Ana səhifə »  Müəlliflər »  İsa Qəmbərin “fatihəsi” oxunan İP-i...
A+   Yenilə  A-
İsa Qəmbərin “fatihəsi” oxunan İP-i...
Yazdı: Pərviz Sadayoğlu

İP-dən sallananların ipi elə yaranan gündən üzülmüşdü. Sadəcə, şəxsi maraqları imkan vermirdi ki, bu üzülmüş İP-i dartıb qopartsınlar. Bir neçə gün öncə isə əli-ayağı İP-dən üzülənlər gurum-guppultu ilə gəldilər yerə...
Bu İP adlanan nəsnə ki vardı, onun hələ bu vaxta kimi yaşadılmasının arxasında bir sıra məqamlar dururdu. Orada əvvəl-əvvəl hər ip ilgəyinə bir neçə nəfər keçirilmişdi ki, sonradan İsa Qəmbər onları ilgəkqarışıq İP-dən didərgin salmışdı. İP-i özünə məskən eləyənlər isə gözləyirdilər ki, bu pəstəhanın iç üzü nə vaxt açılacaq. Yəni, nə vaxt anlaşılacaq ki, bu İP-də İsa Qəmbər Əli Kərimliyə pərçim olunub, yoxsa, Əli Kərimli İsa Qəmbərin ipinə şərik çıxıb. Çünki İP-dən başıaşağı sallanmaq üçün verilən pulların kimin xidməti olması anlaşılmadıqca hələ çox pəstəhalar çıxmışdı. Axırda, Ə.Kərimlinin yeni “şou-şuraya” başlaması İP-in İsa Qəmbərin sərəcamına keçməsinə şərait yaratdı.
Bir vaxtlar İP haqqında balladalar qoşanlar sonradan həmin “birlikdən” elə çıxdılar ki... Hərə bir şeyi bəhanə edib tüpürdü dabanına... Guya bu gün dediklərini və ya gördüklərini bir-iki il öncə görməmişdilərmi? Və ya indimi duydular İP-in perspektivsizliyini? Yoxsa, indimi başa düşüblər ki, radikal düşərgə nəinki hakimiyyətə gəlmək gücündə, hətta ətrafındakı 3-5 nəfərə söz keçirmək iqtidarında da deyil.
Maraqlı bilirsinizmi nədir? Bu gün İP-in ucunun qaranlıqlarda qərq olduğunu deyən və bu qurumu “ləğv etməkdən başqa çarə yoxdur” deyərək “fatihəsini” verənlər bir müddət öncə ağzı köpüklənə-köpüklənə qəzetlərdə “İP-in ağaca necə bərk bağlandığı” haqda nağıllar danışırdılar. Görəsən, hansı pişik bunların demokratik ənənələrinin “resqi” pozulmasına şərait yaradan asqırağın təqdimatını keçirdi ki, İP-i dartıb dibindən qopartdılar?
Əslində, bu İP deyilən zadda heç kim birləşməmişdi. Sadəcə hərə gəlib “maaşı” alıb altına bir stul çəkib otururdu. Hər qəzet də 3-4 şəkil çəkib yazı yazırdı. Bu da “möhtəşəm, yenilməz, “pavorota girməz”, yolundan dönməz İP” nağılları idi. Sem (q)ağaları da nağılın sonunda okeanın o tayından üç almanı atırdı bunların üstünə... Vəssalam...
Dərdi özündən böyük düşərgənin nümayəndələri alma bölgüsündən ağzıyanıq çıxan kimi başlayırdılar müzakirəyə- “mitinq eləyək-eləməyək”. Və ya “vahid namizəd” kim olacaq? Mövzu olmayanda yarpaq dolmasının içinə doldurulan ətin xarakteristikası haqqında da mülahizələr irəli sürülürdü. Nə etsinlər, son vaxtlarda alma da qurtarmışdı, nəsə etmək lazım idi, ya yox?
...Elə bu cür mənasız oyunların içində də özləri özlərini “yaradırlar”, sonradan “xətm” edirlər. Semin pulları ilə bu illər ərzində neçə min dəfə dost, sonra düşmən olmayıblar ki? Puldan ötrü kimlərlə bir palatada yatmadılar, bir ipdən asılmadılar? İP də üzüldü. Bu gün düşərgənin ənənəvi fəaliyyətinin paslı halqası olan əldəqayırma İP-in ən uğursuz variant olduğunu dilə gətirə-gətirə arxaya baxmadan gedirlər. Sadəcə, bu da bir iş, alma qazanma metodu idi. Yaratdılar, biri girdi, biri çıxdı, palatanın qapısı açıq qaldı və... Sonda anladılar ki, sıfırı neçə yerə bölsən elə sıfır eləyir, yorulub oturdular... İsa Qəmbər baxdı ki, masa arxasında bir özüdür, bir də İP-i.
İllərdir düşərgə təmsilçilərinin bu maraqsız və məntiqsiz oyunları bitmir. Amma oyunlar hərdən fərqli istiqamətlərə sapsa da arxasındakı məqsəd dəyişməzdir-pul, pul, yenə də pul.
Onlara azad şəkildə siyasətlə məşğul olmaq üçün bütün şərait yaradılıb. Lakin sivil mübarizədən xəbəri olmayanlar indiyə qədər keçirilən seçkilərdə hətta minimum səs baryerini aşa bilməyiblər. Özləri də bilirlər ki, üzülmüş İP xalqdan başqa hər kəsin maraqlarına xidmət göstərmişdi. Sifarişi kim verirdisə, İP onun havasına oynayırdı. İllərdir Azərbaycan siyasətində heç bir uğuru ilə yadda qalmayan, öz siyasi karyerasını yalnız şəxsi maraqlarını təmin etməyə, xaricdən pul alıb ölkədə qarşıdurma yaratmağa cəhd göstərməyə sərf edən, öz kiçik dairələrində adlarını “siyasi lider” qoyan, amma “liderliyi” yalnız kabineti ilə məhdudlaşan İsa Qəmbər, Əli Kərimli kimi şəxslər heç olmasa düşdükləri durumu ən azı özləri üçün araşdırırlarmı?
Son bir neçə gündə özləri özlərini ittiham edir, özləri cavab qaytarır, özləri bəyanat verir, özləri küsür, özləri inciyirlər. Özləri dağılır, özləri dağıdırlar. Əslində, dağıldıqca və dağıtdıqca baxırlar ki, hər şey əvvəlki kimi idi. Bu isə xırda bir məntiqi ortaya çıxarır. Deməli, əvvəldən orada heç nə yox imiş ki, dağılandan sonra da yerində bir şey qalmayıb...

 
  • Oxunub:  24510  |  
  • Tarix:  08-03-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

01 Aprel 15:36
YAP-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşlılara və tənhalara sosial xidmət aksiyası davam edir
01 Aprel 15:29
Sevinc Fətəliyeva: Beynəlxalq birlik işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri birmənalı şəkildə qəbul etmir
01 Aprel 15:22
Əli Əhmədov: Dağlıq Qarabağ separatçılarının növbəti “seçkiləri” böyük rüsvayçılıqla başa çatdı
01 Aprel 15:02
Neftçalada koronavirus pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir
01 Aprel 14:59
Tahir Mirkişili: Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş proqramlardır
01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
31 Mart 12:10
Soyqırımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərilib
31 Mart 12:04
Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mart 12:02
Müdafiə Nazirliyi: Ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır
31 Mart 11:54
Millət vəkili: “Ölkəmiz və vətəndaşlarımız koronavirusla bağlı real təhlükə mərhələsinə qədəm qoyub”
31 Mart 11:51
Xaçmazda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrılıb
31 Mart 11:42
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31 Mart 11:05
Xarici İşlər Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
31 Mart 10:25
Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30 Mart 21:39
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
30 Mart 18:22
Milli Məclisin növbəti plenar iclası keçirilib
30 Mart 18:18
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq
30 Mart 17:45
Səbail rayonunda dezinfeksiya işləri davam etdirilir
30 Mart 17:40
Türkiyədə Osmanlı dönəmində təməli qoyulan avtomobil yolu layihəsi başa çatır
30 Mart 17:32
Türkiyədə Ümrə ziyarətindən qayıdan zəvvarların karantin müddəti uzadılıb
30 Mart 17:30
Bakı Konqres Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
30 Mart 15:21
“Milli Məclis deputatının statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib
30 Mart 14:31
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
30 Mart 13:25
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha vətəndaşların zəruri ehtiyacları qarşılanır
30 Mart 12:11
Deputat: “Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir”
30 Mart 11:58
Deputat: “Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
30 Mart 11:52
Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb
30 Mart 11:48
Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq
30 Mart 11:46
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA