Ana səhifə »  Müəlliflər »  Şəhid kimlərə deyilir?
A+   Yenilə  A-
Şəhid kimlərə deyilir?
Yazdı: Nardar Bayramlı

İslam dinində şəhidlik - iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yüksək zirvəsidir
Son zamanlar cihad və şəhadət kimi müqəddəs məqamlara dair bəzi təhrif edilmiş düşüncələrin məqsədli şəkildə cəmiyyətimizə sirayət etdirilməsinə cəhdlər müşahidə olunur. Narahatedici məqamlardan biri isə bəzi həmvətənlərimizin müəyyən məqsədlər naminə bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qatılması, onların əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdır. Bəs, əslində, şəhidlik və cihad hansı məna daşıyır? Qurani-Kərimdə bu suala cavab tampaq asandır. Allah (c.c.) yolunda canını fəda edən bir müsəlmana şəhid deyilir. Allah Təala (c.c.) Qurani-Kərimdə belə buyurub: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allahın dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (Bəqərə, 2/154). “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbblərinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər” (Ali-İmran, 3/169). Bu ayələrdən də göründüyü kimi, Allah (c.c.) şəhidlərə böyük dəyər verməkdə və onların yaşadıqlarını qətiyyətlə bildirməkdədir. Sonsuz Kəlam Sahibinin belə ifadələri şəhidlik mərtəbəsinin dəyərini və yüksəkliyini də göstərməkdədir.
Lakin təəssüflər olsun ki, cəmiyyətimizdə müəyyən dairələr bu dəyəri yanlış olaraq təqdim edir və insanlara şəhidlik anlayışını düzgün izah etmirlər. Bu məqamda xatırladaq ki, bu günlərdə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası məsələ ilə bağlı fətva yayıb. Fətvada bildirilir ki, İslam dinində şəhidlik - iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur: “Bizim hər birimizin boynunda 20 Yanvar, Qarabağ şəhidlərimizin haqqı vardır, odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Şükürlər olsun ki, dövlətimiz və xalqımız şəhidlərimizin xatirəsini daima uca tutur, onların ruhlarını böyük ehtiramla yad edir”.
Müqəddəs hədisi-şərifdə buyurulduğu kimi, Vətəninə, dininə, torpağına, ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir. İslam dinində cihad və şəhadətin əsas şərti təcavüz edənlərə qarşı özünümüdafiədir. Əqidə, iman Vətən təəssübü ilə tamamlanmırsa, kamil deyil, belə ki, Məhəmməd Peyğəmbərin (s) buyurduğu kimi, “Vətəni sevmək (qorumaq) imandandır”. Azərbaycan xalqının Qarabağ kimi böyük dərdi var, torpaqlarının 20 faizi Ermənistandan tərəfindən işğala məruz qalıb, Xocalı qətliamının acısını bu günədək çəkməkdəyik. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması isə dinimizin mahiyyətinə ziddir.
Peyğəmbərimiz buyurur ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil. QMİ Qazılar Şurası bəyan edib ki, bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir əsası yoxdur. Fətvada o da bildirilir ki, “Biz xalqımızın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrı-seçkiliyinə şərait yaradan, bölgəmizdə xəvaricilik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərəyanları radikal şəkildə təbliğ edənlərin təsirinə düşərək, dövlətimizin “Dini etiqad azadlığı haqqında” Qanununa zidd hərəkətlərə yol verən şəxslərin həm müqəddəs dinimizə, həm də xalqımızın, dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq”.
Qazılar Şurası qərara alıb ki, din xadimlərimiz öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini, bu fətvada əksini tapan məqamları dindarlara, xüsusən, gənc nəslə çatdırsınlar.
Öz növbəsində məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri deyib ki, şəhidlik və cihadın mahiyyətini ictimaiyyətə izah etmək üçün dini maarifləndirmə işləri gücləndirilməlidir: “Çünki bəzi müsəlman alimləri Suriyada cihad olduğunu, bəziləri isə tamamilə əksini elan ediblər. Bu gün gedənlərin kütləvi hal almasının da səbəbi odur ki, bu insanlar arasında kütləvi qruplaşma var. Bu qruplaşmalar arasında da fikir ayrılığı var. Bunun da yeganə əlacı dini maarifləndirməni gücləndirməkdir”.
Bakıdakı Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli isə bildirib ki, bəzi xarici qüvvələr bu məsələdən öz maraqları üçün istifadə edərək, radikal təfəkkürlü insanları o ölkədə baş verənlərə cəlb edir, ölkə daxilində silahlı qarşıdurma yaradırlar: “Suriyada baş verənlərin müqəddəs müharibəyə, cihada heç bir aidiyyəti yoxdur. Cihad Qurani-Kərimdə işlənmiş sözdür və təcavüzə məruz qalanın özünü qoruması mahiyyətini daşıyır. Yəni hansısa müsəlman xalq təcavüzə məruz qalırsa, torpaqları zəbt olunursa, işğal olunursa, xalqın vəzifəsidir ki, öz dəyərlərini qoruyaraq təcavüzkara cavab versin. Bunların isə heç birinin bu gün Suriyada baş verənlərlə hər hansı əlaqəsi yoxdur”.
Hacı Şahin onu da deyib ki, Suriyada cihad adı altında vuruşaraq ölənlər şəhid hesab oluna bilməz: “Mən heç vaxt inanmıram ki, onlar şəhid olsunlar. Çünki əslində bu, müsəlmanlar arasında ixtilafdır, cihad deyil. Orada müsəlmanlar arasında ixtilaf salınıb və insanları qurban edirlər. Müsəlmanlar arasında məzhəb ixtilafları yaradaraq qurban edilən insanlar şəhid deyillər”.
Beləliklə, qeyd olunduğu kimi, bu məsələ ilə bağlı geniş maarifləndirmə işləri aparılmalı, vətəndaşlar İslamın şəhidlik, cihad fəlsəfəsinin mahiyyətini dərindən dərk etməlidirlər. Bu fəlsəfənin dəyər və məziyyətlərinin hikməti əsasında torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərləri qorumaq üçün mübarizə aparılmalıdır.

 
  • Oxunub:  30600  |  
  • Tarix:  06-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir

21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21 Noyabr 14:01
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir
21 Noyabr 13:58
Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir
21 Noyabr 13:40
GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər
21 Noyabr 13:29
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb
21 Noyabr 12:58
“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
21 Noyabr 12:55
“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub
21 Noyabr 12:51
Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib
21 Noyabr 12:47
İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır
21 Noyabr 12:45
Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur
21 Noyabr 12:15
Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub
21 Noyabr 12:07
Azərbaycanlı uşaqlar BMT sessiyasında iştirak ediblər
21 Noyabr 12:05
Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirakı edir
21 Noyabr 12:01
Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim ediləcək
21 Noyabr 11:48
AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb
21 Noyabr 11:42
Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib
21 Noyabr 11:32
Siyavuş Novruzov: Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin, YAP-ın siyasətini dəstəkləyir və Partiya ilə birgədir (VİDEO)
21 Noyabr 11:30
Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
21 Noyabr 11:29
Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb
21 Noyabr 11:23
Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans işə başlayıb
21 Noyabr 11:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin doqquz aylıq fəaliyyəti müzakirə olunub
21 Noyabr 11:10
Kamilə Əliyeva: YAP xalqın böyük əksəriyyətinin etimadını qazanmaqla avanqard siyasi qüvvəyə çevrilib
21 Noyabr 11:08
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
21 Noyabr 10:30
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
21 Noyabr 10:25
Tur-aksiya: 9 rayondan olan 360 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıb
21 Noyabr 10:13
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
21 Noyabr 10:09
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir
21 Noyabr 09:57
YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:55
YAP Gədəbəy rayon təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirib
21 Noyabr 09:54
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd edilib
21 Noyabr 09:52
Samuxda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:48
Rasim Quliyev: YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb
21 Noyabr 09:46
Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurla həyata keçirilir
21 Noyabr 09:44
AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib
21 Noyabr 09:40
Azərbaycanın regionlarında yeni müəssisələr işə salınır
20 Noyabr 21:04
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib
20 Noyabr 20:56
Səfir: AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq
20 Noyabr 20:54
Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi dövründəki prioritetləri müzakirə edilib
20 Noyabr 20:39
UNESKO-nun komissiya iclasında “Böyük İpək Yolu” proqramında Azərbaycanın rolundan danışılıb
20 Noyabr 20:18
Azərbaycan Texniki Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub
20 Noyabr 20:11
Qarabağ müharibəsi veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20 Noyabr 20:06
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20 Noyabr 20:02
UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20 Noyabr 19:57
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20 Noyabr 17:55
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibəti ilə Pirallahı rayonunda tədbir keçirilib
20 Noyabr 17:35
AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20 Noyabr 17:31
QMİ sədri: Erməni dini liderləri razılaşmalara əməl etmir
20 Noyabr 17:04
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə YAP Hacıqabul rayon təşkilatında tədbir keçirildi
20 Noyabr 17:00
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi ilə bağlı YAP Laçın rayon təşkilatı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində tədbir keçirmişdir
20 Noyabr 16:58
YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ci ildönümünə həsr edilmiş tədbir keçirib
20 Noyabr 16:55
Naqif Həmzəyev: 27 ildə YAP-ın uğurları, qələbələri hər kəsin gözü önündə olub
20 Noyabr 16:53
Ülvi Mehdiyev: ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi hazırlanıb və təsisçi ölkələrə göndərilib
20 Noyabr 16:48
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə YAP Qaradağ rayon təşkilatı tədbir keçirib
20 Noyabr 16:45
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı Saatlı rayonunda tədbir keçirildi
20 Noyabr 16:32
Vətəndaşlar 24 saat ərzində istədiyi şəxslərə avtomobil idarə edilməsinə dair etibarnamə verə biləcək
20 Noyabr 16:27
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir
20 Noyabr 16:23
Məhəbbət İbrahimova: Yeni Azərbaycan Partiyası siyasi palitramızın ən güclü təşkilatıdır
20 Noyabr 16:22
Malik Həsənov: Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq miyasda yüksək qiymətləndirilir
20 Noyabr 16:14
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20 Noyabr 16:12
Eldəniz Səlimov: Yeni Azərbaycan Partiyası ötən 27 ildə böyük inkişaf yolu keçmiş partiyadır
20 Noyabr 16:10
Eldar İbrahimov: Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur
20 Noyabr 15:57
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb
20 Noyabr 15:39
Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib
20 Noyabr 15:37
Azərbaycanla Çinin nümayəndə heyətlərinin danışıqlarının yekunlarına dair Protokol imzalanıb
20 Noyabr 15:30
İqtisadi fəal əhalinin sayı 5 milyon 196,9 min nəfər olub
20 Noyabr 15:24
Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər Bölməsinın Mətbuat xidmətinin məlumatı
20 Noyabr 15:09
Doqquz ayda ölkədə 20,2 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatı olub
20 Noyabr 14:51
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
20 Noyabr 14:49
Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6