Ana səhifə »  Müəlliflər »  Leyla Yunusun saxtakarlıqları haqqında yeni faktlar...
A+   Yenilə  A-
Leyla Yunusun saxtakarlıqları haqqında yeni faktlar...
Yazdı: Aqşin Şahinoğlu

İlin 11 ayını xaricdə keçirən, Azərbaycandan xəbərsiz olan bu “hüquq müdafiəçisi”nin hazırladığı qondarma “hesabatlar” heç bir ictimai maraq kəsb etmir və tamamilə uydurmalardan ibarətdir
Sülh və demokratiya institutunun rəhbəri, “hüquq müdafiəçisi” Leyla Yunusun ermənilərlə qohumluğu, onun erməni diaspora təşkilatları və İrəvan hakimiyyətinə yaxın dairələrlə qurduğu işbirlikləri haqqında Azərbaycan mətbuatında dəfələrlə məlumatlar yer alıb, bununla bağlı çoxsaylı faktlar təqdim olunub. Hələ AXC-”Müsavat” hakimiyyəti dövründə ermənilərin lehinə casusluq fəaliyyəti ilə məşğul olan Leyla Yunus Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə də ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Əlbəttə ki, Leyla Yunus bu işi təkbaşına həyata keçirməyib. Əldə olunan məlumatlara görə, həmin vaxt Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunus və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunus da Azərbaycan haqda məxfi materialları erməni tərəfinə ötürüblər. Məhz həmin dövrdən əsasını qoyduğu ermənilərlə əməkdaşlığını sonradan daha da genişləndirən L.Yunus bu əməkdaşlıq nəticəsində öz büdcəsini kifayət qədər artırıb, ermənilərdən aldığı pullar müqabilində Azərbaycan xalqının əleyhinə fəaliyyətini gücləndirib. Onun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə yaxın münasibətləri olub. Həmçinin, 2004-cü ildə L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Başqa bir məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Eyni zamanda, Leyla Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibəti də olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb.
L.Yunus, həmçinin, Ermənistanın “Region” araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib, “İctimai dialoqlar” adlanan saytda Azərbaycana qarşı “qara piar” kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma “DQR” “müstəqil dövlət” kimi qələmə verilib. L.Yunus ermənilərin Almaniyanın Esslingen am Neckar şəhərində təşkil etdiyi konfransda çıxış edib, rəhbəri olduğu Sülh və demokratiya institutunun Əkrəm Naibovun müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib. Leyla Yunusun və onun əri Arif Yunusun Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumları var. Leyla Yunusun erməni qaynı Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir.
Beləliklə, sadalanan bu faktlar adını “hüquq müdafiəçisi” qoyan Leyla Yunusun ermənilərin maraqlarına xidmət edən fəaliyyətinin ayrı-ayrı komponentlərini təşkil edir. Amma maraqlıdır ki, L.Yunus bütün bu faktlar qarşısında utanıb ayıbına kor olmaqdansa, xəyanətkar fəaliyyətini daha da genişləndirir. Bu gün o, yenə də ermənilərin, erməni diasporunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən maraq qruplarının sifarişləri əsasında öz anti-Azərbaycan fəaliyyətini davam etdirir, “hüquq müdafiəçisi” adı ilə maskalanaraq Azərbaycandakı reallıqlardan uzaq, ölkəmizin nüfuzuna xələl gətirən, yalan hesabatlar hazırlayır, ölkəmizdə həyata keçirilən effektiv islahatları və onların uğurlu nəticələrini təhrif edir. Onun sonuncu belə addımı isə guya Azərbaycanda “siyasi məhbus”larla bağlı hesabat hazırlaması olub.
Məlum olduğu kimi, “siyasi məhbus” məsələsi hazırda bir sıra maraqlı dairələrin milli dövlətlərə təzyiq göstərmək üçün istifadə etdiyi predmetə çevrilməkdədir. Beynəlxalq hüquqda və nüfuzlu təşkilatların sənədlərində “siyasi məhbus” anlayışı aydın şəkildə izah olunmasa və onun aydın tərifi göstərilməsə də, bu, bəzi siyasi dairələr üçün əsl “silah” rolunu oynayır. Əlbəttə ki, hüquqi dövlət olan və hüququn aliliyini özünün birinci prioriteti elan edən Azərbaycanda siyasi məhbus yoxdur və bu fakt bütün beynəlxalq təşkilatlar tərəfindən etiraf və təsdiq olunub. Son olaraq, ötən il Avropa Şurası Parlament Assambleyasında (AŞPA) almaniyalı parlamentari Kristofer Ştrasserin Azərbaycanda “siyasi məhbus”larla bağlı hazırladığı qərəzli hesabatın tənqid olunması və qurumda qəbul olunmaması bir daha göstərdi ki, bu kimi məsələlərlə Azərbaycanı qaralamaq, onun beynəlxalq nüfuzuna xələl gətirmək cəhdləri iflasa məhkumdur. Amma görünən odur ki, bəziləri AŞPA-nın “qış dərsi”ndən hələ də nəsibini almayıb ki, L.Yunus kimilərini meydana sürüblər.
Yalanın da bir həddi, sərhədi olmalıdır. Görünür, L.Yunus kimilərinin erməni sevgisi, vətəndaşı olduğu dövlətə nifrəti və pul, var-dövlət hərisiliyi o qədər ağlını alıb ki, onun yalanlarının sərhədi itib. Hər halda, bir terrorçunu “siyasi məhbus” elan edən bir “hüquq müdafiəçisi”nin əməlinə başqa ad vermək mümkün deyil. İlin 11 ayını xarici turnelərdə keçirən, ömründə bircə dəfə belə hər hansı bir məhbusla görüşməyən, onların “iş”ini vərəqləməyən L.Yunusun hər hansı bir həbs faktına qiymət verməsi və onun motivləri ilə bağlı fikir yürütməsi absurddur. Əslində, bu heç onu maraqlandırmır da. O, yalnız pul qazanmaq haqqında düşünür. Məlumatlara görə, L.Yunus adını özünün “siyasi məhbus” siyahısına salmaq üçün məhbuslardan rüşvət alır. Eyni zamanda, bu xidməti qarşılığında xarici ermənipərəst dairələrdən də qonorar qoparır. Bu pullarla isə xarici ölkələrdə mülklər, obyektlər satın alıb.
Əlbəttə ki, Azərbaycan cəmiyyəti Leyla Yunus kimilərinin bəd əməllərinə, onların əsl simalarına yaxşı bələddir. Ona görə də, bu satqınların ölkəmizdə fəaliyyət sferası tamamilə daralıb və onların “hesabatları” heç bir ictimai maraq kəsb etmir. Bununla belə, dövlət və xalqımızın ali mənafeyi və milli maraqlarımız naminə, Azərbaycan cəmiyyəti və ictimaiyyət nümayəndələri L.Yunus kimi satqın, xəyanətkar antimilli ünsürlərin bədəməlli fəaliyyətinə son qoyulmasını tələb etməli, onlara layiq olduqları münasibəti göstərməlidir.

 
  • Oxunub:  24150  |  
  • Tarix:  28-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir
18 İyul 16:51
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
18 İyul 16:46
Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar
18 İyul 16:34
Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır
18 İyul 16:29
Dövlət Miqrasiya Xidmətinə 50-yə yaxın şəxs qulluğa qəbul edilib
18 İyul 16:27
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
18 İyul 16:17
Bakıda “Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə” mövzusunda konfrans keçirilib
18 İyul 16:08
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18 İyul 16:01
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb
18 İyul 15:49
Leri Xabelov: İnanırıq ki, XV Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq
18 İyul 15:43
“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib
18 İyul 15:41
Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib
18 İyul 15:30
Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib
18 İyul 15:27
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat iclası
18 İyul 15:08
Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər
18 İyul 15:04
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib
18 İyul 14:48
Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir
18 İyul 14:28
BMT Baş katibinin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib
18 İyul 14:21
Lerikdə YAP gəncləri flaşmob təşkil ediblər
18 İyul 13:57
Sem Braunbek: ABŞ Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
18 İyul 13:51
FHN Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
18 İyul 13:44
“Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq
18 İyul 13:40
Azərbaycanın Baş Nazirinin müavini BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib
18 İyul 13:38
Ölkəmizdə 5,2 milyona yaxın işçi qüvvəsi var
18 İyul 13:32
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi İmişli və Ağcabədidə vətəndaşları qəbul edib
18 İyul 13:19
Mişel Svierçevski: Azərbaycan xalçaları əsrarəngizdir
18 İyul 12:53
Beynəlxalq konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində ictimai iştirakçılıqla bağlı təqdimat olub
18 İyul 12:14
DSX: Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
18 İyul 12:03
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başlayıb
18 İyul 11:48
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
18 İyul 11:40
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25