Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura”nı süni nəfəslə yaşatmaq cəhdləri əbəsdir

“Milli şura”nı süni nəfəslə yaşatmaq cəhdləri əbəsdir

13.02.2014 [09:01]

Nardar Bayramlı

Əhməd Oruc hesab edir ki, bu cür mücərrəd “birliklə” nəinki 2015-ci ildə, heç 2025-ci ildə də hansısa uğura nail olmaq mümkün deyil
Radikalların toplaşdığı “Milli şura” fiaskoya uğradıqdan sonra bəzi müxaliflər süni gündəm yaratmaq naminə yeni “ideyalar” irəli sürürlər. Son dövrlərdə isə radikalların yeni koalisiyasının yaradılması ilə bağlı təkliflər irəli sürülür. Lakin bu təkliflər elə qundaqdaca süngü ilə qarşılanıb və müxalifətdaxili ziddiyyətlərin daha da dərinləşməsinə yol açıb.
Qeyd edək ki, AXCP yeni bir koalisiyanın yaradılması fikrinə sərt etirazını bildirərək “Müsavat”ın ideya öncüllüyü etdiyi bu tip “birliklərə” ehtiyac olmadığını bəyan edib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı iddia edib ki, real müxalifət qüvvələri “Milli şura”da təmsil olunur və bu səbəbdən də hər hansı yeni koalisiyaya ehtiyac yoxdur. F.Qəhrəmanlının “Milli şura”dan kənarda fəaliyyət göstərənləri real müxalifət saymaması isə daha kəskin etirazlara səbəb olub. Məsələn, Azadlıq Partiyasının sədri Əhməd Oruc AXCP sədrinin müavininin real müxalifətin “Milli şura”da toplanması haqda fikrinə münasibət bildirərək deyib ki, “Milli şura”da sökülmə prosesinin getmədiyi dövrdə belə, bu qurum hakimiyyətin qarşısında heç nə edə bilməyib: “AXCP-nin lideri də sonda bəyan etdi ki, biz seçkiyə mənəvi qələbə qazanmaq üçün qatılmışdıq. Bu özü göstərir ki, “Milli şura” real siyasi qüvvə deyil, bu cür mücərrəd birliklə nəinki 2015-ci ildə, heç 2025-ci ildə də hansısa uğura nail olmaq mümkün deyil. Çünki onlar özləri etiraf ediblər ki, sadəcə, mənəvi qələbə üçün prosesə qatılıblar. Onlar yalnız süni şəkildə “Milli şura”nın ömrünü uzadırlar. “Bəlkə də qaytardılar” xəyalı ilə Rusiyanın bu projeyə yenidən qayıdacağına ehtimal kimi baxırlar. Hansı siyasi qüvvənin real müxalifət olduğunu cəmiyyət qiymətləndirir və qiymətləndirməlidir”.
Göründüyü kimi, artıq müxalifət təmsilçiləri də “Milli şura”nın xarici dairələrin layihəsi olduğunu etiraf etməyə başlayıblar. Ə.Orucun AXCP sədrini ittiham etməsi də buna bir işarədir. Yəni bu, o deməkdir ki, Əli Kərimli öz maraqları üçün hər zaman xarici qüvvələrin əlində alət olmağa hazırdır. Şübhə yoxdur ki, AXCP rəhbərliyi bəzi anti-azərbaycançı dairələrin “Milli şura”ya maliyyə və başqa dəstək verməsi üçün hər cür satqınlığa hazırdır. Bu səbəbdən də, bu qondarma qurumu müxalifətin “real birliyi” kimi təqdim etməyə çalışırlar. Halbuki, əsl reallıqda “Milli şura” sabun köpüyündən başqa bir şey deyil.
Digər tərəfdən, Müsavat Partiyası, “El” hərəkatı və başqaları “Milli şura”nı tərk etdikdən sonra AXCP bu təşkilatda özünün “hegemonluğunu” təmin etdiyini düşünür. Buna görə də, radikal müxalifət düşərgəsində “Milli şura”nın varlığını formal da olsa qoruyub saxlamağa çalışır. Amma fakt faktlığında qalır ki, “Milli şura” ölkənin ictimai-siyasi proseslərinə zərrə qədər də təsir göstərmək imkanında deyil və adıçəkilən təşkilatın mövcudluğunu sübut etmək üçün hansısa cəhdlər əbəsdir. Yeni koalisiyanın yaradılmasına gəlincə, burada da bəzi müxalifət partiyalarının maraqları əsas rol oynayır. Çünki radikal müxalifət düşərgəsinin hər hansı birlik formatlarının hər zaman iflasa uğraması bütün cəmiyyətə məlumdur. Bu mənada, radikalların yenidən bir koalisiya ətrafında toplaşması heç nəyi dəyişməyəcək.

Paylaş:
Baxılıb: 1228 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30