Ana səhifə »  Müəlliflər »  Radikallar arasında kompramat savaşı səngimir
A+   Yenilə  A-
Radikallar arasında kompramat savaşı səngimir
Yazdı: Mübariz Abdullayev

Bu dəfə qarşılıqlı ittihamlarla “Milli şura”nın indiki sədri Cəmil Həsənovla qondarma qurumun icra aparatının sabiq sədri Eldar Namazov çıxış edirlər
Fərqli maraqlar güdən partiyaların, siyasi qrupların və şəxslərin axıradək eyni birlikdə təmsil olunmaları dəryada balıq sevdasıdır. Belə birliklər, bir qayda olaraq, yarı yolda palçığa batıb qalırlar. Biz bunun təsdiqini radikal düşərgə təmsilçilərinin ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərindən öncəki mərhələdə üz tutduqları yeni “birlik” formatının-qondarma “Milli şura”nın timsalında bir daha gördük. Qondarma qurum yarandığı vaxtdan bəri təmsilçilərin qarşılıqlı çəkişmələri meydanına çevrilib. Burada eyni dam altına yığışan partiyalardan, marginal qruplardan hər biri daim ambisiyalar sərgiləyir və qondarma qurumun digər üzvlərinə öz konyuktur maraqlarından irəli gələn şərtlərini diktə etməyə çalışır. Bu şərtlər təmin olunmadıqda isə partiyaların təmsilçiləri arasında sonu görünməyən qovğalar meydana çıxır, qarşılıqlı ittihamlar baş alıb gedir.
“Milli şura” daxilində zaman-zaman gah gizli gedən, gah da bütün cəhətləri ilə açıq müstəviyə çıxan AXCP-“Müsavat”, Əli Kərimli-İsa Qəmbər, ALP-“Müsavat”, “Müsavat”-Rüstəm İbrahimbəyov qarşıdurmaları yaşanıb. Qondarma qurumun istisnasız olaraq bütün təmsilçiləri özlərinə rəqib sandıqları başqa birisinin üstün mövqeyə yüksəlməsini əsla həzm edə bilmir və onu “yüksəklikdən” aşağı yuvarlatmaq üçün dərhal əks-hücuma keçirlər. Bu da ilk növbədə onunla bağlıdır ki, “Milli şura” deyilən qurum ideya, məslək birliyindən yaranmayıb, ayrı-ayrı partiyalar bura sırf konyuktur maraqlara görə üz tutublar.
Budur, indiyədək yaşanan “Milli şura” qovğalarının sırasına daha birisi əlavə olunub. Bu dəfə “Milli şura”da heç nə yoğurub-yapmadan əvvəlcə ikinci “vahid namizəd”, daha sonra isə sədr statusu qazanan Cəmil Həsənovla bir vaxtlar özünü qondarma qurumun əsas simalarından biri qismində gözə soxmağa nail olan reneqat Eldar Namazov üz-üzə gəliblər. Əslində, “Milli şura” daxilində əvvəlki (Eldar Namazov “Milli şura”nın icra aparatının rəhbəri olub-M.A.) və hazırki rəhbərlik arasında sükutun nə vaxtsa pozulacağı gözlənilən idi. Çünki Eldar Namazov Rüstəm İbrahimbəyov dönəmində uğrunda çox tər tökdüyü qondarma qurumda, necə deyərlər, oyundankənar vəziyyətə salınması ilə heç vaxt barışmadığını bu və ya digər şəkildə lap əvvəldən büruzə verirdi. Öz növbəsində yeni sədr Cəmil Həsənov da daha çox AXCP üzvləri və Əli Kərimli ilə təmaslar qurmaqla ona işarə edirdi ki, onun komandasında qondarma qurumun mərkəzi icra aparatının sabiq sədri Eldar Namazova heç vaxt yer olmayacaq.
Artıq tərəflər arasında narazılıqların eyhamlarla ifadə edilməsi mərhələsinin arxada qaldığını söyləmək mümkündür. İstər Eldar Namazov, istərsə də Cəmil Həsənov daha oxu atıb, yayı gizlətmirlər, hər şeyi öz adı ilə çağırmağa üstünlük verirlər.
“Abır-həya” səddini ilk keçən “El”in rəhbəri reneqat Eldar Namazov oldu. Mətbuata verdiyi müsahibəsində “Milli şura”nın fiaskosunun səbəblərindən bəhs edən reneqat burada uğursuz ikinci “vahid namizəd” amilini önə çəkir. Eldar Namazov “Cəmil Həsənovun ikinci “vahid namizəd” müəyyənləşdirilməsi ilə çoxları barışmırdı” fikrini ifadə etməklə, əslində, qondarma qurumun parçalanması ittihamını “tarixçi alim”in üstünə qoymaq istəyir. Eldar Nmazov müsahibəsində Cəmil Həsənovun “Milli şura”nın öndəgedəni müəyyənləşdirilməsini uğursuz seçim kimi dəyərləndirib.
Cəmil Həsənovun reneqatın müsahibəsində ona ünvanladığı ittihamlara cavabı özünü çox gözlətmədi. O, keçmiş “müttəfiqini” “Milli şura”dan öz məqsədləri üçün istifadə etməkdə günahlandırır: “Eldar bəy “Milli şura” ideyasından əldə edə biləcəyi şeyləri əldə etməyə çalışdı. Bəzilərinə də nail oldu. Məsələn, bir siyasətçi kimi ona siyasi səhnədə Əli Kərimli və İsa Qəmbərlə bərabərhüquqlu tərəf olmaq zəruri idi. “Milli şura”nın adı, Rüstəm İbrahimbəyovun mandatı ilə o, bu istəyinə qısa bir vaxtda yetişdi. Əlbəttə, bir siyasətçi kimi bu onun üstünlüyü idi. Amma bu dividend qalacaqmı? Bunu zaman göstərər”.
Cəmil Həsənovun reneqata ünvanladığı bu ittihamlar qarşılıqlı ədavətdən qaynaqlansa da, onlar həqiqətdir. Əslində, Eldar Namazov vəzifədən qovulanda ona qucaq açan radikal düşərgə təmsilçilərini öz xarakterinə uyğun tərzdə şor qiymətinə satmaq və bir baş üstün mövqeyə çıxmaq üçün həmişə məqam axtarıb. Bu günlərdə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar ilə görüşdən sonra isə o, radikal düşərgənin “ana müxalifəti” olmaq uğrunda çabalamalara start verib. Yeni rəqibin özünə başağrısı olacağını yaxşı başa düşən Cəmil Həsənov isə reneqatın bu çabalamalarını “uğursuz cəhdlər” kimi dəyərləndirir. “Milli şura”nın sədri diqqəti reneqatın “uğurlarından” yayındırmaq üçün bəyan edib ki, “El”in sədri təkbaşına heç nəyə nail ola bilməyəcək.
Cəmil Həsənov mətbuata verdiyi müsahibədə Eldar Namazovun “Milli şura”dan getməsinə səbəb olan əsas “sirrə” də aydınlıq gətirib. C.Həsənov reneqatın Rüstəm İbrahimbəyovdan sonra qondarma qurumun “vahid namizəd”liyinə və sədrliyinə iddialı olduğundan, bundan ötrü bütün vasitələrə əl atmasından bəhs edir. Dublyorun qənaətinə görə, Eldar Namazovun istəyi baş tutmadığına görə, “Milli şura” onun üçün maraqsız bir quruma çevrilib. Cəmil Həsənov, həmçinin, diqqəti Eldar Namazovun “Milli şura”dakı “uğursuz” fəaliyyətinə yönəldib: “Eldar bəyin qərargahının 12 günə etdiyini bizim seçki qərargahı 12 saata etdi”.
Göründüyü kimi, “Milli şura” təmsilçiləri “müttəfiqlərini” hər an yarı yolda qoymağa hazırdırlar. Radikallar arasında kompramat savaşının bundan sonra da eyni intensivliklə davam edəcəyi şəksizdir. Çünki kəsişən maraqlar daim ziddiyyətlərə, qarşıdurmalara gətirib çıxarır.

 
  • Oxunub:  25290  |  
  • Tarix:  07-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA