Ana səhifə »  Müəlliflər »  Leyla Yunus “siyasi məhbus” alverindən nə qədər qazanır?
A+   Yenilə  A-
Leyla Yunus “siyasi məhbus” alverindən nə qədər qazanır?
Yazdı: Aqşin Şahinoğlu

Leyla Yunus fəaliyyətinin bütün dövrlərində anti-Azərbaycan mövqeyi ilə tanınıb, daima Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib
Sirr deyil ki, Azərbaycanın sürətli iqtisadi inkişafı fonunda müstəqil siyasət həyata keçirməsi, yalnız milli və dövlətçilik maraqlarından çıxış etməsi və bütün məsələlərdə xalqımızın və dövlətimizin ali mənafeyini hər şeydən üstün tutması bir sıra hallarda müəyyən qüvvələr tərəfindən heç də razılıqla qarşılanmır. Həmin xarici anti-azərbaycançı, ermənipərəst dairələr müxtəlif üsullarla Azərbaycana təzyiqlər göstərməyə, dövlətimizi müstəqil siyasət xəttindən çəkindirməyə çalışırlar. Bu məqsədlə isə şantaj və təzyiq kampaniyalarından istifadə edir, ölkəmizə qarşı “qara piar” kampaniyası həyata keçirir, Azərbaycanın beynəlxalq aləmdəki müsbət imicinə zərbə vurmaq niyyəti güdürlər. Çox təəssüf ki, bu prosesdə adlarını “siyasətçi”, “hüquq müdafiəçisi”, “jurnalist” qoyan bəzi daxili antimilli ünsürlər “maşa” rolunu oynayır, ermənipərəst dairələrin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında fəal iştirak edirlər. Bunların sırasında özünü “hüquq müdafiəçisi” adlandıran Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus xüsusi fəallığı ilə seçilir. O, bir neçə gün öncə açıqladığı qondarma “siyasi məhbus” hesabatı ilə öz antimilli mahiyyətini və ermənipərəst mövqeyini növbəti dəfə nümayiş etdirdi.
Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər hüquqi müstəvidə həll olunur
Əvvəlcə, onu qeyd etməliyik ki, son dövrlər “siyasi məhbus” məsələsi bir sıra milli dövlətlərə qarşı təzyiq elementi kimi istifadə olunur. Baxmayaraq ki, hələ heç beynəlxalq ictimaiyyətin və dünyada nüfuz sahibi olan təşkilatların özlərində belə “siyasi məhbus” anlayışı tam olaraq izah və qəbul olunmur, onun mahiyyətinin nədən ibarət olması müzakirə predmeti olaraq qalır. Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) bununla bağlı müxtəlif dövrlərdə təşkil olunmuş diskussiyalar da bu fikri bir daha təsdiq edir. Əgər dünyada “siyasi məhbus” anlayışının tam olaraq nədən ibarət olması sualı cavab tapa bilmirsə, onda bəzi “hüquq müdafiəçiləri”nin, o cümlədən, L.Yunusun kimisə “siyasi məhbus” elan etməsi hansı hüquqi əsasa söykənir? Ermənipərəst L.Yunus Avropa Şurasının qərar və qətnamələrini manipulyasiya obyektinə çevirir, guya bu qurumun sənədlərində “siyasi məhbus”, “vicdan məhbusu” kimi anlayışların tərifi verildiyini iddia edir.
Digər tərəfdən, Azərbaycan hüquqi dövlətdir və bütün məsələlər sırf hüquqi zəmində həllini tapır. Hər bir kəs qanun qarşısında bərabərdir və yol verdiyi qanun pozuntusuna görə də, məsuliyyət daşıyır. Kimliyindən, siyasi mənsubiyyətindən, milliyyətindən və dinindən asılı olmayaraq, hər bir vətəndaş törətdiyi cinayət əməlinə görə cavab verməlidir. Dövlətin vəzifəsi isə öz qurumları vasitəsilə qanunun aliliyini və hər bir cinayətkərin hüquqi müstəvidə layiqli cəzasını almasını təmin etməkdir. Əgər kimsə qanundan kənar fəaliyyətlə məşğul olubsa, onun hüquqi zəmində cəzalandırılması da tam normal haldır və doğru olan da budur. İndi bəziləri ortaya düşüb bəlli məqsədlərlə kimlərisə “siyasi məhbus”, “vicdan məhbusu” və s. bu kimi epitetlərlə təşbeh edib bundan dividend qazanmaq istəyirsə, ciddi şəkildə yanılır. Çünki Azərbaycanda “siyasi məhbus” yoxdur və bu fakt beynəlxalq təşkilatlar tərəfindən rəsmən təsdiqlənib. Ötən il AŞ PA-da almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanda “siyasi məhbus”larla bağlı hesabatın qəbul olunmaması, həmin müzakirələr zamanı ölkəmizin lehinə səsləndirilən fikirlər bir daha bu reallığı ortaya qoydu. İndi Leyla Yunusun yenidən “siyasi məhbus” ovuna çıxması başqa mətləblərdən xəbər verir.
Leyla Yunus məhbuslardan rüşvət, anti-azərbaycançı dairələrdən isə qonorar alır
Ortada bu qədər fakt varkən, L.Yunus özünü görməzliyə vurur, faktları təhrif edir, ağ yalan danışır və öz havadarlarının sifarişi, aldığı rüşvət və müxtəlif dedi-qodulara əsaslanaraq, ilbəil siyahısını şişirtməkdə davam edir. Bunun səbəbləri də ictimaiyyətə bəllidir. Maraqlıdır, görəsən, ilin 11 ayını xaricdə keçirən, son aylarda isə xaricdə müalicə olunduğunu deyən Leyla Yunus özünün qondarma siyahısına saldığı 134 nəfərin hansı ilə görüşüb, onlardan hansının işini araşdırıb? Yaxud onların məhkəmə proseslərində, cinayət işinin araşdırılmasında iştirak edibmi? Əlbəttə ki, xeyr. Onda bu “siyasi məhbus” “istehsalı” nəyə xidmət edir? Əlbətdə ki, L.Yunusun varlanmasına. Əgər belə olmasaydı, o, terrorçuları da “siyasi məhbus” elan etməzdi...
Ə.İnsanov Leyla Yunusa nə qədər verib
Əldə etdiyimiz məlumatlara görə, L.Yunus bəzi məhbusların qohumları ilə danışıqlar aparır, onların “siyasi məhbus” elan edilməsi üçün rüşvət alır. Məsələn, törətdiyi konkret cinayət əməlləri hüquqi instansiyalarda sübuta yeterilmiş və bu əməllərə görə hazırda həbsdə olan Əli İnsanov özünün “siyasi məhbus” elan olunması müqabilində L.Yunusa külli miqdarda rüşvət verib. Eləcə də başqa məhbuslardan da bu “xidmət” qarşılığında pul alındığı yönündə məlumatlar mövcuddur. Amma “siyasi məhbus” mövzusunun L.Yunusa qazandırdığı gəlirlər bununla məhdudlaşmır. L.Yunus anti-azərbaycançı mərkəzlərdən də bu “xidmətləri” qarşılığında xeyli miqdarda qonorar alır və bu vəsaitlər hesabına müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə edib. Necə deyərlər, Leyla Yunus bir güllə ilə iki dovşan vurur, həm dustaqdan, həm də xaricdən pul toplayır.
Xəyanətin portreti: Leyla Yunus
Əlbəttə ki, Leyla Yunusun fəaliyyəti, bir fərd olaraq şəxsi keyfiyyətləri, ermənilərlə qohumluğu, ermənipərəst dairələrlə işbirlikləri, işğalçı ölkəyə bəslədiyi rəğbət haqqında ictimaiyyət kifayət qədər məlumatlıdır. O, hər kəlməsində Bakıda doğulduğunu, azərbaycanlı olduğunu və guya bu Vətəni çox sevdiyini söyləyir. Amma hər dəfəsində də Azərbaycan dövlətini, Azərbaycan xalqını və Azərbaycan dilini aşağılamağa cəhd göstərir. Azərbaycan dilini yalnız söyüş vasitəsi kimi gördüyünü, “bu dildə ancaq söyüş söydüyünü” söyləyən bu antimilli ünsür 2012-ci ildə Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsinə qarşı erməni diasporunun və onların təsiri altında fəaliyyət göstərən anti-azərbaycançı mərkəzlərin kampaniyasında da fəal rol almışdı. Mütəmadi olaraq, Azərbaycan haqqında həqiqətdən uzaq, reallıqla səsləşməyən, ölkəmizin mənfi imicinin formalaşdırılması niyyətinə xidmət edən məlumatların beynəlxalq təşkilatlara ötürülməsi, Azərbaycan haqqında qərəzli hesabatların hazırlanmasında birbaşa iştirak etməsi də L.Yunusun gündəlik fəaliyyətinin özəyini təşkil edir.
Leyla Yunusun erməni sevgisi əbəs deyil
Bildiyimiz kimi, L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında mətbuatda və sosial şəbəkələrdə çoxsaylı materiallar yer alıb, faktlar açıqlanıb. Onların tərcümeyi - halına qısaca nəzər salmaq bu məlumatların nə qədər əsaslı olduğunu göstərir. Xatırlatmaq yerinə düşər ki, AXC-“Müsavat” hakimiyyəti dövründə Leyla Yunus casusluq fəaliyyəti ilə məşğul olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürüb. Bunun müqabilində də külli miqdarda pul əldə edib. Daha sonra nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunus cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesabına köçürüb. Həmin vaxt Prezident Aparatının analitik şöbəsində çalışan həyat yoldaşı Arif Yunus və Nazirlər Kabinetində işləyən qaynı Ramiz Yunus da Azərbaycan haqda məxfi materialları erməni tərəfinə ötürüblər.
Daha sonra L.Yunusun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olduğu yönündə mətbuatda məlumatlar işıq üzü görüb. Həmçinin, L.Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant alıb. Başqa bir məlumata görə, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib. Eyni zamanda, Leyla Yunusun Rusiya Dumasının erməni deputatı Marina Salyan və ermənipərəst hüquq müdafiəçisi Qalina Staravoytova ilə yaxın münasibəti də olub. O, Fransanın erməni lobbisi tərəfindən idarə olunan “Artelis Servis” və “Hayqrov Konstaltinq Servis” kimi QHT-lərin əməkdaşları Laura Qumaşyan və Tomas Ledikalsın da sifarişləri əsasında davamlı şəkildə Azərbaycandan casus materialları yayıb. L.Yunus Ermənistanın “Region” araşdırma mərkəzi ilə birgə layihə həyata keçirib, “İctimai dialoqlar” adlanan saytda Azərbaycana qarşı “qara piar” kampaniyası aparıb. Həmin saytda Azərbaycanın ərazi bütövlüyü sual altına qoyulub, qondarma “DQR” “müstəqil dövlət” kimi qələmə verilib. L.Yunus ermənilərin Almaniyanın Esslingen am Neckar şəhərində təşkil etdiyi konfransda çıxış edib, rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun Əkrəm Naibovun müdafiəsinə qalxan ilk təşkilat olduğunu fəxrlə bəyan edib. Leyla Yunusun və onun əri Arif Yunusun Ermənistanda, Rusiyanın Krasnodar vilayətində çoxlu erməni qohumları var. Leyla Yunusun erməni qaynı Ramiz Yunus hazırda ABŞ-da yaşayır və erməni lobbisinin Azərbaycana qarşı fəaliyyətində aktiv iştirak edir.
Cəmiyyət bu ermənipərəst “hüquq müdafiəçisinə” etirazını bildirməlidir
Beləliklə, göründüyü kimi, Leyla Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. O daima Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. Belə olduğu halda, cəmiyyət, ictimaiyyət nümayəndələri L.Yunus kimi antimilli ünsürlərin bədəməlli fəaliyyətinə son qoyulmasını tələb etməli, onlara layiq olduğu münasibət göstərməlidir. Bunu ən azından vətəndaşlıq mövqeyi tələb edir.

 
  • Oxunub:  25350  |  
  • Tarix:  25-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA