Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Üçüncü ölkəyə sığınmaq üçün düşmən “köməyi” umanlar

Üçüncü ölkəyə sığınmaq üçün düşmən “köməyi” umanlar

05.02.2014 [09:06]

Nurlan Qələndərli

Azərbaycan ictimaiyyətinin nümayəndələri, ziyalılar Cavid Orucovun Ermənistana keçməsi faktını birmənalı şəkildə Vətənə xəyanət kimi səciyyələndirirlər
Təəssüflər olsun ki, milli mənsubiyyətinə görə azərbaycanlı adını daşıyan bir sıra şəxslər Vətən, xalq və millət məfhumlarını ayaqlar altına ataraq antimilli xarakterlərini nümayiş etdirirlər. Xüsusilə də bu şəxslər ölkəsinin tarixinə, milli-mənəvi dəyərlərinə, müstəqilliyinə və taleyinə neqativ, o cümlədən, laqeyd münasibət bəsləyirlər. İstər ölkə daxilində, istərsə də ölkə sərhədlərindən kənarda yaşamaqlarından asılı olmayaraq, onlar bir çox hallarda hər fürsətdən istifadə etməyə çalışmaqla öz ölkələrinə qarşı fəaliyyət sərgiləyirlər. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycan müxtəlif zaman kəsiklərində bu problemlə qarşılaşıb və hazırda da bu cür neqativ hallar nadir olsa da, mövcuddur. Hazırkı dövrdə də “sapı özümüzdən olan baltalar” öz neqativ əməlləri ilə ölkəmizə, Vətən və xalq məfhumuna qarşı çıxış edirlər. Bu yolda hətta “erməniləşmək”dən belə çəkinmirlər.
Məlum olduğu kimi, Azərbaycan vətəndaşı, 37 yaşlı Cavid Orucovun yanvarın 29-da həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət etməsi bu baxımdan təəssüfverici məqamlardan biridir. Bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciətləri uğursuz olan C. Orucovun üçüncü ölkədə yaşamaq istəyi naminə erməni sevgisi sərgiləməsi bu şəxs və onun niyyəti haqqında hər şeyə aydınlıq gətirir.
Öz növbəsində, Azərbaycan ictimaiyyətinin nümayəndələri, ziyalılar bu faktı birmənalı şəkildə Vətənə xəyanət kimi səciyyələndirirlər.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov qeyd edib ki, bəhs olunan şəxsin üçüncü ölkədə yaşamaq üçün düşmənin “köməyi”nə sığınması xalqımıza və dövlətimizə qarşı xəyanətdir. “Bildiyimiz kimi, Cavid Orucov bundan öncə bir neçə ölkənin səfirliyinə müraciət etmişdi. Onlardan müsbət cavab ala bilməyən bu şəxs öz tüfeyli həyat tərzini davam etdirmək üçün çarəni xalqımıza qarşı dəfələrlə soyqırımı törətmiş, ölkəmizin ərazisinin 20 faizini işğal etmiş işğalçı Ermənistana sığınmaqda gördü. Bu fakt Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə narazılıqla qarşılanır. Düşmən ölkənin “köməyi”nə arxalanmağa xəyanətdən başqa bir ad vermək olmaz”, - deyən millət vəkili əlavə edib ki, bu gün Azərbaycanda təxminən 30 minə yaxın erməni əsilli vətəndaş heç bir təqibə və təzyiqə məruz qalmadan dinc şəraitdə yaşayır. Belə olan halda, onun təqiblə bağlı ittihamlarının heç bir əsası yoxdur.
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov isə bildirib ki, bu cür xəyanət, ilk növbədə, anti-Azərbaycan dairələrə təbliğat materialı verməkdir: “Tüfeyli həyat tərzi sürən Cavid Orucovun uydurma iddialarla Ermənistandan sığınacaq istəməsi işğalçı ölkəyə yeni qara piar imkanı yaratdı. Elə dünya erməniliyi də müxtəlif xalqlar və dinlərin nümayəndələrinin dinc şəraitdə yaşadığı Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmaq üçün bu cür fürsətlər gözləyirdilər. Əfsuslar olsun ki, tüfeyli bir insan öz xain əməli ilə bu şəraiti yaratdı. Əslində, bu adamın tərcümeyi-halı onun hansı mənəvi, əxlaqi dəyərlərin daşıyıcısı olduğunu göstərir. Elə anti-azərbaycançı dairələrə də bu cür satqın insanlar lazımdır ki, onlardan maşa kimi istifadə etsin. Amma unutmaq lazım deyil ki, Azərbaycan müasir, güclü dövlətdir və bu cür neqativ cəhdlər ölkəmizin beynəlxalq imicinə zərrə qədər zərər yetirməyə qadir deyil”.
Milli QHT Forumunun sədri Rauf Zeyni vurğulayıb ki, Cavid Orucovun üçüncü ölkədən sığınacaq almaq üçün Ermənistana keçməsi satqınçılıqdan başqa bir şey deyil: “O, bunun üçün hər hansı bir “arqument” səsləndirə bilər amma bu addım heç bir amildən asılı olmayaraq, birmənalı şəkildə vətənə, xalqa qarşı qəbuledilməzdir. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, azərbaycanlıları soyqırıma məruz qoymuş, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmış təcavüzkar dövlətdir. Belə olan halda, işğalçı, təcavüzkar ölkəyə üz tutmaq yalnız xəyanət kimi xarakterizə oluna bilər”.
R.Zeyni əlavə edib ki, bəzi hallarda vətəndaşlar miqrasiya və ya sığınacaq üçün müraciət edə bilirlər: “Onlar bunu müxtəlif “arqument”lərlə əsaslandırmağa çalışırlar. Amma üçüncü ölkəyə keçmək üçün Ermənistan kimi təcavüzkar, öz vətəndaşlarına belə terror tətbiq edən bir ölkəyə müraciət etmək heç bir dəyər və məntiqə uyğun deyil”.

Paylaş:
Baxılıb: 1214 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31