Ana səhifə »  Müəlliflər »  Xədicə İsmayılovanın “casus hesabatı”nın Əli Kərimli gizlinləri
A+   Yenilə  A-
Xədicə İsmayılovanın “casus hesabatı”nın Əli Kərimli gizlinləri
Yazdı: Pərviz Sadayoğlu

AXCP-yə bağlılığı ilə seçilən jurnalist bu partiyanın sədrini radikal düşərgənin “pul kisəsi”nə çevirmək niyyətindədir
Xəbər verildiyi kimi, “Virtualaz.org” saytında jurnalist Eynulla Fətullayevin “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın “casus hesabatı...” adlı yazısı radikal müxalifətin əsas müzakirə mövzularından birinə çevrilib. Belə ki, yazıda AXCP-yə yaxınlığı hər kəsə bəlli olan Xədicə İsmayılovanın Bakıda səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin tədqiqatçıları - Con Zadrozni və Daniel Vajdiçlə görüşdüyü bildirilir. Yazıda qeyd edilir ki, X.İsmayılova həmin şəxslərə bir siyahı təqdim edib. Həmin siyahıda isə radikal düşərgənin bir sıra şəxslərinin hakimiyyətlə işbirliyində olması iddia edilir.
Məqalədə vurğulanır ki, C.Zadrozni və D.Vajdiç rəsmən Senatın əməkdaşlarıdır, amma Rusiya qaynaqlarının iddiasına görə, onların ikisinin də ABŞ kəşfiyyat orqanlarına, daha doğrusu, qeyri-leqal kəşfiyyata birbaşa bağlılıqlar var: “Axı xüsusi çətir və himayə altında işləyən kəşfiyyatçılar da olur. Onların Bakıya səfərinin bircə və çox açıq-aydın məqsədi vardı - kəşfiyyat məlumatları toplamaq”.
Yazıda göstərilir ki, Bakıya gələn Con Zadrozni da “dərin himayə” altındakı kəşfiyyatçı kimi tanınır. C.Zadrozni Nyu-York merinin ofisində siyasi təhlilçi, ABŞ Dövlət Departamentində, ABŞ Ədliyyə Nazirliyinin Narkotiklərə Qarşı Mübarizə İdarəsində, Konqresin müxtəlif komitələrində, Ağ Evdə işləyib... 2013-cü ilin martında isə D.Vajdiç kimi o da Senatın Xarici Əlaqələr Komitəsinə tədqiqatçı kimi işə cəlb olunub: “C.Zadrozni D.Vajdiçdən fərqli olaraq daha qapalı adamdır və üzdə olmağı xoşlamayan fiqurdur. Bu da onun fəaliyyətinin xüsusi xarakteri ilə bağlıdır. O, Ağ Evdə işləyəndə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Ağ Evin əks-kəşfiyyat xidməti rəisinin müavini vəzifəsini tutub”.
Məqalədə qeyd edilir ki, həmin şəxslərlə X.İsmayılovanın görüşü zamanı ikinci “qonaqlardan” onlara ayrılan maliyyənin azlığından şikayətlənib. Göstərilir ki, “C.Zadrozni X.İsmayılovaya birbaşa belə bir sual verir: “Müxalifətdən kim hakimiyyətlə bağlıdır?” Görünür, amerikalı kəşfiyyatçı-tədqiqatçılar özlərində olan informasiyanı bu jurnalistin onlara ötürəcəyi agentura məlumatları ilə tutuşdurmaq, daha sonra da bunun üzərində dərindən düşünmək, təhlillər aparmaq bu yeni məlumatlar əsasında təzə əməkdaşlıq xətti işləyib hazırlamaq istəyirdilər. Yəni, amerikalı tədqiqatçıları müxalifət düşərgəsindəki “beşinci kolon”un siyahısı maraqlandırırdı. X.İsmayılova isə bu suala cavabında deyir ki, o, bütün məlumatları hazırda amerikalı qonaqların sərəncamında olan hesabatda geniş şəkildə yazıb”.
Həmin “hesabat”da isə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun, Müsavat Partiyasının sədri İsa Qəmbərin, həmin partiyanın funksioneri Arif Hacılının, jurnalist Eynulla Fətullayevin, AXCP-nin sədr müavini Həsən Kərimovun, “El” hərəkatının rəhbəri Eldar Namazovun, o cümlədən, Erkin Qədirlinin, jurnalist Babək Bəkirin, Mehman Əliyevin, Əbülfəz Elçibəyin ailəsinin, KXCP sədri Mirmahmud Fəttayevin, ADP sədri Sərdar Cəlaloğlunun, Leyla Yunus istisna olmaqla bütün tanınmış QHT rəhbərlərinin, REAL hərəkatının bir neçə üzvünün və başqalarının adı əks olunub...
X.İsmayılovanın “casus hesabatı”nda adları yer alan şəxslər bu işin arxasında Əli Kərimlinin dayandığından əmindirlər
X.İsmayılovanın “tərtib etdiyi” bu siyahının son dövrlərdə radikal düşərgədə gedən nüfuz savaşını əks etdirməsi ilk baxışdan üzə çıxır. Maraqlıdır ki, həmin siyahıda “təmsil olunan” şəxslər də mətbuata açıqlamalarında X.İsmayılovanın bu “nostradamusluğu”nun dolayısı ilə və birbaşa məhz, Ə.Kərimlinin sifarişi olduğuna əminliklərini vurğulayıblar. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu deyib ki, Xədicə İsmayılova AXCP-dən başqa bütün siyasi partiyalara qarşı qərəzli mövqe tutub: “Bu, onun “Azadlıq radiosu”nda apardığı debatlarda da açıq şəkildə görünür. Necə olur ki, İsa Qəmbər, mən və digərləri “Azadlıq” radiosuna gedəndə Xədicə İsmayılova bizi asıb-kəsir, siyasi tərəf kimi çıxış edir, amma AXCP üzvləri ora gedəndə hər şey çox normal olur? Bu adam jurnalistdir, onun bu qədər siyasiləşməsi çox gülüncdür. O, bütün partiyaları qaralamaqla, özünün mənsub olduğu partiyanı yüksəltmək istəyir”.
S.Cəlaloğlu X. İsmayılovanın jurnalistdən çox xəfiyyə kimi davrandığını bildirib: “Görünür, özünün xoşuna gələn, yaxın olduğu partiyanı ən demokrat partiya olaraq təqdim etmək üçün digərlərini gözdən salmaqla məşğuldur. Bu gün Amerika dünyada 5 milyard insanın telefonunu dinləyir. Bu adamlar sıravi adamlar deyil. İndi X.İsmayılova hansı informasiyanı onlara verir? Bütün dünyaya Amerika informasiya verir, amma X. İsmayıl Amerikaya? Ümumiyyətlə, Xədicənin, eləcə də bir çox müxalifət liderlərinin müxalifətçilik anlayışından xəbərləri belə yoxdur. Jurnalistdir, getsin jurnalistliyini etsin. Casusluq etməsin”.
Azərbaycan İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun direktoru, hüquq müdafiəçisi Səidə Qocamanlı bunu “biabırçılıq” adlandırıb. O bildirib ki, siyahını hazırlayanlar gərək bir qədər düşünəydilər: “Hüquq müdafiəçiləri o şəxslərdir ki, insanlara kömək etməli, onların vəziyyətlərini yüngülləşdirməlidir. Biz bu halları yerinə yetirmək üçün kiminlə işləməliyik? Təbii ki, hökumət strukturları, Baş Prokurorluq, Ədliyyə Nazirliyi ilə. Bilmirəm bu siyahını kim tərtib edib, amma bu, biabırçılıqdır”.
X.İsmayılovanın “casus”luqda ittiham etdiyi başqa bir şəxs, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov isə siyahıda bəzi məqamların yaddan çıxdığını ironiya ilə bildirib. Onun sözlərinə görə, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. O, qeyd edib ki, bəziləri ölkədə heç bir iş görmədən xaricə casusluq etməklə məşğuldur: “Hamımız azərbaycanlıyıq, bu dövlətin vətəndaşıyıq. Bu dövlətin çörəyini yeyirik və burda yaşayırıq. Elə başa düşürəm ki, dövləti sevmək lazımdır. Lakin bəziləri xarici dövlətə casusluq edirlər. Belə ünsürlərlə mübarizə aparmaq lazımdır”.
Müsavat Partiyasının funksioneri Gülağa Aslanlı isə X.İsmayılovanın siyahısını gülünc adlandırıb: “Nəinki İsa Qəmbər, ümumiyyətlə, Müsavat haqda yazılanların heç bir əsası yoxdur”.
KXCP sədri Mirmahmud Mirəlioğlu yazılanları ciddi qəbul etmədiyini deyib: “Buna adekvat şəkildə cavab verməyi özümə rəva bilmirəm. Görün, kim kimlərin haqqında danışır və kimləri nədə ittiham edir? Bizi ittiham edən adamın özünün üz tutduğu ünvan haradır? O kimlə işləyir?”
Siyahıda adı yer alan keçmiş prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev isə ömründə heç kəsə işləmədiyini söyləyib: “Bu cür böhtanları, yalanları yazanlar gedib başlarını daşın altına qoysunlar”.
Ə.Kərimli X.İsmayılovanın kölgəsində radikal düşərgənin mütləq maliyyə hakiminə çevrilməyi planlaşdırır
Göründüyü kimi, “siyahı”da yer alan şəxslərin özlərinin açıqlamaları da göstərir ki, X.İsmayılova bağlı olduğu AXCP-nin və onun sədrinin radikal düşərgədə önə çıxması üçün bu cür addımlar atır. Ümumiyyətlə, öz “siyasi mübarizə”sində hər zaman şantaja üstünlük vermiş Ə.Kərimli bu dəfə də analoji yolu tutub və anti-azərbaycançı dairələrin radikallara ayırdığı ianələrə sahib olmaq üçün artıq öz keçmiş və indiki “müttəfiqlərinə” belə badalaq gəlmək istəyir. Maraqlıdır ki, sosial şəbəkələrdə müzakirə zamanı bir çoxları AXCP sədrinin “yaddan çıxdığını” X.İsmayılovaya xatırlatsa da, o, bu cür şərhləri cavablandırmayıb.
Zaman-zaman Ə.Kərimli haqqında düşərgədaşlarının irəli sürdüyü fikirlər, onun fərqli antimilli dairələrlə işbirliyində olması haqda faktlar, o cümlədən, keçmiş sədri Ə.Elçibəyə qarşı tutduğu xəyanətkar mövqeyinin ifşa olunması görünür AXCP sədrini həddindən artıq “narahat” edib. Elə bu səbəbdən də X.İsmayılova tələm-tələsik “siyahı” tərtib edərək ABŞ-dan gələn “qonaqlara” təqdim edib və kəlməbaşı onlara ayrılan maliyyənin azlığı barədə şikayətlənib. Yəqin ki, Ə.Kərimli antimilli mərkəzlərin bu cür “hesabat”lar əsasında verəcəyi pulun ünvanını dəqiqləşdirdiyini düşündüyü üçün X.İsmayılovanın əli ilə öz rəqiblərini “zərərsizləşdirir”. X.İsmayılova da ABŞ-dan gələn şəxslərə təqdim etdiyi siyahı da Ə.Kərimlinin “ən əsas müxalifətçi” obrazını yaratmağa çalışır. Yəni, bu siyahıda “təmsil olunan” radikal düşərgə təmsilçilərinə “zərbənin” hansı ünvandan vurulduğu çılpaqlığı ilə ortadadır. AXCP sədri Ə.Kərimli X.İsmayılovanın kölgəsində radikal düşərgənin mütləq maliyyə hakiminə çevrilməyi planlaşdırır.
Xədicə İsmayılova ifşa olunduğunu görüb cavab verə bilmir, özünəməxsus şəkildə təhqirlərə əl atır
“Casus siyahı”sı üzə çıxan Xədicə İsmayılova isə yenə də öz ampluasına sadiq qalaraq bu məsələni ictimailəşdirən jurnalist Eynulla Fətullayevi təhqir edib və aqressiya nümayiş etdirib. X.İsmayılova hətta bu məsələ ilə bağlı onun mövqeyini işıqlandırmaq istəyən jurnalistləri belə təhqir etməkdən çəkinməyib: “O yazını yazan da debildir, yayan da debildir, məndən ciddi-ciddi açıqlama tələb edən də. Mən də bunlara ciddi cavab verib debillərin sırasına qoşulmaq istəmirəm. Ən ciddi cavabım bu ola bilər ancaq: Bir iki həftə bundan əvvəl ABŞ senatının iki işçisi ilə oturmuşduq restoranda. Görünür, sual yaranıb ki, nə danışıram mən orda? Gediblər falçıya. Falçı da bir pasyans atıb, kofeyə baxıb, büllur şardan soruşub, onlar bir söz deməyiblər. Biz masonuq axı. Bütün bu qüvvələr bizə işləyir.
Sonra antimason ruhlar giriblər Eynulla Fətullayevin cisminə, onun əli ilə məqalə yazıblar. ABŞ kəşfiyyatına verdiyim bütün sirləri faş ediblər. İfşa olunmamız ümumafrika işimizə böyük zərbə vurub. Belə ki, Zulu xalqının Mtetva imperiyasının bərpası ilə bağlı ABŞ-a ötürdüyümüz planlar da ifşa edilib. Planlarımızla tanış olandan sonra superagent mənə dedi ki, dünya düzələcək.
Mən dərhal anlamadım. Ondan sonra da zəlzələ oldu. İndi fikirləşirəm ki, deyəsən, şifrəni düz anlamamışam. O, dünyanın daha yumru olmayacağını, dağılaraq, düz müstəviyə çevriləcəyini nəzərdə tutubmuş. Hərdən şifrələrimi yeniləməyə ehtiyac var. Di alın cavabınızı, debil yığını”.
Əslində, bəzi təhlilçilər X.İsmayılovanın cavab vermək yerinə bu cür təhqirlərə əl atmasını onun verəcək cavabının olmaması ilə əlaqələndirirlər. Görünür, X.İsmayılovanın bu məsələdə verəcək cavabı yoxdur, çünki verdiyi siyahı indi bumeranq kimi öz üstünə qayıdır.

 
  • Oxunub:  25440  |  
  • Tarix:  15-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 12:00
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+4 +6