Ana səhifə »  Müəlliflər »  Mehman Əliyevin etirafı
A+   Yenilə  A-
Mehman Əliyevin etirafı
Yazdı: Mübariz Abdullayev

Azərbaycanda sabitliyi pozmaq istəyən “beynəlxalq” təşkilatların bəzi yerli QHT-lərdən alət kimi istifadə etmələri növbəti dəfə təsdiqləndi
Müxtəlif adlar altında pərdələnən ayrı-ayrı “beynəlxalq” təşkilatların milli dövlətlərə təzyiq aləti rolunda çıxış etmələri yeni mövzu deyil. Bu qəbildən olan “beynəlxalq” təşkilatlar milli dövlətlərə münasibətdə siyasi maraqlardan çıxış edərək, necə deyərlər, seçilmiş ölkələrdə təxribatlara, daxili sabitliyin pozulmasına yönəldilmiş cəhdlərə rəvac verirlər. Zaman-zaman arzuolunmaz xarici qeyri-hökumət təşkilatlarının qərəzli münasibətinə tuş gələn ölkələrdən biri də Azərbaycandır.
Məlumdur ki, respublikamız demokratik inkişaf yolunda ciddi nailiyyətlərə imza atıb. Ölkəmizdə fikir plüralizmi, söz, mətbuat, internet resurslarından sərbəst istifadə azadlığı tam təmin olunub, azad vətəndaş cəmiyyətinin formalaşdırılması hər cəhətdən təşviq olunur.
Təəssüf doğuran haldır ki, ayrı-ayrı “beynəlxalq” təşkilatlar və onların təsiri altında olan ölkəmizdəki bəzi QHT-lər respublikamızda mövcud olan demokratik mühitdən sui-istifadə etməyə davamlı cəhdlər göstərirlər. Bu nöqteyi-nəzərdən “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch” kimi “beynəlxalq” təşkilatlar daha artıq dərəcədə “fəallıq” nümayiş etdirirlər. Sözügedən “beynəlxalq” təşkilatların hesabatlarında bir qayda olaraq Azərbaycanda reallığı əyri güzgüdən “işıqlandıran” bəndlər yer alır.
Ötən il ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyi isə bir qədər də irəli gedərək respublikamızda insanları, ələlxüsus da gəncləri müxtəlif şirnikləndirici vasitələrlə “Facebook” üzərindən iğtişaşlara çəkməyə cəhdlər göstərmişdi. Araşdırmalar nəticəsində sözügedən qurumun məlum “Facebook” iğtişaşlarına böyük məbləğdə maliyyə vəsaiti xərclədiyi üzə çıxdı.
Qeyd edək ki, bu tip “beynəlxalq” təşkilatların və onların Azərbaycandakı nümayəndəliklərinin xoş olmayan missiyalarını yerinə yetirmələrinin, necə deyərlər, sınaqdan çıxan mexanizmi formalaşıb. Təəssüf doğuran odur ki, bu şər mexanizmində “sapı özümüzdən olan baltalar” da vintçik rolunu oynayırlar. Onlar aldıqları ianələrin, qrantların müqabilində Azərbaycan həqiqətlərini təhrif edərək xaricdəki donor təşkilatlara donos xarakterli məlumatlar ötürürlər. Mahiyyəti gerçəklikdən uzaq olsa da, bu məlumatlar sonradan “beynəlxalq” təşkilatların qərəz dəyirmanında “ilkin mənbə” kimi işə yarayır. Beləliklə, deyə bilərik ki, 3-cü sektorun ayrı-ayrı təmsilçilərinin fəaliyyəti, əslində, vətəndaş cəmiyyətinin, Azərbaycan dövlətinin, xalqımızın maraqlarına qarşı yönəlib və onlar bu kimi çirkin əməllərlə düşmən dəyirmanına su tökürlər.
Bu günlərdə ABŞ-dakı fondlardan birinin təmsilçisi olduğu bildirilən Yevgeni adlı şəxslə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev arasında baş tutan telefon danışığının audioyazısının üzə çıxması isə yuxarıda bəhs etdiyimiz mövzunu yenidən aktuallaşdırıb. Audioyazıya əlavə olunan qeyddə bildirilir ki, ABŞ fondları Azərbaycanda qeyri-hökumət təşkilatlarını ölkədə hakimiyyət çevrilişi məqsədi ilə maliyyələşdirmək niyyətindədir. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə “xüsusi” mövzuda telefon danışığı aparan Yevgeni adlı şəxs həmsöhbətindən çəkinib eləmədən “demokratik inqilaba kömək” ifadəsini işlədir və Azərbaycanda bir neçə qurumla əməkdaşlıq etmək istədiklərini dilə gətirir. “Freedom House” təşkilatının adından danışan bu şəxs təmsil etdiyi qurumun niyyətini açıqlayır. Onun dediklərindən bəlli olur ki, seçilərək əməkdaşlığa cəlb olunanlar 5 il müddətində sözügedən qurum tərəfindən dəstəklənəcək. Mehman Əliyevlə telefon danışığı aparan şəxs, həmçinin, Azərbaycandan prosesə cəlb olunacaq heyətin Ukraynada hansı gizli yollarla təlimlərə qatılacağını da anladır.
Audioyazısı mətbuata ötürülən məlum telefon söhbətini “sövdələşmə danışığı” kimi səciyyələndirmək daha doğru olardı. Audioyazıdan bəlli olur ki, Mehman Əliyev telefon danışığında qarşı tərəfə “köməy”in nədən ibarət olacağı ilə bağlı konkret sual ünvanlayıb. “Freedom House”un təmsilçisi isə söhbətin ənənəvi ssenaridən, yəni qrant layihələrindən getdiyini bildirib. Onun dediklərindən, həmçinin, o da bəlli olur ki, əməkdaşlığa cəlb olunacaq yerli təşkilatlar və yaxud şəxslər birgə fəaliyyət üçün öz arqumentlərini hazırlamalıdırlar, çünki proqramın təsdiqi zamanı verilən ilk suallar məhz bununla bağlı olacaq.
Haqqında bəhs olunan telefon danışığına qatıldığını M.Əliyevin özü də etiraf edib. Mətbuata açıqlamasında M.Əliyev telefon danışığının mahiyyətindən bəhs edərək deyib: “Mən soruşdum ki, məndən istəyiniz nədir? Cavab verdi ki, qrant veriləcək, qeyri-hökumət təşkilatlarının siyahısını müəyyən etmək istəyirlər”.
Qeyd edək ki, M.Əliyevin məlum “sövdələşmə danışığı” aparmasını bu telefon bağlantısının təşəbbüsçüsü olmuş, Ukrayna Azərbaycanlıları Konqresinin sədri kimi təqdim olunan Xaqani Hüseynov da təsdiqləyib: “Mehman Əliyevlə əlaqə saxladıq, danışdıq. Biz, sadəcə, bir ideya, bir layihə ətrafında müzakirə aparmışıq”.
Beləliklə, “beynəlxalq” təşkilatların bəzi yerli QHT-lərlə, ayrı-ayrı şəxslərlə daha bir “işbirliyi” cəhdinin üstü açılıb. Telefon danışığının audioyazısından, həmçinin M.Əliyevin, X.Hüseynovun etiraflarından bəlli olur ki, tərəflər “əməkdaşlığa” qol qoymağa razı və həvəslidirlər. Bütün bunlardan sonra M.Əliyevin “mən az danışdım” deməklə özünə bəraət qazandırması daldan atılan daşa bənzəyir. Kimin nə qədər danışması çox əhəmiyyət kəsb etmir, əsas olan ortadakı niyyət və razılıqdır...

 
  • Oxunub:  26190  |  
  • Tarix:  28-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA