Ana səhifə »  Müəlliflər »  Əli Kərimli rüşvətxor çıxdı
A+   Yenilə  A-
Əli Kərimli rüşvətxor çıxdı
Yazdı: Mübariz Abdullayev

Belə olmasaydı, dövlət katibi vəzifəsi daşıyarkən ona rüşvət təklif etməyə kim cəsarət edərdi?
AXCP-nin sədri Əli Kərimli mətbuata verdiyi müsahibələrində özünü aydan arı, sudan duru, yəni pul-paradan, rüşvətdən uzaq birisi kimi təqdim etməyə çalışır. Lakin Əli Kərimlinin öz vicdanına and içib “mən rüşvətə bulaşmamışam” deməsinin heç qara qəpik qədər də mənası yoxdur. Çünki reallıqda cəmiyyət onu tamam başqa qiyafədə, pula həris birisi kimi tanıyır. Bu günlərdə “Azadlıq” qəzeti AXCP sədrinin 1993-cü ildə, yüksək dövlət vəzifəsi tutduğu vaxtlarda “Azərbaycan” qəzetinə verdiyi müsahibəni dərc edib. Müsahibə sensasion bir başlıq altında təqdim olunub: “Əli Kərimliyə rüşvət təklif etdiyinə görə işdən qovulan kimdir?”
İşə bir baxın, “Azadlıq” qəzeti Əli Kərimlinin imicini artırmaq məqsədilə təkrar dərc etməyə lüzum gördüyü müsahibədə ona “rüşvət” sözünü calayıb. Məşədi İbad demişkən, heç hənanın yeridir? Əli Kərimli hər şeyi edir, vurnuxur, yalan danışır ki, rüşvət şübhələri özündən uzaqlaşdırılsın, bunlar isə yenə də dəlinin yadına daş salırlar. Qaş qayırmaq istəyəndə, göz tökmək buna deyərlər.
Amma “Azadlıq”ı qınamağa da dəyməz. Görünür, bu, bir alın yazısıdır-rüşvət Əli Kərimlinin taleyidir. Buna görə də, o, istəsə də, istəməsə də adının yanında həmişə “rüşvət” sözü yazılır. Belə olmasaydı, dövlət katibi vəzifəsi daşıyan Əli Kərimliyə rüşvət təklif etməyə kim cəsarət edərdi? Azərbaycan kiçik ölkədir, burada “dəhliz söhbətləri” ölkə boyunca ildırım sürəti ilə yayılır. Görünən odur ki, Əli Kərimli ötən əsrin 90-cı illərinin əvvəllərində əlinə düşən girəvədən maksimum dərəcədə yararlanmağa çalışıb və rüşvət almağı bir özəl iş metoduna çevirib. Təkrar edirik, bu, bir aksiomadır ki, rüşvət alana rüşvət təklifi gəlir.
Gəlin, köhnə palan içi tökməyək. Sözügedən müsahibədə xatırlanan dövr artıq keçmişdə qalıb. Necə deyərlər, bizim günlərimizdən bəhs edək. Ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkiləri ərəfəsində BAXCP sədri Qüdrət Həsənquliyev İTV-dəki debatlardan birində AXCP sədri Əli Kərimlinin 2011-2012-ci illərdə bank hesablarından 8 milyon 388 min manat pul çıxartdığını ictimailəşdirdi. Bunun ardınca “Virtual Azərbaycan” saytı da “Əli Kərimli 8 milyon manatı necə qazandı və xərclədi...” başlıqlı araşdırma yazısı ilə çıxış etdi.
Haqqında bəhs olunan məqalədə AXCP sədri Əli Kərimlinin, onun oğlu Türkel Kərimlinin, əmisi oğlu Tofiq Kərimlinin, qaynı Elnur Seyidovun, baldızı Aytən Rafiq qızı Seyidovanın və Kərimlilər ailəsinin digər üzvlərinin adları keçir. Məqalədə deyilir: “Məlum olur ki, Əli Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan Azərbaycan reallığında (yeri gəlmişkən, təkcə Azərbaycan yox, elə Qərb reallığında da!) fantastik görünən məbləğdə - 8 milyon 603 min 364 manat pul çıxarıblar. Özü də nağd şəkildə...”
Əli Kərimli 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib. Bizneslə məşğul deyil. AXCP yetkililərinin bildirdiklərinə görə, nə o, nə də AXCP beynəlxalq fond və təşkilatlardan qrant almayıblar. Belə olan halda bu qədər pullar AXCP sədrinin dövriyyəsində haradandır? Bundan başqa, “Əli Kərimli heç yerdə işləməyə-işləməyə partiyanın, dəbdəbəli həyat tərzinin, bahalı maşınların xərclərini necə və hansı pullarla qarşılayır” sualının cavabını tapmaq lazımdır. Hələ bu da hamısı deyil. Əli Kərimlinin heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 20 gün ərzində - 2011-ci il sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində “Texnikabank”da 75 min funt-sterlinq məbləğində maliyyə əməliyyatı aparıb.
Mötəbər mənbələrin verdiyi informasiyaya görə, Əli Kərimli 2008-ci ildə “Texnikabank”ın Yasamal filialından 145 min manat məbləğində kredit götürüb və kredit borcunu cəmisi bir neçə ayın içində çox asanlıqla, yəni heç bir ləngimə və problem olmadan ödəyib qurtarıb. Yeri gəlmişkən, özü də təkcə öz borcunu da yox! Əli Kərimli oğlu Türkel Kərimlinin də 20 min 640 funt-sterlinq və 12147 manatlıq iki kredit borcunu ödəyərək borc hesablarını bağlayıb. Bəs bunu hansı mənbələr hesabına edib? İşsiz müxalifətçi bu 200 min manatı qəfildən haradan tapmışdı?
2009-cu ilin sentyabrında isə Əli Kərimli dünyanın ən nəhəng banklarından biri olan “Barklays Bank PLC” bankında oğlunun - yenə həmin Türkel Kərimlinin adına hesab açdırıb. Türkel Kərimli elə həmin il də Böyük Britaniyanın çox nüfuzlu və bahalı ali məktəbi olan “S.T.Edwards School”un tələbəsi olur. Əli Kərimli 2009-cu il iyulun 29-dan etibarən oğlunun “Barklays Bank PLC” bankındakı hesabına böyük məbləğlərdə pullar köçürməyə başlayır və iyulun 29-da 30 min funt-sterlinq məbləğindəki ilk tranşı göndərir.
Əli Kərimli bu qədər pulları yerdənmi çıxarır? Bəlkə, Əli Kərimli xaricdəki anti-azərbaycançı dairələrdən radikal düşərgəyə, o cümlədən də AXCP-yə ünvanlanan ianələri, qrantları, lap elə “Azadlıq” qəzetinə, qəzetin yazarı Mirzə Sakitə çatacaq mükafatları mənimsəyərkən bunları “haram pullar” saymır. Bəs, deyin, görək, haramçılıq, rüşvətxorluq necə olur, Əli Kərimli?

 
  • Oxunub:  26760  |  
  • Tarix:  08-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA