Ana səhifə »  Müəlliflər »  Keçmiş “müttəfiqlər” bir-birilərinin kölgələrini qılınclayırlar
A+   Yenilə  A-
Keçmiş “müttəfiqlər” bir-birilərinin kölgələrini qılınclayırlar
Yazdı: Mübariz Abdullayev

Rüstəm İbrahimbəyov: Eldar Namazovun bir tezisi mənim tərəfimdən qəbul oluna bilməz
Radikal düşərgədə keçmiş “müttəfiqlərin” hansısa bir məqamda düşmənə çevrilmələri və bir-birilərinin kölgələrini qılınclamağa başlamaları ənənəvi bir haldır. Belə ki, radikallar ancaq korporativ maraqlarına görə bir-birilərinə “dayı” deyirlər, elə ki, fərdi maraqlar təmin olunmur, onlar dərhal qarşı tərəfə arxa çevirərək yeni “dost” axtarışına çıxırlar. Elə qondarma “El” hərəkatının rəhbəri reneqat Eldar Namazovla oyuncaq “Milli şura”nın ideya müəllifi, birinci qiyabi “vahid namizəd”i və sabiq qiyabi sədri Rüstəm İbrahimbəyov arasında yaşanan gərginlik də dediklərimizi təsdiqləyir.
Cəmi bir neçə ay bundan əvvəl bu 2 sima özlərini radikal düşərgəyə “silahdaş” kimi təqdim edirdilər. Onlar zahirən də olsa, elə təsəvvür yaratmağa çalışırdılar ki, guya aralarından su belə keçə bilməz.
Əslində, reneqat Eldar Namazovla Rüstəm İbrahimbəyovun münasibətlərindən danışanda “taylı tayını tapar” məsəlini xatırlamamaq da mümkün deyil. Belə ki, onları “birləşdirən” cəhətlər çoxdur. Gəlin, müqayisə aparaq: Rüstəm İbrahimbəyov ermənipərəstliyi ilə şöhrət tapıb. O, Azərbaycan cəmiyyəti ilə bir mentalitet fərqi yaşadığını və özünü milli dəyərlərimizin fövqündə qoyduğunu dəfələrlə təsdiqləyib. Eldar Namazov da qoca kinodramaturqla eyni mənəvi dəyərləri paylaşır. “El”in rəhbəri, bir qayda olaraq, xaricdəki antimilli dairələrlə əlaqələr qurmağa can atır, buna nail olmaqdan ötrü sözügedən dairələrin tədbirlərində ölkəmizin imicinə, milli maraqlarımıza xələl gətirəcək fikirlər səsləndirməkdən çəkinmir.
Buna görə də, Rüstəm İbrahimbəyovla Eldar Namazov xaricdəki anti-azərbaycançı mərkəzlərin mətbəxində hazırlanan “Milli şura” layihəsində cütlük kimi çıxış etməyə başladılar. Qondarma qurumda cütlüyün funksiyaları konkret şəkildə bölüşdürülmüşdü: Yol verdiyi vergi cinayətlərinə görə Azərbaycana dönməkdən qorxan Rüstəm İbrahimbəyov oyuncaq “Milli şura”nın xarici əlaqələndiricisi rolunu yerinə yetirir, radikallara “sizə xaricdən pul gətirəcəyəm” vədləri verirdi. Reneqat Eldar Namazova gəldikdə isə, “Milli şura” layihəsində baş rollardan birini almağa müvəffəq olması onun gizli planlarına daxil idi. Qondarma qurumun hazırkı sədri Cəmil Həsənovun etiraf etdiyi kimi, bu, reneqata radikal düşərgədə özünə yer etmək üçün gərək idi. “El” hərəkatının rəhbəri xislətinə uyğun olaraq bunu etməyə nail oldu. Gizli planlarını həyata keçirməkdə ona həm də radikalların maddi maraq ucbatından öz ambisiyalarından müəyyən mərhələdə geri çəkilmələri kömək etdi. Özünü qondarma “Milli şura”nın ideya müəllifi qismində təqdim olunan Rüstəm İbrahimbəyovun “sağ əl”i kimi göstərən reneqat Eldar Namazov radikal düşərgənin “saqqallı” təmsilçilərinə tapşırıqlar verir, onları qapı arxasında gözlətdirir, maliyyə vəsaitlərinin bölgüsünü aparırdı...
Lakin müəyyən mərhələdə radikal düşərgədə gedən proseslərin istiqaməti dəyişdi və Eldar Namazov qondarma “Milli şura”da oyundankənar vəziyyətə salındı. Qondarma qurumda peyda olan yeni “ev sahibləri” reneqat Eldar Namazova heç də xoş münasibət bəsləmirdilər...
“Milli şura”da sıravi üzv kimi qalmaq xəyalları başqa yerlərdə uçan reneqat Eldar Namazovun perspektiv planlarına daxil deyildi. Artıq qondarma qurum və onun heç bir funksional rola malik olmayan fəxri sədri Rüstəm İbrahimbəyov “El”in reneqat rəhbəri üçün bütün cəlbediciliyini itirmişdi və o, bunu qondarma qurumla yollarını ayırdığını bəyan etməklə təsdiqlədi.
Beləliklə, radikal düşərgə təmsilçilərindən gələn açıqlamalardan bir daha görünür ki, hazırda Eldar Namazovla Rüstəm İbrahimbəyov keçmişdə “müttəfiq” olmalarına görə peşmançılıq hissi keçirirlər. Vaxtilə hər sözünə “baş üstə” dediyi keçmiş “şef”i indi reneqatın heç yadına da düşmür.
Təbii ki, Eldar Namazovun dönüklüyü qoca kinodramaturqu incik salıb. O, keçmiş “müttəfiqindən” şikayətlənərək belə deyib: “Nəsə mənə zəng eləmir. Adətən, o, zəng edirdi, yaxud məktublaşırdıq. Amma axır vaxtlar zəng eləmir”.
Reneqat Eldar Namazovun radikal düşərgənin adından çıxış edən “Milli şura”nın ikinci “vahid namizəd”i Cəmil Həsənovun son prezident seçkilərində qazandığı nəticənin radikalların 1998-2003-cü il seçkilərində əldə etdikləri nəticələrdən üstün olmadığıni ictimailəşdirməsi də Rüstəm İbrahimbəyovu bərk qəzəbləndirib. Bununla bağlı, “El”in rəhbərinə səslənən qoca kinodramaturq belə deyib: “Eldar Namazovun bir tezisi mənim tərəfimdən qəbul oluna bilməz”.
Göründüyü kimi, dünənin “müttəfiqləri” sərgilədikləri əməllərdə və dilə gətirdikləri açıqlamalarda fərqli maraqlar güddüklərini büruzə verirlər. Bu fakt radikal düşərgə təmsilçilərinin sırf konyuktur maraqlara görə eyni dam altına cəm olduqlarını bir daha təsdiqləyir.

 
  • Oxunub:  24630  |  
  • Tarix:  21-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA