Ana səhifə »  Müəlliflər »  AXCP-“Müsavat” savaşı hər keçən gün daha da şiddətlənir
A+   Yenilə  A-
AXCP-“Müsavat” savaşı hər keçən gün daha da şiddətlənir
Yazdı: Mübariz Abdullayev

Bu iki partiya arasında baş verənləri nəzərdən keçirdikdə elə təsəvvür yaranır ki, “Müsavat”çılarla “cəbhəçi”lərin işləri-gücləri bir-birilərini güdməkdən və qarşı tərəfin ifşası üçün donoslar hazırlamaqdan ibarətdir


“Maskalar cırılır”. Son vaxtlar bu ifadəyə radikalların nəzarətində olan mətbuat orqanlarının səhifələrində çox tez-tez rast gəlmək mümkündür. Düzdür, bu və bunabənzər sərlövhələr altında dərc edilən yazılarda radikallar özlərini, necə deyərlər, aydan arı, sudan duru kimi təqdim edərək ancaq qarşı tərəfin bostanını daşlayırlar. Həqiqət isə ondan ibarətdir ki, “maskalar cırılır” ifadəsi bütövlükdə radikal düşərgə təmsilçilərinin hamısına şamil edilməlidir. Belə ki, radikalları eyni dam altına yığan yeganə meyar korporativ maraqlardır. Elə ki, bu maraqlar radikalların istədikləri səviyyədə təmin olunmur, dərhal partiyaların təmsilçilərinin bir-birilərinə “rəğbət” limiti tükənir və onlar maskalarını çıxararaq “müttəfiqlərinə” əsl sifətlərini göstərirlər. Bu sifətdə isə ancaq qarşılıqlı nifrət, düşmənçilik oxumaq mümkündür.
Radikallar arasında səngimək bilməyən ədavətə AXCP-“Müavat” qarşıdurması tipik nümunədir. Belə ki, hər iki partiya özünü radikal düşərgədə hakimi-mütləq görmək istəyir. Buna görə də “cəbhəçi”lər və “Müsavat”çılar mütəmadi qaydada bir-birilərini gözdənsalma kampaniyası aparırlar. “Müsavat”ın təmsilçilərinin “hə” dedikləri məsələ ilə bağlı mütləq AXCP üzvlərindən “yox” kəlməsi gəlir. İki partiya arasında baş verənləri nəzərdən keçirdikdə elə təsəvvür yaranır ki, “Müsavat”çılarla “cəbhəçi”lərin işləri-gücləri bir-birilərini güdməkdən və donoslar hazırlamaqdan ibarətdir. Bu donoslar bir qayda olaraq əl altında hazır vəziyyətdə saxlanılır və partiyaların rəhbərlərindən göstəriş gəldikdə dərhal dövriyyəyə buraxılır.
Düzdür, indiyədək istər AXCP, istərsə də “Müsavat” təmsilçiləri iki partiya arasında yaşanan ixtilafları müyyən adlar altında pərdələməyə cəhdlər göstərirdilər. Onlar dəvəquşu misalını yaddan çıxararaq ictimai rəydə elə təsəvvür yaratmağa çalışırdılar ki, guya, aralarındakı düşmənçilik hadisələrin təbii axarından yaranır.
AXCP ilə “Müsavat” arasında son gəlişmələr isə onu deməyə əsas verir ki, hər iki partiyanın təmsilçilərinin əsəbləri son həddədək tarıma çəkilib və onlar daha, necə deyərlər, oxu atıb, yayı gizlətmək istəmirlər. Həm AXCP-də, həm də “Müsavat”da o qənaətdədirlər ki, artıq hər şeyi öz adı ilə çağırmaq məqamı yetişib. Təsadüfi deyil ki, son günlərdə hər iki partiyanın nəzarətində olan mətbuat orqanları, eləcə də, sosial şəbəkələr qarşı duran düşmən tərəflərin səngərlərini xatırladır. Hərbi dillə desək, bu tərəfin atdığı bir gülləyə o birisi tərəfdən şiddətli atəşlə cavab verilir. Qarşılıqlı ittihamların dairəsi də kifayət qədər genişlənib. Artıq “Müsavat”çılarla “cəbhəçi”lərin sözləri yalnız düşərgədaxili məsələlərdə çəp gəlmir. Əksinə, onlar nüfuz savaşında rəqibi üstələmək üçün bir-birilərinin ailə-məişət sirlərini faş etməkdən belə çəkinmirlər.
Tərəflər arasında gərginliyin kuliminasiya həddinədək gərginləşməsinin motivi isə “Müsavat”ın müxtəlif bəhanələr gətirərək AXCP-nin son vaxtlarda özüsayağı manevrlərlə nəzarətə götürməyə nail olduğu “Milli şura”dan geri çəkilməsi ilə bağlıdır. Yəni AXCP təmsilçiləri hiylələrinin baş tutmamasından əndişələniblər. Onlar “Milli şura” vasitəsilə radikal düşərgəni bütünlüklə nəzarətə almaq cəhdlərinin “Müsavat” tərəfindən əngəllənməsini əsla həzm edə bilmirlər və buna görə də, aqressiyaya güc veriblər.
AXCP təmsilçiləri nəzarətlərində olan mətbuat orqanlarında “Müsavat”ın “Milli şura”dan geri çəkilməsinə ironik münasibətlərini belə ifadə ediblər: “Müsavat partiyası bəhanə axtara-axtara bəhanəsiz getməyə məcbur oldu”.
“Müsavat”çılar isə “cəbhəçi”lərin ironiyasına eyni üslubda cavab veriblər: “Əli Kərimlinin olduğu birlikdə qalmaq təhlükəlidir”.
Bundan sonra “Müsavat”çılar AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Facebook” paylaşmasında “Çox əsəbidilər, qəzəbləniblər. Çünki belə gözləmirdilər. İş üstündə yaxalanıblar” ittihamlarına tuş gəldilər. F.Qəhrəmanlı öz statusuna sərlövhə kimi belə bir ritorik sual seçib: “Niyə susursan, İsa Qəmbər?”
Məlum olduğu kimi, son günlərdə AXCP-nin nəzarətində olan mətbuat orqanlarında, necə deyərlər, aşağıdan və yuxarıdan, sağdan və soldan ittihamlara məruz qalan “Müsavat”çılardan biri də Rauf Arifoğludur. “Cəbhəçi”lər “Müsavat” yetkilisinə qarşı bir növ ayrıca cəbhə açıblar. AXCP təmsilçiləri dərc etdirdikləri silsilə yazılarda Rauf Arifoğlunun mal-mülkünün siyahısını sadalayır, xəyanətlərini yada salırlar. AXCP-nin nəzarətində olan mətbuat orqanlarında Rauf Arifoğluna qarşı başlanan kampaniyada həmçinin keçmiş “Müsavat”çılar da xüsusi fəallıq nümayiş etdirirlər. Onlar da AXCP xoruna qoşularaq “Müsavat” yetkilisini qınaqlara tuş edirlər. “Saxtakar, mənəviyyatsız, yalançı Rauf Arifoğlu”. Bu isə “Müsavat” başqanı İsa Qəmbərin xüsusi rəğbət bəslədiyi partiya funksionerinə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Güləhmədoğludan gələn qiymətdir.
“Müsavat” funksioneri də ona yönələn həmlələri eyni tərzdə cavablandırır. Rauf Arifoğlu bu həmlələrin bir mərkəzdən- AXCP sədri Əli Kərimli tərəfindən istiqamətləndirildiyinin fərqindədir. Buna görə də o öz “müdafiəsini” Əli Kərimliyə hücum üzərində qurub. “İndi bu nə mənəviyyatdır? Bu nə rəzillikdir, Əli Kərimli?” deyə sual edən Rauf Arifoğlu AXCP sədrini ən kəskin sözlərə “qonaq” edərək yazır: “Sən nə günə qalmısan! Özünü haraya qədər buraxmısan! Ev-eşik güddürürsən, qapı pusdurursan. Sənə ar olsun...”
Bax, belə! Dünənə qədər özlərini “müttəfiq” kimi qələmə verənlər bu gün qatı düşmən olduqlarını gizlətmirlər. İstisna deyil ki, radikal düşərgənin digər təmsilçiləri də yaxın vaxtlarda açıq müstəvidə mənafe savaşına başlayacaqlar. Axı onların qarşısında AXCP-“Müsavat” “nümunəsi” var...

 
  • Oxunub:  24900  |  
  • Tarix:  15-01-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada Dağlıq Qarabağ mövzusunda konfrans keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA