Ana səhifə »  Müəlliflər »  “Cəsus hesabatı” radikal düşərgənin xarici dairələrlə “işbirliyinin” daha bir sübutudur
A+   Yenilə  A-
“Cəsus hesabatı” radikal düşərgənin xarici dairələrlə “işbirliyinin” daha bir sübutudur
Yazdı: Mübariz Abdullayev

Sirr deyil ki, xarici təsir amilləri Azərbaycandakı radikal müxalifət düşərgəsinin mahiyyətindən qırmızı xətlə keçir. Zaman-zaman radikalların aldıqları ianələrin, qrantların müqabilində xaricdəki anti-azərbaycançı dairələrin, o cümlədən də ölkəmizlə bağlı kəşfiyyat materialları əldə etmək istəyən qurumların sifarişlərini yerinə yetirdiklərinə dair yeni faktlar üzə çıxır. Bir neçə gün bundan əvvəl jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi Virtualaz.org saytında işıq üzü görən “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın cəsus hesabatı” sərlövhəli yazıda isə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın xarici kəşfiyyata işləməsi ilə bağlı yeni faktlara aydınlıq gətirilir.
Virtualaz.org saytının dərc etdiyi yazıda bildirilir ki, Xədicə İsmayılova bu günlərdə ABŞ Senatı Aparatının Bakıya gələn iki üzvü-Senatın Xarici Əlaqələr Komitəsinin tədqiqatçıları Con Zadrozni və Daniel Vajdiç ilə görüşüb. Lakin söhbət heç də X.İsmayılovanın kiminlə görüşməsindən getmir. Haqqında bəhs olunan yazıda xanım jurnalistin əcnəbi qonaqlara göstərdiyi adi olmayan xidmətindən-onlara bir “cəsus hesabatı” təqdim etməsindən bəhs olunur. Yazıda vurğulanır ki, X.İsmayılovanın görüşdüyü şəxslər rəsmən ABŞ Senatının əməkdaşları olsalar da, onların hər ikisinin təmsil etdikləri ölkənin kəşfiyyat orqanlarına bağlılıqları var. Məqalədə bildirilir ki, qonaqların tərcümeyi-hallarının bu məqamı ilə bağlı vaxtilə Rusiya mətbuatında da araşdırma xarakterli yazılar dərc olunub.
Beləliklə, Virtualaz.org saytı diqqəti Con Zadrozninin və Daniel Vajdiçin Bakıya təşrif gətirmələrinin və X.İsmayılova ilə görüşmələrinin pərdəarxası məqamlarına yönəldir. Məqalədə vurğulanır ki, ABŞ Senatının əməkdaşları Bakıya məhz gizli fəaliyyətləri ilə əlaqədar gəliblər. Xüsusi missiya daşıyan qonaqlar əmin olmaq istəyiblər ki, ayrı-ayrı partiyaların təmsilçiləri xaricdən aldıqları vəsaitlərin qarşılığında Azərbaycanın milli maraqlarına qarşı hansı əməlləri sərgiləyiblər və yaxud bu istiqamətdə qarşıda nə kimi planları var? Elə həmin görüşdə də X.İsmayılovaya konkret sual ünvanlanıb: “Müxalifətdən kim “verbovka” olunub və hakimiyyətə işləyir?” X.İsmayılova isə ona ünvanlanan bu sualın cavabında “bütün məlumatları hazırda amerikalı qonaqların sərəncamında olan hesabatda geniş şəkildə yazıldığını” ifadə edib.
Virtualaz.org saytı X.İsmayılovanın “cəsus hesabatında” adı keçən radikal düşərgə təmsilçilərinin siyahısına da aydınlıq gətirib. Məqalədə bildirilir ki, bu siyahıda “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun, Müsavat Partiyasının başqanı İsa Qəmbərin, partiyanın mərkəzi icra aparatının rəhbəri Arif Hacılının, digər müxalifət partiyalarının rəhbərlərinin, eləcə də, Leyla Yunus istisna olmaqla, bütün aparıcı QHT adları yer alıb. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, X.İsmayılova “cəsus siyahısını” hazırlayarkən özüsayağı bölgü aparıb. Məsələn, xanım jurnalistin “siyahısında” Əli Kərimli və AXCP-nin digər təmsilçiləri yer almayıblar.
Haqqında bəhs olunan yazıda X.İsmayılovanın radikallar arasında ayrı-seçkilik aparmasının motivlərinə də aydınlıq gətirilib. Bildirilir ki, AXCP sədri ilə isti münasibətlərdə olan xanım jurnalist bu dəfə də radikal düşərgənin “kuratorları”nın gözündə Əli Kərimlini ucaltmaq istəyib. X.İsmayılovanın məlum “hesabatı” xarici kəşfiyyatın əməkdaşlarında belə bir qənaət formalaşdırmağa xidmət edir: Radikallar arasında xaricdən aldığı vəsaitlərin müqabilində “əməli” iş görən yeganə “sadiq” sima Əli Kərimlidir və bu səbəbdən də gələcəkdə radikal müxalifət üçün nəzərdə tutulan paralar, ilk növbədə, ona istiqamətləndirilməlidir.
Haqqında bəhs olunan yazının işıq üzü görməsindən xeyli vaxt keçsə də, X.İsmayılova onun xarici kəşfiyyata materiallar ötürməsi ilə bağlı deyilənləri əsaslı dəlil-sübutlarla təkzib edəcək açıqlamalarla çıxış etməyə tələsmir. Bunun əvəzində isə o, məlum “cəsus hesabatı” barədə söz açanları qaralayır. Bu ondan xəbər verir ki, xanım jurnalistin əlində Virtualaz.org saydında dərc edilən məqalədəki faktları təkzib etməyə, sadəcə, dəlil-sübutlar yoxdur.
Lakin X.İsmayılova sussa da, demək lazımdır ki, xarici kəşfiyyata işləmək yalnız onun və havadarlıq etdiyi Əli Kərimlinin məsələsi deyil. Bu, cəmi radikal düşərgə təmsilçilərinin əllərinin xarici dairələrin ətəyində olmasından xəbər verir. Radikalların Azərbaycan cəmiyyətinin nifrətini qazanmalarının səbəblərindən biri də elə bununla bağlıdır.

 
  • Oxunub:  24510  |  
  • Tarix:  26-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA