Ana səhifə »  Müəlliflər »  Reneqat Eldar Namazovun “ana müxalifət” olmaq arzusu daşa dəyib
A+   Yenilə  A-
Reneqat Eldar Namazovun “ana müxalifət” olmaq arzusu daşa dəyib
Yazdı: Mübariz Abdullayev

VİP sədri Əli Əliyev “El”in rəhbərini debat-duelə çağırıb
Partiyalar və siyasi qruplar arasında antaqonist ziddiyyətlər və bu ziddiyyətlərdən qaynaqlanan daimi çəkişmələr radikal müxalifət düşərgəsinin əsas mahiyyətini təşkil edir. Son vaxtlarda isə düşərgə daxilində qondarma “El” hərəkatının rəhbəri reneqat Eldar Namazovun “ana müxalifət” olmaq iddialarından irəli gələn yeni qovğa başlayıb.
Köç geri dönəndə axsaq irəli düşər və yaxud Eldar Namazov yeni xəyallar qurur
Məlumdur ki, özlərini “ana” və yaxud “ənənəvi” müxalifət adlandıran AXCP və Müsavat Partiyasının son 20 ildə sərgilədikləri antimilli əməllər hər iki partiyanın “dişsiz” bir vəziyyətə düşmələri ilə nəticələnib. Hazırda AXCP və “Müsavat” heç bir siyasi güc mahiyyəti kəsb etmir.
Baş verənlərin məntiqi nəticəsi olaraq radikal düşərgənin maliyyə mənbəyi rolunda çıxış edən xaricdəki anti-azərbaycançı dairələrdə AXCP-yə və “Müsavat”a yönəlik “işə yaramırlar” qənaəti formalaşıb. Oyuncaq “El” hərəkatının rəhbəri reneqat Eldar Namazov isə xislətinə uyğun olaraq fürsətdən maksimum dərəcədə bəhrələnmək niyyətindədir. Qulağı səs eşidən qondarma “El” hərəkatının rəhbəri köç geri dönəndə axsaq irəli düşər prinsipindən çıxış edərək “ana müxalifət”ə çevrilmək xülyasını gerçəkləşdirmək məqsədilə xəyallar qurmağa başlayıb. ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla bu yaxınlarda baş tutan görüş reneqat Eldar Namazovu əməlli-başlı ruhlandırıb. Belə ki, həmin görüşdən az sonra “El”in rəhbəri qondarma “Milli şura” dan getdi. Hazırda reneqat Eldar Namazov bəyan edir ki, “El” hərəkatını partiyaya çevirməklə məşğuldur...
Reneqat Eldar Namazovun iddiaları dəryada balıq sevdasıdır
Siyasi müşahidəçilər bu qənaətdədirlər ki, reneqat Eldar Namazov gerçəkləşməsi dəryada balıq sevdasına bənzəyən iddialarda bulunur. Belə bir qənaət təsadüfən formalaşmayıb. Belə ki, “El” hərəkatının rəhbərinin “ana müxalifət” olmağa potensialı yoxdur, eyni zamanda, onun buna heç mənəvi haqqı da çatmır.
Bunun təsdiqi kimi, bir neçə ay bundan öncə “El” hərəkatı təzə yarananda reneqat Eldar Namazovun radikal düşərgədə elektorat ovuna çıxmasını xatırlamaq kifayətdir. Onun müəyyən şirnikləndirici vədlərin müqabilində “Müsavat”ın və digər partiyaların təmsilçilərini “El”ə cəlb etmək cəhdləri radikal düşərgədə, sözün əsl mənasında, böyük qalmaqal yaratdı.
Ümumiyyətlə, reneqat Eldar Namazovun əleyhinə işləyən məqamlar çoxdur. O, yalnız vəzifədən qovulandan sonra özünə radikal düşərgədə yer edib, burada hansısa bir xidməti yoxdur. İndi isə o, necə deyərlər, heç nə yoğurub yapmadan hazır kökəyə sahiblənmək istəyir ki, bu da radikallar tərəfindən sərt etirazlarla qarşılanır.
Əli Əliyev reneqat Eldar Namazovu debat-duelə çağırıb
“El” hərəkatını şişirtmək lazım deyil. Orada təkcə Eldar Namazov var. Həmin şəxs də siyasi güc mahiyyəti kəsb etmir” - deyən Əli Əliyev bu açıqlaması ilə reneqat Eldar Namazovun yaralı yerinə toxunub, desək, yanılmarıq. Artıq neçə vaxtdır ki, “El”in düşərgəsində əsəbilik yaşanır. “El”in ali məclis sədri Eldəniz Quliyev mətbuata verdiyi müsahibələrində Əli Əliyevin və onun rəhbərlik etdiyi partiyanın ünvanına etikadankənar ifadələr işlətməkdən belə çəkinmir. İş o yerə çatıb ki, VİP sədri Eldəniz Quliyevi məhkəməyə vermək məcburiyyətində qalıb.
VİP-in sədri Əli Əliyev o qənaətdədir ki, Eldəniz Quliyev öz sözünü danışmır, o, reneqat Eldar Namazovun diktəsi ilə oturub-durur. Buna görə də, VİP sədri “El”in rəhbərinin özü ilə haqq-hesab çəkmək istəyir. Bu məqsədlə də Əli Əliyev reneqat Eldar Namazovu duel-debata çağırıb.
Qeyd edək ki, Əli Əliyevlə-Eldar Namazov arasında debatlar keçirilməsi ilə bağlı bundan əvvəl də təşəbbüslər irəli sürülmüşdü. Lakin “El”in rəhbəri Eldar Namazov mətbuatda Əli Əliyevlə debatlara qatılmaqdan yayınır. Onun VİP sədrindən gələn növbəti debat-duel təklifinə də cavab verib-verməyəcəyi hələlik bəlli deyil. Bütün bunlar onu deməyə əsas verir ki, “ana müxalifət” olmaq iddiasına düşən Eldar Namazovun açıq dialoqlarda dilə gətirəcək sözü yoxdur.
Qondarma “Milli şura”nın sabiq və indiki rəhbərliyi də reneqat Eldar Namazova qarşıdır
Diqqəti çəkən məqamlardan biri də odur ki, radikal düşərgədə “El”in rəhbərinə qarşı açılan “cəbhə”də onun vaxtilə uğrunda çox tər tökdüyü “Milli şura”nın sabiq və indiki rəhbərliyi də xüsusi fəallıq nümayiş etdirir. Məsələn, qondarma qurumun hazırkı sədri Cəmil Həsənov Eldar Namazovu ittiham edərək belə deyib: “Eldar bəy “Milli şura” ideyasından əldə edə biləcəyi şeyləri əldə etməyə çalışdı. Bəzilərinə də nail oldu”.
Öz növbəsində qondarma qurumun sabiq sədri Rüstəm İbrahimbəyov da “El”in rəhbərinə səslənib. Qoca kinodramaturq bir vaxtlar hər kəlməsinə “baş üstə” cavabı verən reneqat Eldar Namazovun indi onu itirib-axtarmamasından şikayətlənib: “Eldar Namazov iki aydan artıqdır mənə zəng eləmir”.

 
  • Oxunub:  23940  |  
  • Tarix:  18-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA