Ana səhifə »  Müəlliflər »  “Müsavat”ın qurultay qalmaqalı böyüyür
A+   Yenilə  A-
“Müsavat”ın qurultay qalmaqalı böyüyür
Yazdı: Mübariz Abdullayev

Siyasi müşahidəçilər isə növbəti qurultayın partiyanın son qurultayı olacağı ilə bağlı mülahizələr irəli sürürlər
Müsavat Partiyasının illərdir ki, acı bağırsaq kimi uzanan qurultay məsələsi ilə bağlı qalmaqallar səngimək bilmir. Məlumdur ki, partiyanın növbəti qurultayının keçirilməsi İsa Qəmbərin başqanlığının ömrünü uzatmaq istəyinə görə hər dəfə müxtəlif bəhanələrlə təxirə salınırdı. Nəhayət, İsa Qəmbər ona yönələn ictimai qınaqların, eləcə də, partiya daxilindən gələn etirazların qarşısında geri çəkilərək partiyanın qurultayının keçirilməsinə və başqanlıqdan getməsinə razılığını ifadə edib. Artıq partiya yetkililəri “Müsavat”da qurultaya hazırlıqla bağlı müəyyən işlərinin aparıldığını və qurultayın cari ilin ortalarınadək baş tutacağını söyləyirlər.
Lakin partiyanın növbəti qurultayının keçirilməsini əngəlləyən əsas bəhanə aradan qaldırılmış kimi görünsə də, “Müsavat”çıların “qurultay sərgüzəştləri” davam edir. İndi də partiyanın ayrı-ayrı funksionerləri illərdir ki, içlərində gəzdirdikləri başqan olmaq sevdalarını aşıq şəkildə büruzə verərək bununla bağlı bir-birilərinə qarşı savaş açıblar. Partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, divan üzvləri Qubad İbadoğlu, Tural Abbaslı, başqanın müşaviri Səxavət Əlisoy və digərləri qurultay baş tutacağı və İsa Qəmbər, nəhayət, başqanlıqdan gedəcəyi təqdirdə öz namizədliklərini irəli sürəcəklərini qəti şəkildə bəyan ediblər.
Əlbəttə, “Müsavat” funksionerlərinin partiyanın başqanlığına iddialarını təbii qarşılamaq olardı. Ancaq diqqəti çəkən məqam ondan ibarətdir ki, partiyanın təmsilçiləri öz xəyallarını sağlam rəqabət şəraitində yox, bir-birlərinə düşmən münasibəti sərgiləyərək gerçəkləşdirmək istəyirlər. Məsələn, mətbuata verdiyi açıqlamalarında mərkəzi icra aparatının rəhbəri Arif Hacılının başqanlığa gedən yolda özünə rəqib tanımadığı açıq-aydın sezilir. O, bütün təvəzökarlıq hədlərini aşaraq “Müsavat”ın güclənməsinin, “daha sərt mövqedən çıxış etməsinin” onun başqanlığından keçdiyini ifadə edib.
Təbii ki, “Müsavat”ın başqanı olmaq istəyən digər funksionerlər Arif Hacılının özündənmüştəbehlik nümayiş etdirməsinə və öz iddialarını gerçəkləşdirmək üçün partiyadakı təsir imkanlarından istifadə edərək kampaniya aparmasına qarşı çıxırlar. Bu cəhətdən başqan olmaq iddiasını heç kəslə bölüşməyəcəyini bəyan edən Səxavət Əlisoyun açıqlamaları daha çox diqqəti cəlb edir. S.Əlisoy A.Hacılının özünü başqanlığa “daha şanslı namizəd” kimi təbliğ etdirməsinə qarşı çıxaraq belə deyib: “Namizədliyimi vermək qərarında qalıram. Bu, hər bir “Müsavat”çının olduğu kimi, mənim də hüququmdur...Niyə jurnalistlər ancaq Arif Hacılının adını əlahiddə hesab edirlər, mənim üçün maraqlı budur. Arif Hacılı əlahiddə bir “Müsavat”çıdırmı, o namizəd olacaqsa, hamı geri çəkilməlidirmi?!”
“Müsavat” funksioneri Mehman Cavadoğlunun “başqan qurultayda yox, məclisdə seçilsin” təklifini də sıradan bir açıqlama saymaq olmaz. Siyasi müşahidəçilərin qənaətlərinə görə, M.Cavadoğlu bu açıqlamanı partiya daxilində A.Hacılıya qarşı olan qruplaşmanın diqtəsi ilə səsləndirib. Belə ki, əgər bu təklif keçərli olsa, onda qurultayda partiyanın rayon təşkilatlarından seçiləcək tərəfdarlarının sayəsində üstünlük qazanacağını düşünən A.Hacılının mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək. Çünki məclisdə partiyanın mərkəzi icra aparatının rəhbərinin əleyhdarları kifayət qədər çoxdur.
Qeyd edək ki, M.Cavadoğlunun bu təklifi “Müsavat”da yaşanan qurultayqabağı gərginliyi daha da şiddətləndirib. Partiyanın ayrı-ayrı funksionerləri başqan seçkisinin qurultaydan məclisə daşınmasının “məqsədəuyğun olmadığını” əsaslandırmağa çalışırlar. Belələrinin sırasında A.Hacılının səsi daha ucadan gəlir. Belə ki, o, M.Cavadoğlunun təklifini qəbul etmədiyini dilə gətirib.
Başqan olmaqla bağlı xəyallar quran “Müsavat”çılar həmçinin İsa Qəmbərin mövqeyinin kimin tərəfində olacağının fərqindədirlər. Bu günlərdə radikalların nəzarətində olan mətbuat orqanlarında “İsa Qəmbərin namizədi kim olacaq” müzakirələri aparılır. A.Hacılı “şəxsən mənim üçün İsa Qəmbərin mövqeyi çox mühümdür” açıqlaması ilə çıxış edib. Oxşar açıqlama həmcinin başqanlığa iddialı olan Tural Abbaslıdan gəlib. İstər A.Hacılı, istərsə də digər iddialılar manevrlər işlədərək partiya rəhbərinin mövqeyini öz personallarına tərəf çəkmək istəyirlər, hətta buna nail olmaqdan ötrü başqana açıq-aşkar yarınırlar da.
Bütün bu deyilənlərdən bir daha aydın olur ki, “Müsavat”ın növbəti qurultayı partiyadaxili ziddiyyətləri daha da dərinləşdirəcək. Təsadüfi deyil ki, artıq siyasi müşahidəçilər də “Müsavat”ın gələcəyi ilə bağlı pessimist proqnozlar səsləndirərək növbəti qurultayın partiyanın son qurultayı olacağı ilə bağlı mülahizələr irəli sürürlər...

 
  • Oxunub:  23520  |  
  • Tarix:  04-03-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24