Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətin iflası rəsmiləşir
A+   Yenilə  A-
Radikal müxalifətin iflası rəsmiləşir
Yazdı: Pərviz Sadayoğlu

Satqınlar klubu kimi tanınan “Milli şura”da dominantlıq savaşının getdiyi etiraf edildi
2013-cü ildə keçirilən prezident seçkilərində fiaskoya uğrayan radikal müxalifət düşərgəsindəki acınacaqlı vəziyyət pik həddə çatıb. Belə ki, seçkidən öncə xarici antimilli təşkilatların maliyyə dəstəyi ilə yaradılan “Milli şura” layihəsinin iflası rəsmiləşib. Dünən keçirilən qurumun sessiyası öncəsi verilən proqnozlar, o cümlədən, “Milli şura” üzvlərinin açıqlamaları göstərirdi ki, bu sessiya satqınlar klubunun dağılmasının rəsmiləşdirilməsi xarakterini daşıyacaq. O baxımdan ki, qondarma qurumdan ayrılan Müsavat Partiyası və “El” hərəkatının sədri Eldar Namazovun ardından digər partiya və təşkilatların da “Milli şura”nı tərk edəcəyi gözlənilirdi. Qeyd edək ki, artıq xeyli müddətdir ki, “Milli şura”da fəaliyyətlərini davam etdirib-etdirməməklə bağlı dilemma qarşısında qalan radikal düşərgə təmsilçiləri “Milli şura” layihəsinə eyni ad və ya idarəetmə mexanizmi ilə davam etməyin mümkünsüzlüyünü önə çəkirlər.
Gözlənildiyi kimi, “Milli şura”da fəaliyyətinə xitam verən Müsavat Partiyasının üzvləri sessiyada iştirak etməyiblər. Maraqlıdır ki, “şura” təmsilçilərinin özlərinin iddia etdikləri kimi, qurumun 125 üzvündən 91- nin qalmasına baxmayaraq, dünənki sessiyada cəmisi 59 nəfər iştirak edib. “Şura” sədri Cəmil Həsənov etiraf edib ki, 7 nəfərlə hətta əlaqə saxlamaq belə mümkün olmayıb. Bu isə bir daha qondarma qurumun üzvlərinin də “Milli şura”nın artıq ömrünün sona yetdiyinə inandığını sübut edir. Hətta iştirak edən üzvlərin belə bir-biriləri ilə münasibətlərindəki gərginliyin pik həddə olması açıq-aşkar ortadadır. Belə ki, iclasın gedişində Rüstəm İbrahimbəyovun qurumda “fəxri sədr” statusunda qalması məsələsi yenidən aranı qarışdırıb. “Milli şura” üzvü Eldəniz Quliyev bildirib ki, sessiyada Rüstəm İbrahimbəyovun fəxri sədrliyi məsələsinə münasibət bildirmək lazımdır: “Bunu gündəliyə salmaq lazımdır. Mən demişdim ki, Rüstəm İbrahimbəyova təzyiq var və bu, belədir”.
“Şura”nın başqa bir üzvü Mehriban Vəzir isə bu məsələnin gündəliyə salınmasına etiraz edib. Amma sessiyanın sonunda İbrahimbəyovun yenidən “fəxri sədr” kimi fəaliyyətinin davam etdirilməsi ilə bağlı verilən qərar bir daha göstərdi ki, “Milli şura” adlanan satqınlar klubu birmənalı şəkildə xarici dairələdən maddi vəsait əldə etmək üçün qurulmuş “pul tələsi”dir. “Milli şura”nın bu qərarı antimilli layihənin birmənalı şəkildə Əli Kərimlinin, Cəmil Həsənovun və Rüstəm İbrahimbəyovun nəzarətinə keçməsi arzusundan “qaynaqlanır”. Rüstəm İbrahimbəyovu xarici antimilli dairələrdən ianə toplamaq üçün “görəvləndirən” Əli Kərimli deyəsən ondan əl çəkmək niyyətində deyil.
Dünən keçirilən sessiyada daha çox diqqətdə olan məsələlərdən biri də uzun müddətdir ki, davam edən AXCP-“Müsavat” savaşı ilə bağlı açıqlamalar olub. Belə ki, Müsavat Partiyası sessiyada iştirak etmədiyi üçün meydan Əli Kərimliyə qalıb. İlk zərbə isə onun müavini Fuad Qəhrəmanlıdan gəlib. O bildirib ki, artıq gedənlərin müxalifətçilik imicinə iddia etmələri mümkün deyil. Məhz bu fikir sessiyada növbəti dəfə qalmaqalın baş verməsinə səbəb olub. Belə ki, buna cavab olaraq “Milli şura”nın üzvü Mehriban Vəzir belə fikirlərin səsləndiyi yerdə oturmaq istəmədiyini dilə gətirib. Qurumun bir başqa üzvü Vidadi Mirkamal isə artıq hər kəsin bu qurumdan iyrəndiyini bildirib: “Artıq bizdən iyrənirlər”...
Göründüyü kimi, radikal düşərgənin “müzakirə” adlandırdığı mövhum qarşılıqlı şantaj kampaniyasına çevrilib. Artıq hətta düşərgə daxilində belə bir-biriləri ilə şantaj dili ilə danışan radikallar üçün ən əsası şəxsi məqsədlər və onlara ianələr verən xarici dairələrin maraqlarıdır. Pul davası uğruna bir-birilərinə olmazın təhqirləri yağdıran kəsimin müzakirəsi necə olmalıdır? Təbii ki, baş verənlər bir daha göstərir ki, siyasi oyunbazlıqla məşğul olan dağıdıcı kəsimin, konkret olaraq AXCP və Cəmil Həsənovun məqsədi birmənalı şəkildə “Milli şura”da monopoliya yaratmaqdır. Amma görünən budur ki, qondarma qurumda təmsil olunan başqa partiyalar bu monopoliya “boyunduruğunu” qəbul etmirlər. Məsələn, başqa partiyaların təmsilçiləri adından sessiyada çıxış edən ACP sədri Sülhəddin Əkbər bildirib ki, heç kim qurumda hegemonluq etməməlidir. O, “Milli şura”ya təkliflərini təqdim edib və görünən budur ki, həmin təkliflər digər partiyaların qurumdakı gələcək fəaliyyətini davam etdirib-etdirməmələri ilə bağlı əsas şərt xarakteri daşıyır. Təkliflərin əsası isə birmənalı şəkildə monopoliyaya son qoyulması tələbidir. Belə ki, təklifdə göstərilir ki, “Milli şura”da kimsə dominantlığa cəhd etməməlidir, “Milli şura”da siyasi üstünlük yox, komplementarlıq nəzərə alınmalıdır, idarəçilik kollegial olmalıdır”.
Bu təklifərdə yer alan müddəalar özü növbəti dəfə “Milli şura”da dominantlıq savaşının getdiyini təsdiq edən faktdır. Digər partiyaların irəli sürdüyü bu təkliflər birmənalı şəkildə AXCP-nin monopoliya arzusuna qarşı istiqamətlənib.
Daha sonra sessiyada çıxış edən Əli Kərimli digər partiyaların “Milli şura”da söz sahibi olmaq arzusunun qarşısını almaq üçün qurumun sədrinə “əlahiddə ixtiyarın” verilməsini tələb edib. Əslində, keçmiş müavininin əli ilə “şura”nı özünə tabe etdirməyə çalışan Ə.Kərimli bununla da düşərgə daxilində qeyri-mütləq səlahiyyətə malik olmaq istəyir.
Qeyd edək ki, radikal müxalifət düşərgəsi ölü “Milli şura”nı diriltmək üçün növbəti çırpınmalara başlayıb. Belə ki, qondarma qurumun Koordinasisiya Şurası yaradılıb ki, artıq iki şəxs-Eldar Namazov və Sülhəddin Əkbər orada təmsil olunmaqdan imtina ediblər. Bu isə bir daha AXCP sədri Əli Kərimlinin növbəti dəfə manevr edərək radikal düşərgədə hegemonluq arzusuna düşdüyünü göstərir. Xüsusi vurğulamaq yerinə düşər ki, S.Əkbərin irəli sürdüyü təkliflərin qəbul olunmaması və onun KŞ-da təmsilçilikdən imtinası ACP-nin və digər partiyaların qarşıdakı günlərdə “Milli şura”nı rəsmən tərk edəcəyini proqnozlaşdırmağa imkan verir.
Onu da qeyd edək ki, “Milli şura”nın budəki toplantısı da davasız ötüşməyib. “Milli şura”nın üzvü, “Azəri-Talış” Birliyinin sədri Mehdi Səfərov çıxış edərkən deyib ki, Hacıbaba Əzimov mətbuata açıqlamalarında etnik qruplarla bağlı çıxışlarında aranı qızışdırır. M.Səfərov onun “Milli şura”dan çıxarılmasını istəyib. Hacıbaba Əzimov isə ona boş-boş danışmamağı məsələhət görüb. Bu zaman tərəflər bir-birinə hücum edib və əlbəyaxa olanlar sonradan sakitləşdirilib. Davanın səbəblərinə gəlincə isə Mehdi Səfərov Hacıbaba Əzimovun adının Koordinasiya Şurasında olmasına etiraz edib. O deyib ki, Hacıbaba Əzimovun adı oradan çıxarılmalıdır. Hacıbaba Əzimov isə “Milli şura”da olan şəxslərdən xarici kəşfiyyata işləyənlərin olduğunu deyib. Hacıbaba Əzimovla dalaşan Mehdi Səfərov sonra istefa verdiyini bəyan edərək “Milli şura”nı tərk edib.
Göründüyü kimi, vaxtilə “müxalifətin birliyi” adlandırılan “Milli şura” artıq bir aktyorun teatrı səviyyəsindədir. Bu isə radikal düşərgənin iflasının rəsmiləşdiyini göstərən növbəti faktdır.

 
  • Oxunub:  23550  |  
  • Tarix:  17-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 22:10
Avstriyada yaşayan azərbaycanlılarla görüş keçirilib
12 Noyabr 22:01
Prezident Administrasiyasının rəsmisi “France 2” kanalına müsahibəsində Azərbaycan multikulturalizmi barədə danışıb
12 Noyabr 21:29
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 21:26
Azərbaycan Dillər Universitetində “YARAT”ın təqdimatı olub
12 Noyabr 21:25
FHN Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub
12 Noyabr 21:23
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Noyabr 21:19
BDU-da Konstitusiya Günü qeyd edilib
12 Noyabr 21:09
ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisdə olub
12 Noyabr 21:08
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
12 Noyabr 21:05
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
12 Noyabr 21:02
Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib
12 Noyabr 20:57
Milli Məclisdə Dağıstan parlamentinin nümayəndə heyəti ilə görüş olub
12 Noyabr 20:54
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin rəsmi açılışı olub
12 Noyabr 20:47
Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir
12 Noyabr 20:38
YAP Xətai rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 20:35
Eldar İbrahimov: 2020-ci ilin dövlət büdcəsinin tərtibində bir çox yeniliklər edilib
12 Noyabr 20:22
Pərvin Kərimzadə: Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir
12 Noyabr 20:20
Hikmət Babaoğlu: Hər bir ölkənin dövlətçilik tarixində onun milli Konstitusiyasının yaradılması mühüm bir hadisədir (VİDEO)
12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA