Ana səhifə »  Müəlliflər »  Radikal düşərgədə daha bir qarşıdurma
A+   Yenilə  A-
Radikal düşərgədə daha bir qarşıdurma
Yazdı: Mübariz Abdullayev

Rafiq Manaflı: “El” hərəkatı sabun köpüyü kimi bir şeydir. Şişib, amma ortada heç nə yoxdur
Son günlər radikal düşərgədə baş verən prosesləri izlədikdə belə qənaət hasil olur ki, qondarma “El” hərəkatının rəhbəri reneqat Eldar Namazovun “ana müxalifət” olmaq iddiaları sərgiləməsi bir növ bumeranq effekti yaratmaqdadır. Yəni, görünən odur ki, reneqat Eldar Namazovun “köç geri dönəndə axsaq irəli düşər” prinsipindən çıxış edərək radikal düşərgənin favoritinə çevrilmək cəhdləri sonda onun daha da miskin bir duruma düşməsi ilə nəticələnəcək.
Məlumdur ki, son vaxtlarda radikal düşərgənin “kuratorlar”ına-xaricdəki anti-azərbaycançı dairələrdə özlərinə “ənənəvi” və yaxud “ana” müxalifət adı götürən AXCP və Müsavat Partiyasına inam sıfır həddinədək aşağı düşüb. Belə ki, məlum dairələrdə onların sifarişlərinin öhdəsindən gələ bilməyən ənənəvi müxalifətə qarşı “heç bir işə yaramayan” qənaəti formalaşıb və indi onlar yeni “ana müxalifət” sorağındadırlar. Qulağı səs eşidən reneqat Eldar Namazov isə bu “boşluqdan” öz xeyrinə maksimum dərəcədə bəhrələnməyə çalışaraq radikal düşərgənin öndəgedəninə çevrilmək uğrunda çabalamalara start verib. ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşdən sonra isə özlüyündə yeni xəyallar quran reneqat Eldar Namazovun, necə deyərlər, ayağı yerə dəymir. Səfirin sözügedən görüşdə “El” hərəkatının fəaliyyəti izlənilir” deməsindən, sözün əsl mənasında, cuşa gələn reneqat Eldar Namazov daha elə zənn edir ki, onun “ana müxalifət” olmağa gedən yolunun üstündən bütün maneələr götürülüb. Təsadüfi deyil ki, səfirlə məlum görüşündən sonra reneqat Eldar Namazov bir vaxtlar yenə özəl maraqları naminə sıralarında çox tər tökdüyü “Milli şura” ilə yollarını ayıraraq rəhbərlik etdiyi “El” hərəkatını partiyaya çevirmək istiqamətində “əməli fəaliyyətə” başlayıb.
Ancaq burada deyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. Söhbət ondan gedir ki, reneqat Eldar Namazovun “ana müxalifət” olmaq iddiaları radikal düşərgədə heç də birmənalı qarşılanmayıb. Ayrı-ayrı partiyaların təmsilçiləri xam xəyallara düşməsinə görə, “El” hərəkatının rəhbərini sözün əsl mənasında top-tüfəngə tutublar. Bununla bağlı radikal düşərgədə sükutu ilk pozan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev oldu. O, diqqəti reneqat Eldar Namazovun sərsəm iddialarına yönəldərək belə bir açıqlama ilə çıxış etdi: “El” hərəkatını şişirtmək lazım deyil. Orada təkcə, Eldar Namazov var. Həmin şəxs də, siyasi güc mahiyyəti kəsb etmir”.
VİP sədrinin, əslində, reallığı ifadə edən bu açıqlaması “El” hərəkatında hamını yerindən oynatdı, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Artıq neçə gündür ki, “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyevlə Əli Əliyev arasında söz dueli ara vermədən davam edir. Tərəflər bir-birilərinin, hətta etikadankənar ifadələrə “qonaq” etməkdən belə çəkinmirlər. Bütövlükdə “El” təmsilçilərinin aqresiyasını ifadə edən Eldəniz Quliyev Əli Əliyevi “ətrafına küçə uşaqları yığan birisi” kimi səciyyələndirib. VİP-in təmsilçiləri də oxşar ritorikadan istifadə edərək onun “Pirverdinin xoruzu” ilə müqayisəsini aparıblar. Əli Əliyevin özü isə Eldəniz Quliyevin keçmişinə ekskurs edərək diqqəti onun bir vaxtlar “dilənçlik etməsinə” yönəldib.
“El”in təmsilçilərinin VİP-lə qovğaları bitməmiş, onlara qarşı yeni bir “cəbhə” açılıb. Reneqat Eldar Namazov bu dəfə zərbəni sıralarından ayrıldığı “Milli şura”nın üzvündən-Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) ali məclis sədri Rafiq Manaflıdan alıb: “El” hərəkatı sabun köpüyü kimi bir şeydir. Şişib, amma ortada heç nə yoxdur”.
Rafiq Manaflı “El” hərəkatının sədri Eldar Namazovun “Milli şura”dan istefasına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Eldar Namazovun “Milli şura”ya qatılmaqda məqsədi özünü reklam etmək olub və bu prosesdən siyasi çəki qazanmaq üçün yararlanıb. VHP təmsilçisinin qənaətinə görə, ortada Eldar Namazovun sədri olduğu hərəkatın adından başqa heç nə yoxdur. Bu məqama diqqət çəkən Rafiq Manaflı vurğulayıb: “El” hərəkatı mövcuddur ki? Necə fəaliyyət göstərir? Hansı qurumu, təşkilatı var? Nə iş görürlər? Bu adda hərəkat yoxdur. Yarandı, özlərini reklam etdilər, sonra isə fəaliyyətlərini başqa cür qurmaq istəyirlər”.
Qondarma “El” hərəkatının rəhbəri Eldar Namazov Rafiq Manaflıya elə reneqatsayağı cavab verib. Belə ki, diqqəti VHP təmsilçisinin ittihamlarından yayındırmağa çalışan Eldar Namazov ona qarşı əlində olan “kompramatları” işə salıb. Sonda isə Eldar Namazov “günah onlarda deyil, günah onları gətirib “Milli şura”nın başında oturdanlardadır” qənaətini ifadə edib.
Reneqatın “cavab”ı VHP-də ona qarşı aqressiyanı daha da artırıb. Belə ki, VHP-nin aparat rəhbəri Samir Əsədli diqqəti Eldar Namazovun “cavab”ında faktları təhrif etdiyinə yönəldib və onu yalançılıqda ittiham edib.
Beləliklə, aydın görünür ki, reneqat Eldar Namazovun “ana müxalifət” planları baş tutan sevda deyil. Çünki onun məlum planına qarşı, ilk növbədə, radikal düşərgənin özündən etirazlar gəlir.

 
  • Oxunub:  23040  |  
  • Tarix:  13-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA