Ana səhifə »  Müəlliflər »  Radikal düşərgədə yeni nüfuz savaşı başlayıb
A+   Yenilə  A-
Radikal düşərgədə yeni nüfuz savaşı başlayıb
Yazdı: Mübariz Abdullayev

Partiyaların təmsilçiləri indi də real müxalifət kimdir sualı ətrafında mübahisələr açıblar
Radikal müxalifət düşərgəsinin təmsilçilərinin işləri-gücləri heç bir sosial-ictimai əhəmiyyət kəsb etməyən məsələlərlə baş qatmaqdan ibarətdir. Onlar cəmiyyətdə ikrah doğuran əməllərini müxtəlif gəlişigözəl sözlər altında pərdələməyə çalışaraq özlərindən “ictimai fəal”, “müxalif qüvvə” obrazı düzəltməyə çalışırlar. Budur, radikallar indi də “real müxalifət kimdir” tapmacasının açmasını axtarmağa girişiblər. Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu dəfə də radikallar öz amplualarında qalmaqdadırlar. Belə ki, radikal düşərgədə cəmləşən partiyalardan, marginal qruplardan və yaxud ayrı-ayrı şəxslərdən hər biri “real müxalifət” statusunda yalnız özünü və yaxud təmsil olunduğu qurumu gördüyünü bildirir.
Məsələn, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qənaətinə görə, “real müxalifət” dedikdə üzvü olduğu partiyanın hegemon mövqe tutduğu “Milli şura” başa düşülməlidir. Məlumdur ki, son günlərdə radikal düşərgədə yeni koalisiya yaratmaq söhbətləri baş qaldırıb. Təbii ki, belə söhbətlər başda AXCP olmaqla yerini qondarma “Milli şura”da möhkəmlədən radikalların, necə deyərlər, kürklərinə birə salıb. “Milli şura”çılar radikal düşərgədə onlara yeni “boğaz ortağı” peyda olmasından narahatdırlar və bunun qarşısını vaxtında almaq istəyirlər. Buna görə də AXCP sədrinin ruporu rolunda çıxış edən Fuad Qəhrəmanlı baltanı ağacın kökündən vurmağa qərar verib. O, real müxalifət qüvvələrinin qondarma “Milli şura”da təmsil olunduğunu və bu səbəbdən də hər hansı yeni koalisiyaya ehtiyac duyulmadığını dilə gətirib: “Real müxalif qüvvələr “Milli şura”da təmsil olunub. Bu, hər kəsə bəlli olan bir reallıqdır. Bu səbəbdən də hesab edirəm ki, yeni bir koalisianın yaranmasına ehtiyac yoxdur”.
Qeyd edək ki, Fuad Qəhrəmanlının “real müxalifət “Milli şura”dır” deməsi radikallar arasında illərdir ki səngimək bilməyən mənafe savaşının başqa ad altında yenidən gündəmə gəlməsindən başqa bir şey deyil. AXCP və Müsavat partiyalarının son 20 ildə sərgilədikləri “ana müxalifət” iddialarını yada salaq. Son prezident seçkiləri ərəfəsində “Müsavat”ın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı “Milli şura”dakı “cırtdan” partiyalara məhz “real güc bizik” iddiası ilə dirsək göstərdi və onlar qondarma qurumun ikinci “vahid namizəd”inin təbliğat-təşviqat kampaniyasından kənarda saxlanıldılar. Seçkilərdən sonra radikallar arasında baş qaldıran “Milli şura”dan “İctimai palata”ya qayıdaq” qovğasının motivi də eyni idi. “Milli şura”da mövqeləri zəifləyən partiyalar qondarma qurumun “öz missiyasını başa vurduğunu” əsaslandırmağa çalışırdılar. Başda AXCP-Cəmil Həsənov tandemi olmaqla qondarma qurumda “söz sahibinə” çevrilən və artıq bəhrə gözləyən (oxu: xaricdəki anti-azərbaycançı dairələrin ayıracaqları ianələrin, qrantların bütünlüklə “Milli şura”ya çatacağını düşünən-M.A.) qüvvələr isə “İctimai palata”nın üstündən çalın-çarpaz xətt çəkərək onun keçmiş olduğunu bildirdilər.
Son günlərdə qondarma “El” hərəkatının rəhbəri Eldar Namazov da yenidən “ana müxalifət” olmaq iddiaları ilə gündəmə gəlib. Ermənipərəst Rüstəm İbrahimbəyovla yaxınlığı sayəsində “Milli şura” layihəsi ilə özünə radikal düşərgədə ənənəvi müxalifət təmsilçiləri ilə eyni cərgədə dayanmaq hüququ qazanan reneqat Eldar Namazov yerini daha da möhkəmlətməyə qərar verib. Belə ki, reneqat Eldar Namazov xaricdəki anti-azərbaycançı dairələrin AXCP və “Müsavat”ın timsalında ənənəvi müxalifətə inamının zəifləməsindən maksimum dərəcədə istifadə edərək “ana müxalifət” adını öz üstünə götürmək niyyəti sərgiləyir. O, bu istiqamətdə əməli fəaliyyətə də başlayıb. ABŞ-ın ölkəmizdəki səfiri Ricard Morninqstarla görüşdən sonra reneqat Eldar Namazov “Milli şura” ilə yollarını ayıraraq bundan sonra vaxtını qondarma “El” hərəkatını partiyaya çevirməyə həsr edəcəyini bildirib.
Lakin Eldar Namazovun “ana müxalifət” olmaq iddiaları digər müxalifət partiyalarının təmsilçiləri tərəfindən birmənalı qarşılanmır. “El”in rəhbərinin reneqat xislətinə bələd olan ayrı-ayrı partiyaların təmsilçiləri bu qənaətdədirlər ki, Eldar Namazovun radikalların öndəgedəninə çevrilməsinə heç bir haqqı çatmır. Partiyaların təmsilçilərinin reneqata ünvanladıqları qınaqlarda onun elektoratdan məhrum qalması, təşkilatının isə “adı var, özü yox” bir qurum olması kimi arqumentlər əsas yer tutur.
Göründüyü kimi, radikalların heç bir güc faktoru olmayan radikal düşərgədə “real”, “qeyri-real”, “ana” müxalifət təfriqələri salmaq cəhdləri sırf konyuktur maraqlardan qaynaqlanır. Bununla partiyalar və marginal siyasi qruplar, sadəcə, bir-birilərinə qarşı əzələ nümayiş etdirmək istəyirlər. Əslində, siyasi partiyaların və siyasilərin real gücü, cəmiyyətdə sayılıb-seçilməsi seçkilər yolu ilə müəyyənləşdirilir. Praqmatik fəaliyyətləri, cəmiyyət və milli maraqlardan çıxış etmələri ilə tanınan partiyaların təmsilçiləri bir qayda olaraq seçkilərdə opponentlərini üstələyərək daha çox səs toplamağa müvəffəq olur və seçkili orqanlarda təmsilçilik hüququ qazanırlar. Azərbaycandakı radikal düşərgə təmsilçiləri isə siyasi mübarizənin bu sadə formulunu daim “yaddan çıxararaq” öz varlıqlarını “babam mənə kor dedi, gəlib-gedənə vur dedi” prinsipi ilə təsdiqlətməyə çalışırlar.

 
  • Oxunub:  24210  |  
  • Tarix:  12-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA