Ana səhifə »  Müəlliflər »  “Milli şura”dan geriyə qalan acı xatirələr
A+   Yenilə  A-
“Milli şura”dan geriyə qalan acı xatirələr
Yazdı: Mübariz Abdullayev

Cəmi bir neçə ay yaşayan qondarma qurum ömrünü onu yaradanlara bağışlayıb və bu antimilli “şura”nı yenidən ayağa qaldırmaq cəhdləri dəryada balıq sevdasıdır...
Bu günlərdə qondarma “El” hərəkatının rəhbəri, reneqat Eldar Namazov radikal düşərgənin nəzarətindəki mətbuat orqanlarında digər bir oyuncaq qurum olan “Milli şura” ilə bağlı silsilə yazılarla çıxış etməkdədir. Bu yazılara nəzər saldıqda elə təsəvvür yaranır ki, reneqat radikal düşərgə təmsilçilərini başına yığıb nağıl danışır: Biri var idi, biri yox idi, bir “Milli şura” var idi, bu “şura”nın baş qəhrəmanı var idi, o da mən idim...
Reneqat Eldar Namazovun “nağıl”ına radikalların inanıb-inanmayacaqları onların öz işidir. Gerçəkdə isə nağıl yox, son bir neçə ayda bütövlükdə radikal düşərgənin üzqarasına çevrilən acı, utancgətirici bir “Milli şura” reallığı var. O reallıq ki, orada radikal düşərgə təmsilçilərinin nə ilə nəfəs aldıqları aşkar görünür. Reneqatın “Milli şura” ilə bağlı arxada qalan “xatirələrində” öz personasından yeganə “hal-şahidi” obrazı yaratmaq və qondarma qurumu fetişləşdirmək cəhdləri əbəsdir. Cəmiyyət “Milli şura”nın mahiyyətinə və reneqatın özünün radikal düşərgənin yeni “birlik” formatındakı sərgüzəştlərinə yaxşı bələddir.
Məlumdur ki, sürətli sosial-iqtisadi-mədəni intibah dövrünü yaşayan, cəmiyyətdə möhkəm vətəndaş həmrəyliyinin hökm sürdüyü Azərbaycanda “Milli şura” kimi hansısa antimilli bir quruma heç bir sosial-siyasi sifariş yoxdur. Qondarma qurumun ssenarisinin konturları xaricdəki erməni lobbi şəbəkəsinin təsir dairəsindəki antiazərbaycançı mərkəzlərin mətbəxində cızılıb. Məlum antimilli mərkəzlər ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərindən öncəki mərhələdə belə bir qondarma qurumu radikal düşərgəyə sırımaqla, Azərbaycanın sürətli inkişafına, möhkəm daxili sabitliyinə, gündən-günə artan beynəlxalq imicinə hansı yolarlasa xələl gətirməyi qarşılarına hədəf qoymuşdular. Korporativ maraqlarının əsirinə çevrilən radikal düşərgə təmsilçiləri isə ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun dili ilə səslənən pul vədlərinin müqabilində antimilli mahiyyət kəsb edən “Milli şura” çağırışlarına məmnuniyyətlə “hə” dedilər.
Ermənipərəst kinodramaturqa mənəvi yaxınlığı ilə tanınan qondarma “El” hərəkatının rəhbəri Eldar Namazov isə antiazərbaycançı dairələrin mətbəxinin məhsulu olan “Milli şura” çağırışlarını sadəcə dəstəkləmədi, həm də onun, necə deyərlər, alovlu təbliğatçısı və təşkilatçısı rolunda çıxış etdi. Reneqat yaranmış situasiyanın onun radikal düşərgədə “yeni qüvvə” kimi önə çıxmasından ötrü əla fürsət olduğunu düşünür və əli xaricdəki bütün antimilli mərkəzlərə çatan Rüstəm İbrahimbəyovla yaxınlığından bəhrələnərək öz planlarını reallaşdırmağa çalışırdı. İlkin mərhələdə belə görünürdü ki, Eldar Namazovun “saman altdan su yeritmək” siyasəti baş tutub. Reneqat qısa müddətdə radikal düşərgənin favoritinə çevrildi. O, radikallar arasında “Milli şura” adından danışıqlar aparır, görüşlər təşkil edir, xaricdə antimilli mərkəzlərin təşkil etdikləri tədbirlərə qatılırdı.
Radikal düşərgədə, o cümlədən də “Milli şura” daxilində baş verən sonrakı proseslər isə Eldar Namazovun xəyal piramidasını büsbütün darmadağın etdi. Rüstəm İbrahimbəyovun pul vədlərinin boşa çıxmasının ardından indiyədək radikal düşərgədə ənənəvi ambisiyalarından geri çəkilən kimi görünən AXCP və “Müsavat” təmsilçiləri gözləmə mövqeyindən hücuma keçdilər və məlum səbəblərdən hər nazına dözmək məcburiyyətində qaldıqları reneqata öz yerini göstərdilər.
Bundan sonra Eldar Namazovun “Milli şura” daxilində fəaliyyətinin pozuculuq, təmsilçilər arasında söz gəzdirmək, narazılıq ocaqları yaratmaq mərhələsi gəlir. Bəli, daha bir vaxtlar “Milli şura” nədirsə, onun üstündə yarpaq kimi əsən Eldar Namazovun əvvəlki canfəşanlığından heç əsər-əlamət yox idi. O, min bir bəhanə gətirərək qondarma qurumun tədbirlərini baykot edir, sessiyalarda çıxarılan qərarlarda “əmmalar” tapır, bir sözlə, özünü pozucu-anarxist kimi aparırdı.
Ancaq reneqat Eldar Namazov “Milli şura” ilə bağlı arxada qalan xatirələrində məqsədli şəkildə radikalların ağzını başqa istiqamətə salmağa çalışır. Özünü “aydan arı, sudan duru” kimi təqdim edən reneqat “Milli şura”nın, el arasında deyildiyi kimi, ağlar günə qalmasında “Müsavat”ın, AXCP-nin və digərlərinin “rolunu” önə çəkir, öz pozuculuq fəaliyyətindən isə bir kəlmə də olsun danışmır.
Ümumiyyətlə, Eldar Namazov “xatirələrində” çox şeyi unudub. Reneqat qondarma qurumun yaranmasından parçalanmasınadək keçilən yola öz baxış bucağından “qiymət vermək” əvəzinə, qoca kinodramaturqun göndərdiyi pulları “mitinqlərə, plakatlar yazdırmağa xərcləmişəm” adı ilə necə mənimsədiyindən söhbət açsa idi, daha səmimi görünərdi. Axı o hələ də keçmiş çiyindaşı Əflan İbrahimovun “Rüstəm İbrahimbəyovun 5 ay ərzində göndərdiyi 100 min dollar “El”in rəhbəri tərəfindən mənimsənilib” iddiasına aydınlıq gətirməyib. Eldar Namazovun “xatirələrində” bu kimi əsas məqamların üstündən sükutla keçməsi nədən xəbər verir?
Bir sözlə, Eldar Namazovun yaddaşını təzələmək üçün suallar çoxdur. Burada başqa bir məqamı da vurğulamaq yerinə düşərdi. Adətən, sağ olan birisi barədə xatirələr dilə gətirmək məqbul sayılmır. Görünür, “dabanına tüpürüb” “Milli şura”dan gedən Eldar Namazov da artıq “Milli şura”nın mövcudluğunu qəbul etmir və ötən günlərini yada salaraq onunla bağlı xatirələrini dilə gətirir. Hə, bu yerdə “Milli şura”nı diriltməyə çalışan Cəmil Həsənovun və onun yan-yörəsindəkilərin reneqatın “xatirələri” ilə barışmaqdan başqa əlacları yoxdur. Cəmi bir neçə ay yaşayan bədbəxt “Milli şura” həqiqətən ömrünü onu yaradanlara bağışlayıb və onu yenidən ayağa qaldırmaq cəhdləri dəryada balıq sevdasıdır...

 
  • Oxunub:  27090  |  
  • Tarix:  31-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA