şəxslər toplaşacaq” sözləri ilə ifadə edib.
Bu deyilənlərdən də göründüyü kimi, radikallar zaman-zaman Azərbaycanın milli maraqlarına xələl gətirən əməllər sərgilədiklərindən cəmiyyətdə onlara münasibətdə inam limiti tamam tükənib. Normal məntiqlə yanaşdıqda “İctimai palata”nın, “Milli şura”nın acınacaqlı taleyi radikallar üçün dərs olmalı idi. Onlar birdəfəlik dərk etməli idilər ki, cəmiyyətin sosial-siyasi sifarişi olaraq meydana çıxmayan qurumlar ayaq tutub yeriyə bilməzlər. Lakin baş verənlərin səbəb-nəticə əlaqələrini dərk etmək, nəticə çıxarmaq, qısası, düşünmək dağıdıcı düşərgə təmsilçilərinin “xörəyi” deyil. Radikalların “Milli şura” xəcalətindən ibrət götürməyərək “yeni qurum yaradırıq” demələrinin və ona “Düşüncə mərkəzi” adı vermələrinin bircə adı var: Düşüncəsizlik!

 
  • Oxunub:  25200  |  
  • Tarix:  13-03-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA