Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin “ad şou”su özünüifşanı rəsmiləşdirir
A+   Yenilə  A-
Radikal müxalifətin “ad şou”su özünüifşanı rəsmiləşdirir
Yazdı: Pərviz Sadayoğlu

İsa Qəmbərin “İP”i üzülür, Əli Kərimli isə “Milli şura”nın kölgəsinə qısılır
Ötən ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra radikal müxalifət düşərgəsi daxilində baş verənlər bu kəsimə daxil olan partiya və təşkilatların “əsl simalarını” növbəti dəfə cəmiyyətə nümayiş etdirdi. Seçkidən sonra şəxsi maraqlar klubuna çevrilən, mənşəyi bəlli olmayan “Milli şura”da önə çıxmaq (bugünkü kontekstdən baxanda, tək qalmaq-P.S) arzusu ilə min bir fırıldağa əl atan radikal müxalifət təmsilçiləri qısa zaman kəsiyində yenidən öz köhnə ampulalarına qayıtdılar. Əslində, burada təəccüblü bir şey yoxdur. Çünki bu düşərgənin sakinləri hər zaman öz şəxsi mənafelərini düşünürlər. Elə seçkisonrası proses də bir daha analoji xarakterin düşərgədə ənənə halını aldığını təsdiqlədi.
Bu gün düşərgədə özünü “ana müxalifət” və ya “əsas müxalifət” hesab edən partiyaların düşdükləri vəziyyət isə ironikdir. Bunun bir sıra səbəbləri var. Məsələn, seçkidən sonra “Milli şura” ilə yollarını ayıran Müsavat Partiyasında partiyadaxili vəziyyət qarışıqdır. Qruplararası savaş meydanına çevrilən bu partiya artıq indidən may ayındakı parçalanma haqqında düşünür...
Digər tərəfdən, bir ildən artıq idi ki, dağılan “İctimai palata”nın da “fatihəsi” oxundu. Martın 4-də “Müsavat” sədri İsa Qəmbər özünə yaxın bildiyi 3-5 insanı ətrafına toplayaraq “üzülmüş” “İP”-i “dibindən qopardı”. Hələ yaydıqları informasiyalarda göstərirlər ki, İ.Qəmbər guya “İP”-in dönəm sədri imiş. Tutaq ki, onun dönəmi bitdikdən sonra bu sədrlik kimə veriləcəkdi? Axı, Əli Kərimli heç sayıb “İP”-ə təşrif belə gətirməmişdi.
Əslində, ortada olan bir fakt var, özünü “İP” sayan Müsavat Partiyası “ikinci adından” imtina etdi. Axı, görürlər ki, cəmiyyət onlara ironik yanaşır. Məsələn, hansısa bir məsələyə guya “İP” də münasibət bildirir, Müsavat Partiyası da. Axı, ikisi də eyni şey idi.
Analoji hal “Milli şura” ilə AXCP-də də baş verir. “Milli şura”nın tərkibində yalnız AXCP qaldığı üçün, bu partiyaya toplaşan insanların “sədri” gah Əli Kərimli, gah da Cəmil Həsənov olur. Gülməli bir vəziyyət yaranıb. Bəzən, gurultulu çıxsın deyə Ə.Kərimli “Milli şura” kartını işə salır, onun adından bəyanatlar verir. Amma özünün şəxsi marağı olan yerlərdə isə “Milli şura” qalır ikinci planda və AXCP adı önə keçirilir.
Bu “siyasi texnologiya” ilə özünün və partiyasının siyasi ömrünü uzatmağa, daha doğrusu, xarici anti-azərbaycançı dairələrdən pul qopartmağa çalışan Əli Kərimli düşünmürmü ki, bu gülünc vəziyyət onları qınaq obyektinə çevirir? Qondarma “Milli şura” adını özünün reklam lövhəsinə çevirən, bu antimilli qurumdan öz təbliğatı üçün istifadə etməyə çalışan AXCP sədrinin bir məqsədi var: vaxtilə radikal müxalifətə pul ötürən dairələrin diqqətini cəlb etmək. Nəzərə almaq lazımdır ki, sonuncu prezident seçkilərindən sonra adıçəkilən anti-azərbaycançı dairələrin ənənəvi müxalifət düşərgəsinə münasibəti dəyişib və artıq radikal müxalifət partiyalarının uğursuzluqlarına göz yumulmur, o cümlədən, istər Əli Kərimlinin, istərsə də İsa Qəmbərin hansısa bir uğura imza atacağı inandırıcı görünmür. Məhz bu nöqteyi-nəzərdən Ə.Kərimli “Milli şura”nın timsalında AXCP-nin “klonunu” yaradıb. Guya, hansısa “arzusunu” bəyanat adı altında “Milli şura”nın adı ilə yayanda, daha “ciddi” qəbul olunacaq...
20 illik düşərgədaxili çırpıntılarının növbəti mərhələsini yaşayan radikallar bu cür ucuz fəndlərlə, əslində, hansı əməllərlə məşğul olduqlarını, kimliklərini cəmiyyətə bir daha açıq şəkildə göstərirlər. Yəni, bu addımlar bir daha göstərir ki, düşərgə təmsilçiləri üçün əsas məsələ özlərini satmaq üçün hansısa bir maddi mənbə tapmaqdır və özlərini həmin mənbəyə hansısa ad altında sırımaqdır. Bəlli olur ki, onların guya “siyasətlə” məşğul olmaları da görüntüdür. Bu görüntünün arxasında öz çirkin niyyətləri ilə məşğul olan dağıdıcı düşərgə üzvləri maliyyə məsələsində işləri çətinə düşən kimi bu cür mənasız və ucuz oyunların iştirakçısına çevrilirlər. Əlbəttə ki, ötən illər ərzində bu cür “addəyişmələr” zaman-zaman aktual olub və radikallar, xarici anti-azərbaycançı dairələrdən pul qopartdıqdan sonra yenidən öz licimlərinə dönüblər. Bu isə bir daha göstərir ki, radikal müxalifət partiyalarının fəaliyyəti yalnız düşərgədaxili mübarizədə birinci olmağa hədəflənib. Artıq, öz yalanlarını pafoslarının arxasında gizlədə bilməyən düşərgə təmsilçiləri özləri də etiraf edirlər ki, cəmiyyət onları qəbul etmir.

 
  • Oxunub:  23190  |  
  • Tarix:  06-03-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA