Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Reneqat Eldar Namazovun “Milli şura” fatihəsi

Reneqat Eldar Namazovun “Milli şura” fatihəsi

01.02.2014 [10:44]

Pərviz Sadayoğlu

Və ya məğlubiyyətin acı etirafı...
Hər zaman dövlətimizin və xalqımızın marağına əks mövqe tutmuş radikal müxalifət düşərgəsinin digər “birliklər” kimi qondarma “Milli şura”nı da yaratmaqda tək məqsədinin gəlir əldə etmək olması artıq düşərgə təmsilçilərinin özləri tərəfindən etiraf olunur. Daha doğrusu, vaxtilə Rusiyadakı antimilli dairələrlə radikal düşərgə partiyaları arasında əlaqələndirici rolunu oynayan, “Milli şura” fiaskosundan sonra isə Qərbdəki anti-azərbaycançı dairələrin köməyi ilə yeni “ana müxalifət” qiyafəsində ortaya çıxmağa çalışan reneqat Eldar Namazov etiraf edib ki, sözügedən qondarma qurumda heç bir monolitlik filan olmayıb. Yeri gəlmişkən, reneqatın indi etiraf etdiklərini biz hələ 9 ay öncə, bildirmiş, bu layihənin heç bir perspektivə malik olmayacağını bəyan etmişdik. Onu da qeyd etmişdik ki, digər qondarma qurumlar kimi, “Milli şura”nın da yaradılmasında əsl məqsəd yalnız ermənipərəst dairələrə xidmət etməkdir. Amma dünənə qədər israrla bu faktları təkzib edən radikal düşərgə təmsilçiləri artıq əsl həqiqəti etiraf etmək məcburiyyətində qalıblar.
Yuxarıda vurğuladığımız kimi, dünənə qədər özünü satqınlar klubu olan “Milli şura”nın “banisi” kimi qələmə verən reneqat Eldar Namazov artıq Qərbin ermənipərəst dairələrinin “əlaltısına” çevrildikdən, “ana müxalifət” kimi meydana atılmaq istəməsindən sonra bu faktları dilə gətirərək məğlubiyyətini etiraf edib. Reneqat Namazov etiraf edib ki, “Milli şura”nın prezidentliyə namizədləri ümumi şəkildə radikal düşərgənin belə hamısı tərəfindən qəbul olunmadı. Bütün partiyaların bu “şura”ya öz məqsədləri üçün “qoşulmalarını” hələ indi etiraf edən reneqat Namazov eyni zamanda, keçmiş müttəfiqlərinin “sirrlərini” də faş edərək ortaya qoyub. O bildirib ki, düşərgədaxili savaş “Milli şura”da da davam edirmiş.
Reneqat Namazov qurumun Məşvərət Məclisinin yaradılmamasının məhz düşərgə partiyalarının rəhbərlərinin maraqları ucbatından reallaşmadığını da deyib: “Razılıq əldə olunmadığına görə, Məşvərət Məclisini yaratmaq mümkün olmadı. Əslində isə səbəb o idi ki, İsa Qəmbərlə Əli Kərimli Məşvərət Məclisinin nəzərdə tutulan variantda yaradılmasını istəmirdilər. İsa Qəmbər bildirirdi ki, sədr Bakıda olmadığına görə bu qurumu yaratmağın mənası yoxdur. Sədr gəlsin, özü Məşvərət Məclisinin tərkibini elan etsin. Əli bəyin yanaşması isə fərqli idi. O deyirdi ki, əgər bu qurum yaranırsa, orada 3 nəfər olmalıdır - Aparatın rəhbəri, Müsavat başqanı və AXCP sədri”.
Beləliklə hər şey ortadadır. Yəni, İ.Qəmbər məhz R.İbrahimbəyovun Bakıya gəlməyəcəyini dəqiq bildiyi üçün belə bir təklif vermişdi. Ə.Kərimli isə birmənalı şəkildə digər partiyaları antimilli dairələrin verdiyi ianələrdən kənarda saxlamaq istəyirdi. Heç şübhəsiz, bu sadalananlar özü “Milli şura”nın hansı “əqidəyə” xidmət göstərdiyini ortaya qoyan faktlardır.
“Milli şura” radikal düşərgəni monopoliyaya almaq uğrunda növbəti cəhd olub...
Reneqat Namazov onu da etiraf edib ki, AXCP ilə Müsavat Partiyası “Milli şura”dan radikal düşərgəni öz nəzarətlərində saxlamaq üçün istifadə ediblər. Onların R.İbrahimbəyovun yerinə məhz C.Həsənovun namizədliyini irəli sürməsi də bu məqsədə xidmət göstərib. Bunun nəticəsində də C.Həsənov seçki qərargahını bu iki partiyaya tapşırıb. “O dövrdə Cəmil Həsənli qərar qəbul etdi ki, seçki qərargahında 2 partiya rəhbər olacaq - AXCP və Müsavat Partiyası. Bununla bağlı məsləhətləşmələr olmadı. Ümumiyyətlə, seçki kampaniyasının başında müstəqil bir şəxs dayanaraq bu məsələləri koordinasiya etməli idi”.
Bir sözlə, artıq reneqat Namazovun özü təsdiq edir ki, C.Həsənov və onu namizəd edənlər öz şəxsi məqsədlərini-pul qazanmaq arzularını reallaşdırmaq uğrunda çalışıblar. Hətta bunun üçün digər “müttəfiqlərinin” də önünə keçməyə hazır olublar.
Ermənipərəst  dairələrin göndərdiyi pullara “doğma” olanlar...
Əslində, bu faktın reneqat Namazov tərəfindən etiraf edilməsi bir sıra mühüm məqamlara da işıq salır. Hələ seçkiöncəsi düşərgə daxilindəki  bir sıra partiyaların narazılıqlarını dilə gətirməsi faktlarını xatırlasaq, aydın olar ki, İ.Qəmbərlə Ə.Kərimli məhz E.Namazovla birgə əldə etdiyi pulları hamıdan gizli saxlayıblar. Reneqat Namazovun etiraflarında məhz “Milli şura”da ögey-doğma məsələsinə eyham vurması bunu sübut edir. Bu gün “Milli şura”nın “fatihəsini” oxuyan “El” hərəkatı rəhbəri bildirib ki, “şura”daxili proseslərin bu birliyi dağıtmağa apardığını görürmüş: “Bu proses “Milli şura”nın dağılmasına aparırdı. Bu məsələ EL hərəkatının İdarə Heyətinin iclaslarında bir neçə dəfə müzakirə edildi. Biz xəbərdarlıq da etdik. Dedik ki, “Milli şura” yarananda o cini şüşəyə salmaq kimi, bütün umu-küsüləri, keçmişdə olan münasibətləri unudub bir yola çıxdıq, bu yolu heç kimə heç bir fərq qoymadan bərabər şərtlərlə getməliyik. Ancaq bu dediyim sonuncu proses cini şüşədən buraxmağa bənzədi. Dərhal iki xətlə “Milli şura”nın içərisində parçalanma getdi”.
Bəli, artıq “Milli şura” tarixin siyasi zibilliyinə atılmış qondarma qurumdur. Bunu həmin qurumda ən yüksək səviyyədə təmsil olunanlar da etiraf edirlər. Bu şəxslər artıq öz fəaliyyətlərini qondarma qurumdan kənarda qurmağa çalışırlar. Elə reneqat Namazov da bu qəbildən olanlardandır. Onun ABŞ səfiri ilə görüşündən sonra yeni “ana müxalifət həvəsinə düşməsi” bir daha göstərir ki, radikal düşərgə üçün bu dünyada bir məqsədl var-pul qazanmaq. Bu pulun kim tərəfindən verilməsi və bu pula görə kimə xidmət ediləcəyi isə heç bir əhəmiyyət kəsb etmir. Radikal düşərgədəkilər, o cümlədən reneqat Namazovun özü bunu dəfələrlə əməlləri ilə sübuta yetiriblər...

Paylaş:
Baxılıb: 1069 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31