Ana səhifə »  Müəlliflər »  AXCP və “Müsavat” siyasi sistemdən silinməkdədir
A+   Yenilə  A-
AXCP və “Müsavat” siyasi sistemdən silinməkdədir
Yazdı: Nurlan Qələndərli

Yaxud, radikal müxalifət qruplarının siyasi partiya statusu daşımaları və siyasi sistemdə təmsil olunmaları real görünmür


Azərbaycan siyasi palitrasında heç bir funksionallığa malik olmayan qüvvələr, başqa sözlə, bir qrup autsayderlər özlərinin korporativ səciyyəli maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada radikal müxalifət, xüsusilə də AXCP və Müsavat Partiyası fərqlənir. Dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən tanınmır, öz fəaliyyətlərini anti-Azərbaycan dairələrin direktivləri əsasında davam etdirirlər. Azərbaycan cəmiyyətinin radikal müxalifətə etimad göstərməməsinin səbəbi birmənalıdır: hakimiyyətə gəlmək uğrunda anti-Azərbaycan dairələrə Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və xidmət etdikləri qüvvələrin korporativ maraqlarına qurban verməyə çalışan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran və bunlar kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində əsas istiqamət kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad edərmi?
Radikal müxalifət qrupları siyasi partiya yox, təzyiq qrupu funksiyasını icra edirlər
9 oktyabr tarixində keçirilən prezident seçkiləri bir çox məqamlara yenidən aydınlıq gətirdi. Bu kontekstdə radikal siyasi orientasiyaya malik olan Azərbaycan müxalifətinin, daha da dəqiqləşdirsək, siyasi sistemdəki yeri və funksionallığı da növbəti dəfə bəlli oldu.
Ümumiyyətlə, bu ünsürlərin fəaliyyətini anlamaq üçün ilk növbədə analiz meyarlarını düzgün müəyyənləşdirmək gərəkdir. İlk meyar, şübhəsiz, uğur faktoru olmalıdır. Yəni bu subyektlərin nəzərində uğur qazanmaq nə deməkdir? Əgər radikal müxalifət üçün siyasi nailiyyət əldə etmək hakimiyyətə gəlmək deməkdirsə, bu, mümkün olmayacaq. Çünki de-fakto müxalifət nümayəndələrinin təmsil olunduğu təsisatlar artıq siyasi partiya yox, təzyiq qrupu, həmçinin missioner qrup funksiyasını icra edirlər. Təzyiq qruplarının isə hakimiyyətə gəlməsi təcrübəsi heç bir ölkədə və ya siyasi sistemdə mövcud deyil. Təzyiq qruplarının fəaliyyəti müəyyən müddət üçün aktual olar, onlar aralıq dönəmi kimi səciyyələndirə biləcəyimiz zaman müddətində geri çəkilər, sonra yenidən aktuallaşarlar. Biz bunu dağıdıcı müxalifətin 2008 və 2013-cü il prezident seçkiləri təcrübəsində gördük. Dolayısıyla, müxalifətin real hədəfi hakimiyyətə gəlmək deyil. Onsuz da onlar bu güc və potensiala malik olmadıqlarını da dərk edirlər. Belə olan təqdirdə radikal müxalifət qruplarının siyasi partiya statusu daşımaları, yaxud siyasi sistemdə təmsil olunmaları real görünmür...
AXC-“Müsavat” tandeminin xarakteristikası: xaos, anarxiya və kataklizmlər
Qeyd etmək lazımdır ki, AXCP və “Müsavat” siyasi sistemin elementi kimi fəaliyyət göstərdikləri dönəm ərzində yalnız dağıdıcı subyekt kimi çıxış ediblər. Bunu daha yaxşı anlamaq üçün sadəcə ötən dövrün faktlarına nəzər yetirmək gərəkdir. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi palitrada təmsil olunan subyektlərdən birinə çevrilən bugünkü radikal qüvvələr hələ o zaman özlərinin siyasi səbatsızlığını və dağıdıcı mövqelərini nümayiş etdirmişdilər. AXC-“Müsavat” cütlüyünün hakimiyyətdə olduğu 1992-1993-cü illər ərzində ölkə, sözün əsl mənasında, xaos və kataklizmlər meydanına çevrildi. Onlar özlərinin səbatsız siyasi fəaliyyətləri və xəyanətkar addımları sayəsində ölkəni ən müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirdirlər. Bunun nəticəsində isə Azərbaycan mütləq mənada “forpost”a çevrilmək təhlükəsi qarşısında idi. Bununla yanaşı, AXC-“Müsavat” cütlüyünün qeyri-praqmatik və irrasional fəaliyyətinin məntiqi nəticəsi kimi, ölkədə müxtəlif qruplar arasında ciddi qarşıdurmalar yarandı və Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. O zaman hakimiyyətdə olan bugünkü radikallar və anarxistlər öz ətraflarından çıxan bölücülərin qarşısında acizliklərini göstərdilər və ölkəni parçalamaq astanasına gəldilər. Bir-birlərini silahlı hücumlarla neytrallaşdırmağa çalışan sözügedən radikal qüvvələr ölkədə “marginal qrupların qarşıdurma tamaşası”nı sonadək davam etdirdilər...
Bir sözlə, AXC-“Müsavat” cütlüyü Azərbaycana xaos, dağıntı, kataklizm, destruktivlik, marginallıq və radikallıq nümunəsi yaratdılar.
Dağıdıcı ünsürlər konstruktiv siyasi subyektə çevrilə bilmədilər
Vurğulamaq gərəkdir ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra siyasi münasibətlər sistemində kardinal keyfiyyət dəyişiklikləri baş verdi. Qısa zaman ərzində ölkədə xaos və anarxiya yaratmağa hesablanmış bölücü aktların qarşısının alınması və sabitliyin təmin edilməsi qeyri-formal milli dövlət quruculuğunun həyata keçirilməsinə real zəmin yaradan əsas oldu. Bundan sonra siyasi-hüquqi münasibətlər və proseslərin qanuni əsasda tənzimlənməsi, ölkədə siyasi fəaliyyətə əlverişli pluralist mühitin yaradılması və rəqabət mühitinin təmin edilməsi siyasi subyektlərin çoxşaxəli fəaliyyətinə xüsusi zəmin və imkan yaratdı...
Amma bəhs edilən radikal qüvvələr yaranmış münbit şəraitdən istifadə edə bilmədilər. Onlar yenə də ənənəvi qaydada dağıdıcı tələblər və fəaliyyətin fonunda radikal mövqedən çıxış etdilər və özlərinin destruktiv əməlləri ilə ölkədə barışmaz ziddiyyətlər yaratmağa çalışdılar. Müxtəlif zaman müddətlərində xarici maraq qruplarının tapşırıqları ilə ölkədə xaos və kataklizmlər yaratmağa çalışan anarxistlər ölkənin siyasi tarixinə yalnız dağıdıcı funksiyalar icra edən və destabillik gətirən disfunksional subyektlər kimi daxil oldular...
AXCP və “Müsavat” siyasi sistemdən kənar autsayderliyə məhkumdur
Radikal müxalifət təmsilçiləri ölkədə mövcud olan pluralist mühitin fonunda rəqabət əvəzinə dağıdıcı təxribatlarları, ictimai-siyasi münasibətlər sisteminə qarşı yönəlmiş qəsdləri, ekssess aktlarını (cəmiyyətdə kəskin ziddiyyətlərlə müşayiət edilən toqquşmaların yaranmasına və ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlər) seçməklə “autsayder”ə çevrildilər. Konstruktiv siyasi subyektə çevrilə bilməyən radikal müxalifət ictimai-siyasi zərurət kimi alternativ ideya istehsal edə bilmədi və sağlam fəaliyyət mexanizmindən məhrum oldu. Bununla yanaşı, radikallar “marginal burulğan”lar yaratmaqla cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri manipulyasiyaya məruz qoymaqla onları müxtəlif təxribatlarda iştirak etməyə sövq etdilər. Bir sözlə, dağıdıcı müxalifət normal siyasi mübarizə imkanlarını qiymətləndirə bilmədi və cəmiyyəti müxtəlif dissonanslarla (qarışıqlıq, ictimai asayişin pozulması ilə təzahür edən xaotik durum) qarşı-qarşıya qoymaq metodunu seçdi. Bu isə nəticə etibarilə onların özləri üçün “bumeranq” zərbəsi oldu...
AXCP və “Müsavat”ın siyasi palitranın autsayderinəçevrilməsinin səbəbləri...
Beləliklə, sadalananları ümumiləşdirərək qeyd edə bilərik ki, AXCP və Müsavat Partiyasının timsalında radikal müxalifətin siyasi palitranın autsayderinə çevrilməsinin səbəbləri çoxistiqamətlidir və başlıca olaraq aşağıdakı kimi qruplaşdırıla bilər:
- Birincisi, radikal müxalifət cəbhəsində ilk növbədə lider problemi mövcuddur. Məlumdur ki, siyasi liderlər mürəkkəb situasiyanın fonunda xüsusi fəaliyyətləri ilə həmrəylik və bütövlüyün təmin olunmasına nail ola bilən, birləşdirici və xilasedici rəhbər qismində çıxış edirlər. Onlar ən mürəkkəb situasiyalarda özlərinin şəxsi təcrübə və keyfiyyətlərindən xüsusi məharətlə yararlanırlar və təmsil etdiyi qrupun ali mənafeyinin təmin edilməsi missiyasını uğurla yerinə yetirirlər. Beləliklə, radikal müxalifət düşərgəsində siyasi liderin olmaması həmin qüvvələrin fiaskosunu şərtləndirən əsas amillərdəndir.
