Ana səhifə »  Müəlliflər »  Reneqat Eldar Namazov yenidən siyasi dönüklük nümunəsinə çevrildi
A+   Yenilə  A-
Reneqat Eldar Namazov yenidən siyasi dönüklük nümunəsinə çevrildi
Yazdı: Pərviz Sadayoğlu

Dünənə qədər Rusiyadakı antiazərbaycançı dairələrə xidmət göstərən “El” hərəkatı rəhbəri artıq partiya yaradaraq amerikanpərəst cildə girməyə çalışır
Siyasi fəaliyyətləri yalnız xarici antiazərbaycançı dairələrin sifarişləri əsasında Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı zidd mövqe tutmaq olan radikal müxalifət düşərgəsi yenidən “koma” vəziyyətinə düşüb. “Milli şura” adlanan satqınlar klubunda öz “fəaliyyətini” başa vurmuş bəzi düşərgə təmsilçiləri artıq başlarını götürüb ifşa olunmuş bu antimilli layihədən qaçmağa üstünlük verirlər. Belə “siyasətbaz”lardan biri də adından başqa “el”ə heç bir dəxli olmayan “El” hərəkatı və onun adı hər zaman xarici dairələrin əlaltısı fonunda çəkilən rəhbəri Eldar Namazovdur.
Ermənipərəst Rüstəm İbrahimbəyovla birgə cızdıqları “Milli şura” layihəsinin uğursuzluğa düçar olmasından sonra “şura”dan qaçaq düşən (bəlkə də salınan) reneqat Eldar Namazov bir müddət susqunluğa qərq olmuşdu. Rusiyadakı antiazərbaycançı mərkəzlərin sifarişi və maliyyə dəstəyi ilə seçkiöncəsi aktiv “siyasətçi” obrazına girən E.Namazov “Milli şura”da İbrahmibəyov dövrünün bitməsi ilə, yəni, adıçəkilən mərkəzlərin maliyyəni dayandırması ilə öz hücrəsinə çəkilmişdi. Amma görünən budur ki, reneqat Namazov artıq öz köhnə vərdişlərinə qayıtmaqda israrlıdır. Bir sıra xarici səfirliklərin qapısı önündə boynubükük növbə gözləyənlərdən olan Namazovun “Milli şura”dan ayrılması ilə yeni partiya yaratması haqda verdiyi bəyanat bu faktı təsdiqləyir.
Xatırladaq ki, mətbuatda yayılan məlumatda bildirilirdi ki, yanvarın 24-də E.Namazov ABŞ-ın Azərbaycandakı səfiri R.Morninqstarın qəbulunda olub. O, ABŞ səfirinə “El” hərəkatı, 2013-cü il prezident seçkilərində qurumun fəaliyyəti və gələcək planları barədə məlumat verib, həmçinin Morninqstarı təşkilatının Azərbaycanda gələcək “siyasi mübarizədə” əsas rol oynayacağına inandırmağa səy göstərib.
Əslində, E.Namazovun bu görüşü keçirməsi və ya xarici ölkə səfirliklərini öz fəaliyyəti ilə bağlı “məlumatlandırması” heç də təəccüblü bir hal deyil. Radikal düşərgə təmsilçilərinin öz addımlarını məhz bir sıra xarici dairələrdən gələn sifarişlər əsasında atdıqları sirr deyil. Amma, məhz bu görüşün ardından tələm-tələsik şəkildə “El” hərəkatının idarə heyətinin toplantısının keçirilməsi özü bir sıra mətləblərdən xəbər verir. Qeyd edək ki, “EL” hərəkatının yaydığı məlumatda bildirilir ki, Eldar Namazov idarə heyətinin toplantısındakı çıxışında ötən dövrdə görülən işlər, beynəlxalq əlaqələrin “gücləndirilməsi” istiqamətində atılan addımlardan danışıb və bu ilin fevralında Fransaya, may ayında isə ABŞ-a gözlənilən səfəri barədə informasiya verib. E.Namazovun bu “fəallığı” da yəqin ki, məhz, yuxarıda bəhs edilən görüşü ilə bağlıdır. Daha sonra, toplantıda hərəkatın qurultayının keçirilməsi və bu tədbirə hazırlıq məsələləri müzakirə olunub. Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin yaradılması haqda qərar verilib və Eldar Namazov Təşkilat Komitəsinə sədr seçilib.
Əslində, son günlərə qədər bu yöndə olan açıqlamalarında siyasi partiya yaratması haqdakı fikirləri təkzib edən, ictimai sektorda fəaliyyətini davam etdirəcəyini bildirən E.Namazovun bu “dəyişkən”liyi çox şeydən xəbər verir. Görünür, siyasi karyerası boyunca satqınlığı özünə əsas meyar seçən reneqat Namazov üçün yön dəyişmək çox asandır. Məsələn, qısa zaman kəsiyində Ziyalılar Forumu, ardından “El” hərəkatı, “Milli şura”, bu gün hələ adı elan edilməmiş partiya təmsilçisi olmaq reneqat Namazovun əsl məqsədindən xəbər verir. Dünənə qədər açıq şəkildə Rusiyadakı ermənipərəst dairələrin maraqlarını qoruyan, hətta bəzi “şura” təmsilçilərinin bu yöndəki iradlarına görə az qala savaş qoparan reneqat Namazov indi fərqli ünvanlarda “qrant” axtarır. Təbii ki, Namazovun “əl dəyişməsi” faktı tam şəkildə ortadadır.
Hələ, 2003-cü ildə keçirilən prezident seçkiləri zamanı E.Namazov bəzi “beynəlxalq” təşkilatlardan dəstək umurdu və bunu əldə edə bilmədiyi üçün hətta küskünləşmişdi də. Sonradan, 2005-ci ildə “YES” adlı blokun tərkibində yenidən “fəal siyasətə” qayıdan reneqat Namazov özünü şişirtməyə çalışır, gözə girmək, kiminsə adamı olmaq istəyirdi. Hətta özünə “yer etmək” üçün hakimiyyət daxilində ciddi dayaqlarının olması ilə bağlı yalanlar danışmaqdan belə çəkinmirdi. Cəmisi bir neçə ildən sonra-2013-cü ilin yazında E.Namazovun “Rusiyanın adamı” licimində “zühur etməsi” isə bir daha onun neçə sifətə malik olduğunu ortaya qoymuş oldu.
Namazovun birdən-birə partiya yaratmaq “eşqinə” düşməsinin səbəbi onun bu barədə açıqlamasında özünü büruzə verir. Daha doğrusu, onun hansı havaya “kökləndiyi” bu açıqlamada açıq şəkildə görünür: “Yanvarın 24-də hərəkatın İdarə Heyətinin toplantısı keçirilib, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və Təşkilat Komitəsinə sədrlik mənə həvalə olunub. Bizi qarşıda kifayət qədər böyük təşkilati işlər gözləyir”.
Bəli, səfirlə görüşündə “El” hərəkatının ölkədəki siyasi proseslərdə aktiv iştirak, digər müxalifət partiyaları, QHT sektoru ilə yaxından əməkdaşlıq və ən əsası, bələdiyyə seçkiləri də daxil olmaqla, qarşıdan gələn bütün seçkilərdə iştirak etmək tapşırıqlarını alan Namazova “yağlı” maliyyə resurslarının da vəd olunduğu buradan açıq şəkildə görünür. Əksini düşünmək belə olmaz. Çünki, hər zaman “yağlı çörək” dalınca düşən, “ana müxalifət” olub İsa Qəmbərlə Əli Kərimlini radikal düşərgədən silmək istəyən Namazovun səsinin gah Moskvadan, gah da Vaşinqtondan gəlməsinin kökü bu səbəbə söykənir.
Göründüyü kimi, 2013-cü il seçkisindən sonra reneqat E.Namazov yenidən siyasi dönüklük nümunəsinə çevrilir. Dünənə qədər rusiyameyilli antiazərbaycançı mərkəzlərin əlində çubuq kimi sağa-sola fırladılan bu “siyasətçi” indi də amerikanpərəst qiyafədə reinkarnasiya olunmağa çalışır.
Təəssüf ki, ABŞ-ın bəzi dairələri də milli dövlətlərin suveren hüquqlarına müdaxilə etməkdə davam edir. Analoji fəaliyyətlə məşğul olmağa çalışan bəzilərinin uğradıqları fiasko görəsən, onlara görk olmurmu? ABŞ-ın həmin dairələrinin müstəqil Azərbaycandakı daxili siyasi proseslərə nüfuz etməyə çalışması siyasi cəhətdən qeyri-etik davranışdır. Bəli, təəssüf ki, bu cür addımlar bəzi antiazərbaycançı dairələrin ölkəmizdəki siyasi proseslərə kobud müdaxilə cəhdidir. Amma hər zaman olduğu kimi, onların bu cəhdi də alayarımçıq qalacaq... Çünki bu cəmiyyət Eldar Namazov kimilərinin neçə simaya malik olduqlarını dəqiq bilir...

 
  • Oxunub:  26190  |  
  • Tarix:  28-01-2014  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

01 Aprel 14:08
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn iclası olub
01 Aprel 13:57
Uşaqlara Koronavirus barədə necə danışaq?
01 Aprel 13:23
Erkan Özoral: İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq
01 Aprel 12:48
Mehriban Əliyeva: Hər birimiz dövlət tərəfindən görülən tədbirlərin vacibliyini dərk etməli və maksimum dərəcədə vətəndaş məsuliyyəti nümayiş etdirməliyik
01 Aprel 11:11
Bakı polisi: Paytaxtda koronavirusun yayılmasına qarşı məhdudiyyətlər gücləndirilir
01 Aprel 11:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “seçkilər”ə dair bəyanat yayıb
31 Mart 21:59
“Hər birimiz dövlətimizin yanında olmalı və atılan addımlara adekvat dəstək verməliyik!”
31 Mart 20:17
Türkiyədə koronavirusla bağlı Milli Həmrəylik Kampaniyası başladılıb
31 Mart 19:55
Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir
31 Mart 18:45
Azərbaycan ilə Rusiya arasında müntəzəm sərnişin hava uçuşları və dəmir-yol sərnişin daşıması dayandırılıb
31 Mart 18:41
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyi, sağlamlığı və rifahıdır
31 Mart 18:22
Bilal Dündar: 31 mart soyqırımı erməni faşizminin iç üzünü göstərən tarixi cinayətdir
31 Mart 18:19
Hulusi Kılıç: Azərbaycanlıların Soyqırımı Günü Dağlıq Qarabağda qondarma “seçkilər” keçirmək siyasi əxlaqsızlığın son həddidir
31 Mart 18:14
Vüqar Bayramov: İqtisadi baxımdan çətin dövrdə dövlət vətəndaşlarına dəstək nümayiş etdirəcək
31 Mart 18:11
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
31 Mart 18:07
Aİ Dağlıq Qarabağdakı qondarma “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır
31 Mart 18:04
Mart soyqırımının izlərinə respublikamızın hər bir guşəsində rast gəlmək mümkündür
31 Mart 18:00
Prezident: Əgər insanlar özlərini məsuliyyətli apararlarsa biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik
31 Mart 17:55
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib
31 Mart 17:37
Vüqar Rəhimzadə: Evdə qalmalıyıq, məsuliyyətimizi dərk etməliyik və xalq olaraq birlikdə güclü olduğumuzu bir daha sübut etməliyik
31 Mart 17:31
Qafar Əliyev: “Kini-küdrəti atıb hamıya əl uzadaq”
31 Mart 17:24
Yevlaxda vətəndaşların növbəti onlayn qəbulu keçirilib
31 Mart 17:14
Operativ Qərargah: Bakı Metropolitenində qatarların hərəkəti dayandırılır
31 Mart 16:48
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Qanunu imzalayıb
31 Mart 16:19
Operativ Qərargah: Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri görüləcək
31 Mart 16:04
Gənclər Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn fəaliyyətlərə qoşulmağa dəvət edilir
31 Mart 14:01
Ekspert: Koronavirusla mübarizədə hər bir vətəndaş məsuliyyətini dərk etməlidir
31 Mart 13:57
Naqif Həmzəyev: Azərbaycan dövləti müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramını həyata keçirir
31 Mart 13:54
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
31 Mart 13:47
Koronavirus xəstələrini müalicə edən azərbaycanlı həkim: 96 yaşlı kişi və xanımı dedi ki, bizi... - MÜSAHİBƏ
31 Mart 13:43
Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb
31 Mart 13:41
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
31 Mart 13:38
Firdovsi Umudov: Karantin qərarlarına və tövsiyələrinə məhəl qoymasaq, böyük itkilərlə qarşılaşa bilərik
31 Mart 13:34
Rusiyada karantin rejiminin pozulmasına görə cinayət məsuliyyəti tətbiq edilir
31 Mart 13:32
Baş infeksionist: İnsanlarımız karantin tədbirlərinə əməl etməsələr, inkişaf etmiş ölkələrdəki vəziyyət bizi də gözləyir
31 Mart 13:09
Bakı polisi: Paytaxt sakinləri xüsusi karantin rejimi qaydalarına əməl etməlidirlər
31 Mart 13:03
Elçin Əhmədov: 31 mart soyqırımı XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
31 Mart 12:10
Soyqırımına həsr edilmiş interaktiv plakat MDB məkanındakı kitabxanalara göndərilib
31 Mart 12:04
Sədaqət Vəliyeva: Hər evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir
31 Mart 12:02
Müdafiə Nazirliyi: Ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır
31 Mart 11:54
Millət vəkili: “Ölkəmiz və vətəndaşlarımız koronavirusla bağlı real təhlükə mərhələsinə qədəm qoyub”
31 Mart 11:51
Xaçmazda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə 700 min manat ayrılıb
31 Mart 11:42
İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur” - VİDEO
31 Mart 11:05
Xarici İşlər Nazirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
31 Mart 10:25
Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm
31 Mart 10:17
ADRA koronavirusla mübarizəyə dəstək məqsədilə təşviqat kampaniyasını həyata keçirir
31 Mart 10:09
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edilib (FOTO)
31 Mart 10:03
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30 Mart 21:39
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
30 Mart 18:22
Milli Məclisin növbəti plenar iclası keçirilib
30 Mart 18:18
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq
30 Mart 17:45
Səbail rayonunda dezinfeksiya işləri davam etdirilir
30 Mart 17:40
Türkiyədə Osmanlı dönəmində təməli qoyulan avtomobil yolu layihəsi başa çatır
30 Mart 17:32
Türkiyədə Ümrə ziyarətindən qayıdan zəvvarların karantin müddəti uzadılıb
30 Mart 17:30
Bakı Konqres Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
30 Mart 15:21
“Milli Məclis deputatının statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib
30 Mart 14:31
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
30 Mart 13:25
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha vətəndaşların zəruri ehtiyacları qarşılanır
30 Mart 12:11
Deputat: “Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir”
30 Mart 11:58
Deputat: “Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
30 Mart 11:52
Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb
30 Mart 11:48
Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq
30 Mart 11:46
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib
30 Mart 11:43
Tibb işçiləri Milli Məclisdə alqışlanıb
30 Mart 11:36
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb
30 Mart 11:31
Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir
30 Mart 11:30
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
30 Mart 11:26
Səfir: Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolara baxsınlar ki, bəlkə vicdanları oyana

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA