Ana səhifə »  Müəlliflər »  Reneqat Eldar Namazov Cəmil Həsənova “şantajçı” və “məntiqsiz” dedi...
A+   Yenilə  A-
Reneqat Eldar Namazov Cəmil Həsənova “şantajçı” və “məntiqsiz” dedi...
Yazdı: Pərviz Sadayoğlu

Keçmiş müttəfiqlər bir-birilərini yalançılıqda ittiham edirlər
Antimilli “Milli şura”nın dağılması ilə radikal müxalifət düşərgəsində başlayan qovğa bu gün də davam etməkdədir. İsa Qəmbər-Əli Kərimli “savaşı” ilə start götürən bu söz duelini sonradan reneqat Eldar Namazovla “dublyor” Cəmil Həsənov davam etdirmişdi. Amma C.Həsənovun reneqat E.Namazova qarşı son ittihamları olduqca kəskinliyi ilə seçilirdi. O, keçmiş “müttəfiqini” “Milli şura”dan özünə dividend qazanmaqda ittiham etmişdi və onun “şura”dakı fəaliyyətini yarıtmaz adlandırmışdı.
C.Həsənovun ittihamlarına cavab verən reneqat E.Namazov isə belə demək mümkündürsə keçmiş “dublyoru” yerlə-yeksan edib. O deyib ki, sonuncu prezident seçkilərindən sonra “Milli şura”dan ayrılan və proseslərlə bağlı mətbuatda çıxış edən insanlara qarşı şər-böhtan kampaniyası aparılır: “Sanki “Milli şura” haqqında ancaq “hər şey çox əla oldu, kampaniyanı yüksək səviyyədə apardıq, Cəmil Həsənli 65 faiz səs toplayıb, hər şey əladır” fikirlərini demək olar. Bundan kənara çıxan, problemlər haqqında təhlil aparan insanlara qarşı dərhal böhtan kampaniyası başlayırdı”.
Beləliklə, görünən odur ki, E.Namazov istər C.Həsənovun, istərsə də digər radikal düşərgə təmsilçilərinin “Milli şura”da demokratik ab-hava hökm sürür fikirlərini təkzib edir, onları yalançılıqda günahlandırır. O, bildirib ki, Cəmil Həsənovun “El” hərəkatının “Milli şura”nın Koordinasiya Şurasının siyahısını ifşa etməsi ittihamı da yalandır: “Təəssüflər olsun ki, Cəmil müəllim bu məsələni şişirtmək xəttini seçdi. Bundan sonra Cəmil müəllim “Azadlıq” radiosuna çıxaraq ittihamları bir növ davam etdirdi. Cəmil müəllim radioda çıxış edərkən üç məqamı qeyd etdi. Dedi ki, Koordinasiya Şurasında AXCP-dən yalnız iki nəfər var: Əli Kərimli və Kamil Vəli Nərimanoğlu. Əlavə etdi ki, Koordinasiya Şurasında ancaq partiya sədrləri və “Milli şura”nın komissiya rəhbərləri salınıb. Orada da bizim verdiyimiz əsaslı izahata rəğmən yenə də Koordinasiya Şurasının siyahısını “El” hərəkatından “Yeni Müsavat”a ötürülməsinə eyham vurdu. Əslində, Cəmil müəllimin dediyi hər üç məsələ həqiqətəuyğun deyildi. Oraya AXCP-dən 3 adam salınmışdı”.
Göründüyü kimi, E.Namazov açıq şəkildə göstərir ki, C.Həsənov “Milli şura”da yalnız və yalnız AXCP-nin maraqlarını qorumağı özünün “vacib” işi sayıb. Yəni, “Milli şura” adlanan və antimilli fəaliyyətlə məşğul olan bu qondarma qurum da yalnız bir qism radikal qüvvənin şəxsi maraqlarını müdafiə etməklə məşğul imiş. Hələ bu harasıdır. Belə ki, E.Namazov öz keçmiş “dostunu” “inək oğrusu”na bənzədib: “Mən anlayıram ki, həyatda çoxları belə hallarla rastlaşıb və belə adamlar da olur. Sən hansısa ciddi elmi, siyasi, ictimai proseslərlə bağlı arqumentlər əsasında müzakirə aparırsan, hansısa addımın düzgün olmadığını əsaslandırırsan. Qarşı tərəf də arqument tapmayanda deyir: “Qonşunun inəyini aparıblar, yəqin, onu sən oğurlamısan”. Adətən, belə şəxslərlə apardığın diskussiyanı o dəqiqə kəsməli olursan. Çünki görürsən ki, adam haqlı olmayanda sənə qarşı şər-böhtan atır”.
E.Namazov C.Həsənovu həm də bu “mübarizədə” “qurşaqdan aşağı” həmlədə günahlandırıb. Onun sözlərinə görə, son bir ayda gedən “söz duelində” də Cəmil Həsənov heç bir mətləbə aidiyyəti olmayan şəxsi müstəviyə yönələn ittihamlara əl atıb: “Bu çox təəssüfedici haldır. Əslinə qalsa bu yanaşmanın özü də, “Milli şura”da niyə dağılma prosesi gedir”, “Nə üçün ötən ilin mayında aralarında olan narazılıqları kənara qoyaraq birləşən qüvvələr bir-birilə münasibətləri korlayıb dağılma prosesi başlatdı” suallarına aydınlıq gətirir. Əlbəttə, nəzərə almaq lazımdır ki, Cəmil müəllim bu günə qədər heç bir təşkilata rəhbərlik etməyib. Yəqin, həmin “məktub” məsələsinin əsl səbəblərini vaxtında bizim abrımıza sıxıb ictimailəşdirməməyimiz onların yalan kampaniyasını davam etdirmək üçün bir qədər də “ruhlandırıb”.
Bəlli olur ki, bu qondarma qurumun ətrafında ziddiyyətlər təsəvvür ediləndən də yüksək səviyyədədir. Hətta bir-birilərini açıq şəkildə ittiham edən, təhqirlər yağdıran dünənin “müttəfiqləri” artıq bütün sərhədləri aşıblar. E.Namazov “dublyor” namizədin “mitinq” mifini də tənqid edib. O etiraf edib ki, “Milli şura”nın keçirdiyi mitinqlərə az adam qatılıb və bunun da günahı məhz AXCP ilə Müsavat Partiyasındadır: “Həmin dövrdə mitinqin təşkili ilə məşğul olan şəxslərdən biri yanıma gəldi və soruşdu ki, “El” hərəkatı mitinqə nə qədər adam gətirə bilər. Mən də ona sual etdim ki, başqaları bu haqda nə deyir? Dedi ki, bir partiya 10 min nəfər gətirəcəyini bildirir, digəri 5 min, o biriləri 3 min və s. Mən də dedim ki, bu rəqəmlər inandırıcı görünmür. Sonra da dedim ki, biz “El” hərəkatı olaraq çalışacağıq ki, minə yaxın insanı mitinqə gətirək, qalanlarının dedikləri isə inandırıcı deyil. Mitinq başlayanda ilk çıxış edən “Müsavat” başqanı meydana baxaraq “Müsavat”çıları, cəbhəçiləri və “El”çiləri salamladı. Çünki orada kimlərin adam gətirdiyi görünürdü. Mitinqdən sonra təşkilatçılar etiraf etdilər ki, Eldar Namazov dediyinə yaxın adam gətirdi, amma “10 min adam gətirəcəyik” sözü verənlər yalnız 10 faizini gətirə bildilər. Bir daha qeyd edirəm ki, həmin mitinqin təşkilati işləri ilə mən məşğul olmamışdım və öncədən də bu məsələyə obyektiv münasibət bəsləyirdim. İndi yalandan “Mitinqə Eldar Namazov təşkilatçılıq edib və bu mitinq alınmayıb” demək heç bir məntiqə və etikaya sığmır”.
Göründüyü kimi, “Milli şura” başından bəri yalanlar üzərində bərqərar olmuş bir qurum kimi formalaşdırılıb. Bu səbəbdəndir ki, orada təmsil olunan radikal düşərgə təmsilçiləri xarici pullar kəsilən kimi bir-birilərinin düşməninə çevrildilər. Hətta dünənə qədər zalda bir-birinə çəpik çalanlar bu gün qəzet səhifələrində qarşılıqlı ittihamlar səsləndirirlər. Bu faktın özü “Milli şura” adlanan qondarma qurumun əsl simasını açır. Hətta özünü “Milli şura”nın “xilaskarı” kimi qələmə verməyə çaışan C.Həsənov, “Milli şura” tramplinindən istifadə edərək radikal düşərgədə “ana müxalifət” qiyafəsinə düşməyə çalışan E.Namazov da eyni xarakterin daşıyıcılarıdırlar.

 
  • Oxunub:  24750  |  
  • Tarix:  12-02-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
20 Fevral 11:53
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 mindən artıq insan müraciət edib
20 Fevral 11:50
DOST Agentliyi könüllülüklə əlaqədar keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
20 Fevral 11:47
Məqsədimiz məzunlarımıza karyeralarını qurmaqda yardımçı olmaqdır
20 Fevral 11:33
İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
20 Fevral 11:29
Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib
20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6