Ana səhifə »  Müəlliflər »  Müsavatdaxili mübarizədə yeni mərhələ - İsa Qəmbər Arif Hacılıya müharibə elan edir
A+   Yenilə  A-
Müsavatdaxili mübarizədə yeni mərhələ - İsa Qəmbər Arif Hacılıya müharibə elan edir
Yazdı: Pərviz Sadayoğlu

Hazırki sədr potensial rəqibinə qarşı bütün partiyadaxili qruplaşmaları səfərbər edib
Müsavat Partiyasının dəfələrlə “təxirə” salınan qurultayının may ayında baş tutma ehtimalının gündəmə gəlməsi partiya sədri İsa Qəmbərin postuna göz dikmiş və illərdir ki, bu arzu ilə yaşayan funksionerlərin yenidən partiyadaxili qruplaşmalara bölünərək savaşa başlamasına səbəb olub. Qurultayla bağlı vaxtın açıqlanması “Müsavat” nümayəndələrini bir neçə cəbhəyə bölüb. Bəziləri bu məsələdə gözləmə mövqeyi seçərək hələlik proseslərə münasibət bildirməsələr də, qurultayın keçirilməsində maraqlı olan bir sıra funksionerlər açıq şəkildə İsa Qəmbərin rəhbərlikdən getməyinin labüdlüyünü ortaya qoyurlar.
Təbii ki, radikal düşərgənin əksər nümayəndələri İ.Qəmbərin “Müsavat” rəhbərliyindən gedişi ilə partiyadan istefaların olacağını və sədr postuna iddialı olan şəxslərin lokal mübarizəsi nəticəsində bu təşkilatın da radikal düşərgənin cırtdan partiyalarına bölünəcəyini istisna etmirlər. Bununla belə, prosesin gedişi göstərir ki, İ.Qəmbərin öz postunda qalması perspektivi olduqca aşağıdır. Çünki hələ qurultayın keçirilməsinə bir neçə ayın qalmasına baxmayaraq, daxili mübarizəyə start verən radikal müxalifət partiyalarının nümayəndələri düşərgənin nəzarətində olan KİV-lərdə açıq mübarizəyə başlayıblar. Hətta bu mübarizədə önə keçmək istəyən bəzi funksionerlər İ.Qəmbərin partiya rəhbəri olduğu dövrdəki uğursuzluqlarını özlərinə “tramplin” seçdiklərini açıq-aşkar büruzə verirlər. Maraqlıdır ki, dünənə qədər İ.Qəmbəri özlərinin “əvəzolunmaz lideri” adlandıranlar bu gün nəzarətlərində olan mətbu orqanda İ.Qəmbərdən “halallıq” istəyirlər, hətta onun yenidən namizəd ola bilmə ehtimalının üstündən xətt çəkirlər. Bu isə o deməkdir ki, İ.Qəmbəri yenidən sədr postunda görmək üçün israr edənlərə indidən məğlubiyyət həzm etdirilir.
Bütün bu proseslərin fonunda isə İ.Qəmbərin sükuta qərq olması artıq uzun müddətdir ki, “Müsavat” sədrinin bu istiqamətdə inkişaf edən proseslərə təsir imkanını itirməsindən xəbər verir. Hələ bir neçə il öncə partiyasında istefaların tüğyan etdiyi dövrdə onun qruplaşmaların əlində aciz qaldığı və öz təsir imkanlarını itirməsi bəlli olmuşdu. İndiki halda isə qruplaşmalar arasındakı qalmaqalın yenidən alovlanması, sadəcə “Müsavat”ın qurultayından qabaq yeni bir parçalanma təhlükəsinin də yaranmasından xəbər verir. Əslində, bu parçalanma qurultaydan sonra qaçılmazdır. Yəni, hər hansı qruplaşmanın qalibiyyəti nəticəsində məğlub tərəf həmin komandayla işləmək istəməyəcək. Belə olan halda isə həmin qrupun partiyanı tərk etməsi labüd olacaq...
Bununla yanaşı, İ.Qəmbər həm də yenidən öz postunda qalmasının mümkünsüzlüyünü dərk etsə də asan şəkildə kreslosunu təhvil vermək niyyətində deyil. Məhz bu səbəbdəndir ki, bir sıra müavinlər hələ də seçkidə iştirakla bağlı qeyri-müəyyənlik yaşayırlar. Bundan başqa, İ.Qəmbərə yaxın KİV-lərdə mütəmadi olaraq “Müsavat” sədrinin “namizədi” haqqında fikirlərin səslənməsi növbəti bir faktı ortaya qoyur. Belə ki, İ.Qəmbər dərk edir ki, onun kreslosuna iddialı olan Arif Hacılının qarşısına elə bir namizədlə çıxmalıdır ki, seçkidə istisnasız olaraq qalibiyyət əldə etsin. Bunun üçünsə göründüyü kimi, artıq prosesə start verilib.
Yəni, partiya daxilində bir neçə şəxsin bir-birlərinə qarşı kampaniya aparması, partiyanın gənclər təşkilatı daxilindəki qarşıdurmalar göstərir ki, nüfuz savaşı olduqca gərginləşib. Digər tərəfdən, İ.Qəmbərin özü də partiya sədrliyindən getməsinin ardından situasiyanın hansı trayektoriya üzrə inkişaf edəcəyini müəyyənləşdirə bilməyib. Görünən odur ki, bir müddətdən sonra keçmiş sədrə çevriləcək İ.Qəmbər də hələlik hansı qruplaşmanın onun gələcəyinə təminat verəcəyini dəqiqləşdirməyib. Bu səbəbdən də mətbuatda qruplaşma rəhbərləri səviyyəsində gedən mübarizəni sadəcə izləmək məcburiyyətində qalan İ.Qəmbər hansı qruplaşmanın önə çıxacağını gözləyir. Bu, müəyyənləşəcəyi təqdirdə o, həmin qruplaşmanın iradəsinə tabe olacaq.
Amma elə namizədlər də var ki, hətta İ.Qəmbərin seçim edəcəyi təqdirdə belə “meydanı” boş buraxmayacaqlarını bildirirlər. Məsələn, “Müsavat” başqanlığına iddialılardan Səxavət Əlisoy bildirib ki, kiməsə güzəştə getməyi düşünmür. Hətta İsa Qəmbərin özünün namizədliyi olsa belə, Səxavət Əlisoy namizədliyini vermək niyyətindədir.
Göründüyü kimi, Müsavat Partiyasında baş verənlər növbəti dəfə təsdiq edir ki, radikal müxalifət partiyaları şəxsi maraqların xidmətçisidir.

 
  • Oxunub:  22950  |  
  • Tarix:  05-03-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+4 +6