- İkincisi, müxalifətin intellektual kadr potensialı mövcud deyil. Kadr potensialı siyasi idarəetmədə mühüm rol oynayır və düzgün strateji, taktiki istiqamətlərin müəyyənləşdirilməsində həlledici xarakter daşıyır. Radikal müxalifətin strateji və taktiki məğlubiyyətini şərtləndirən əsas amillərdən biri də intellektual kadr potensialına sahib olmamalarıdır;
- Üçüncüsü, cəmiyyətin ictimai-siyasi maraqlarına, mövcud dəyərlərə, eyni zamanda, siyasi sistemin tələblərinə zidd mövqe sərgiləmək və beynəlxalq təzyiq qruplarının himayəsinə sığınmaq müxalifətin davamlı fiaskosunu şərtləndirən növbəti faktorlardandır. Məsələ burasındadır ki, bir zamanlar xalq hərəkatı səciyyəsi daşıyan, sonradan isə siyasi partiyaya çevrilən AXC(P)-nin ötən dövrdəki fəaliyyəti onların ictimai maraqlar və sifariş əsasında fəaliyyət göstərmədiyini aşkar etdi. Eləcə də “müsavatçılıq” ideologiyasını mənimsəyərək müxalifətçiliyi peşə, yaxud ştat vahidinə çevirməyə çalışan Müsavat Partiyasının fəaliyyəti barədə eyni fikirləri səsləndirmək mümkündür...
Dağıdıcı düşərgə “lider”lərinin portreti xəyanətkarlıq və dağıdıcılıqdan ibarətdir
Yuxarıda qeyd etdiyimiz kimi, radikal düşərgənin fiaskosunu şərtləndirən amillərdən biri də lider(sizlik) problemidir. Konkret olaraq AXCP və “Müsavat”ın timsalında lider problemindən danışarkən özlərini lider kimi qəbul etdirməyə çalışan Əli Kərimli və İsa Qəmbərin xarakteristikası onların hansı məqsəd və prinsiplər əsasında fəaliyyət göstərmələrini, rəhbərlik etdikləri təşkilatların acınacaqlı durumunu aşkar etməyə imkan verir. İlk növbədə, Əli Kərimlinin fəaliyyətini xarakterizə etsək, söyləyə bilərik ki, bu şəxsin korporativ maraqlar və antimilli mövqeyinin fonunda bugünədək etdiyi təşəbbüslərin əksəriyyəti xəyanətlərlə səciyyələnib. Bir zamanlar Əbülfəz Elçibəyin yanında “sədaqət nəğmələri” söyləyən Əli Kərimli sonradan ona qarşı pərdəarxası oyunların əsas fiquru və təşkilatçısı olub. AXC-nin parçalanmasında özünəməxsus cəhdlərlə çıxış edən Əli Kərimli xarici fondlardan aldığı qrantları, maliyyə vəsaitlərini öz ətrafına xəyanət etmək yolunda “məharət”lə xərcləyib. Qısa zaman kəsiyində müxtəlif qərəzli, dağıdıcı xarici qüvvələrlə təmasları sıxlaşdıran Əli Kərimli aldığı qrantlar və vədlər müqabilində Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən spontan qüvvələrlə sıx əməkdaşlıq münasibətləri qurdu. Hətta iş o yerə çatdı ki, sözügedən şəxs erməni lobbisini belə başlıca tərəfdaş kimi qəbul etdi.
Eləcə də, İsa Qəmbər... O, özünün korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri belə dost kimi qəbul etməkdən çəkinməyərək onlarla əməkdaşlıq müqavilələri imzalayıb. Hələ bu, son deyil. Sonradan yayılan məlumatlarda o da qeyd olunurdu ki, “keşiş Qapon” rolunu ifa etməyə çalışan İsa Qəmbər antiazərbaycançılarla sövdələşmə nəticəsində hakimiyyətə gələcəyi təqdirdə Dağlıq Qarabağı ermənilərə güzəştə getmək öhdəliyini götürüb. Bu isə sözügedən şəxsin natamam xarakterini, antimilli mövqeyini və xəyanətkar simasını göstərən növbəti acınacaqlı faktdır...
Beləliklə, sadalananlar AXCP və “Müsavat” liderlərinin xarakteristikasının yalnız xəyanət və dağdıcı əməllərdən ibarət olduğunu göstərir...
AXCP və “Müsavat” siyasi sistemdən ixrac olunmaqdadır
Nəticə etibarilə, AXCP və “Müsavat”ın timsalında radikal müxalifətin bu cür mövqe və fəaliyyəti bir daha onların siyasi texnologiyalar nöqteyi-nəzərindən tükənmələrinə dəlalət edir. Sirr deyil ki, geniş sosial bazaya, reytinqə malik olan, siyasi palitrada rasional fəaliyyət mexanizmi ilə təmsil olunan subyektlər innovativ fəaliyyət mexanizminə malik olur, təmsil etdiyi elektoratın maraqlarının təmin olunması yönündə əhəmiyyətli nailiyyətlər əldə edir və nəticə etibarilə vətəndaşların önəmli dərəcədə dəstəyini qazanır. Amma müxalifət siyasi palitrada rasional surətdə təmsil olunmadığından, özünün fəaliyyətini müəyyən xarici qüvvələrin transmilli maraqları üzərində qurduğundan ilk növbədə vətəndaş etinasızlığı ilə qarşılanır. Beləliklə, AXCP və “Müsavat” siyasi sistemdən ixrac olunmaqdadır...

 
  • Oxunub:  28860  |  
  • Tarix:  15-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA